Fələstinli uşağın arzusu öldürüləndən sonra həyata keçdi...
"Dostlar, özümü təqdim edim: 12 yaşım var. Qəzzadanam. Fələstinliyəm. Bu kanalın məqsədi 100 min, 500 min və bir milyon abunəçi toplamaqdır".
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözlər məşhur olmaq arzusu ölümündən sonra reallaşan Avni Eldosun 2022-ci ilin avqustunda yutubda paylaşdığı videodandır.
Avni həmin videoda sözünü min abunəçisinə sülh arzulamaqla bitirmişdi. O, həmin videodan bir il, müharibənin başlamasından isə bir neçə saat sonra öldürülən ilk uşaqlardan olacaqdı.
Qohumları onun mədəni, xoşbəxt, özünəinamlı və yardımsevər uşaq olduğunu deyirlər. Yaxınları kompüter oyunlarına olan həvəsinə görə, onu "mühəndis Avni" də adlandırırdılar.
Başqalarına görə isə, Avni Qəzzada ölən uşaqların rəmzidir.
Həmas bu ilin oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri öldürüb, azı 240 nəfəri əsir götürdükdən sonra İsrail Qəzzaya cavab zərbələri endirib. Hələ də davam edən müharibədə 20 mindən çox fələstinlinin həlak olduğu bildirilib.
Avni ata-anası, bacı və qardaşları, eləcə də digər qohumları ilə Qəzza zolağında yerləşən bir binada yaşayırmış. Yaşadıqları bina bombalanarkən o və 15 ailə üzvü bir gecədə həlak olub.
Kompüter oyunlarını sevən Avni kanalını 2020-ci ildə açıb. Paylaşdığı videolarda o, "Pro Evolution Soccer" adlı futbol oyunu, "Blur" ve "Counter-Strike" adlı avtomobil yarışları oyununu oynayır, oyunlarla bağlı detallı məlumatlar paylaşır.
İndi Avninin videolarına 9 milyondan çox baxış var, onun izləyici sayı 1,5 milyonu ötüb.
BMT Qəzzanı "uşaq olmaq üçün dünyadakı ən təhlükəli yer adlandırıb".
Onun özünə rol-model hesab etdiyi yutuber AboFlah deyir ki, Avninin bu qədər diqqət çəkməsinə səbəb "heyranlarının onda özlərini görməsidir. "Hamımız Avniyik", – o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər 65 yaşı gözləmədən pensiya ala biləcək
Avqustda neçə gün iş olmayacaq? - TƏQVİM
Bu kartla nəqliyyat ödənişinin 10%-İ GERİ QAYTARILACAQ
Quşun pəncərəyə çırpılması nə deməkdir? - Xalq inancları
Belə bişirəndə "qlazok"un DADINA DOYMAQ OLMUR
Badımcanı yayda çox yeyin
Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
BU ŞƏXSLƏR 15-20 İL TEZ PENSİYAYA ÇIXA BİLƏR - Kimlərin pensiya yaş həddi azaldılıb?
Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? - VACİB MƏLUMAT
Sürücülük vəsiqəsi almaq istəyənlərə ŞAD XƏBƏR: BUNDAN SONRA...
Bakıda PARTLAYIŞ baş verib, yaralılar var
Kondisionerdən istifadə zamanı elektrik xərcini azaltmaq üçün TÖVSİYƏLƏR
Məktəbli formalarının qiyməti bahalaşacaq? - Açıqlama
Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" - VİDEO
Gəncədə yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ - TƏFƏRRÜAT+YENİLƏNİB