Baku Medical Plaza-dan ŞİKAYƏT "200-300 azn ödəniş etmişəm, amma analizlərin CAVABINI ALA BİLMİRƏM"

Baku Medical Plaza-dan ŞİKAYƏT "200-300 azn ödəniş etmişəm, amma analizlərin CAVABINI ALA BİLMİRƏM"Vətəndaşlardan biri Baku Medical Plaza klinikalar şəbəkəsindən şikayətçi olduğunu bildirib. Vətəndaş bu klinikanın xəstələrlə maraqlanmadığını, eyni zamanda Baku Medical Plaza rəhbərliyindən, əməkdaşlarından və iş mexanizmindən şikayətçi olduğunu bildirib.

Sonxeber.az xəbər verir ki, bu barədə xəstəxanaya müraciət edən vətəndaşlardan biri "facebook"un "şikayətin var" səhivəsində paylaşım edib.

Sonxeber.az şikayəti təqdim edir:

Beləki 30.11.2023-cü il tarixində Baku Medical Plaza-da bir sıra analizlər vermişəm. Analiz verdiyim günü cavabları mail adresimə göndərməkləri üçün öz mail adresimi yazılı qoydum və cavabların nə vaxt çıxacaqını soruşanda "3-4gün ərzində çıxacaq"ını bildirdilər. Dekabr ayının 5-dən etibarən özüm hərgün xəstəxana ilə əlaqə saxlayaraq cavablarla maraqlanırdım. Dekabr ayın 8-i saat 17:10da yenidən əlaqə saxladım və qeydiyyatdakı xanım cavabların çıxdığını söylədi, nəzaman çıxdığını soruşdum, əvvəlcə bildirdiki "bunu biz görmürük", təkrar bir neçə dəfə soruşandan sonra isə "cavablarınız dünən saat4-də çıxıb" dedi. Soruşdum ki,bəs nəyə görə mənə məlumat verilməyib və ya heçbir mail göndərilməyib, əməkdaş əvvəlcə bildirirki "bunu siz özünüz yığıb soruşmalısız", sual verirəmki "bəs mail adresini nəyə görə qoymuşam? Bundan əlavə müştərisini məlumatlandırmaq xəstəxananın öz vəzifə borcu olduğunu bildirdim, az qala analiz cavablarının çıxmasından 2 gün keçib və hələdə siz xəstəni məlumatlandırmamısınız. Daha sonra əməkdaş bildirirki işimiz çoxdur, müştəri çoxdur, bildirdim əgər xidmət göstərə bilməyəcəksizsə müəyyən say müştəri qəbul edin.
Bundan sonra əməkdaş məni laboratoriya şöbə müdir müavini "Lalə xanım" adlı bir xanıma yönləndirdi. Bir müddət gözlədikdən sonra xanım telefonu götürüb bildirirki "Sizin verdiyiniz analizin cavabının çıxmağı ən azı 5-6 gün çəkir". Halbuki məno analizi verməmişdim. Belə bir analizə heçbir aidiyyatım yoxdur. Bunu həmən müavinə bildirdikdə isə xanım "birazdan sizinlə əlaqə saxlayacam" deyib, dərhal telefonu söndürdü. Görünən bu idiki Laboratoriya Şöbə Müdirinin Müavininin heç pasiyentin hansı analizi verməyindən xəbəri belə yoxdur. Biraz keçdikdən sonra həmin xanım mənimlə əlaqə saxladı, bildirdiki "sizin analizlərə baxdım, ola bilərki əməkdaşın yadından çıxıb, hərkəsin başına gələ bilər və.s. kimi sözlər işlətdi. Bildirdim ki analiz verməyimdən artıq 10 gün keçib sabah isə şənbə və bazar qeyri iş günləridir, belə çıxır ki özümüz yığmasaq yarım aydırki analiz vermişəm,cavabdan isə heçbir məlumatımız olmayacaq. Bu arada onuda bildirimki 200-300 azn civarında məbləğ ödəniş etmişəm analizlərə. Xanıma bildirdimki insanlar əziyyətlə pul qazanır hansısa xəstəlik səbəbindən məcburiyyətdən gəlib analiz verir,hardasa 1aylıq maaşını 1günə ödəniş edirsə yüksək səviyyədə xidmət göstərmək lazımdır insanlara, dərhal analizlərimi göndərməklərini bildirdim və danışığı bitirdik.
Üstündən ən azı yarım saat keçdikdən sonra saat altıya qalmış mənim whatsapp nömrəmə hansısa tanımadığım oğlan tərəfindən analiz cavablarım yarımçıq olaraq göndərildi. Bu xəstəxana ilə yenidən əlaqə saxlayaraq bildirdimki "Rəsmi mail adresi qoyduğum halda kimin icazəsi ilə müştərinin (mənim) şəxsi məlumatlarını üçüncü bir şəxs əldə edir, hərhansı bir insan qeyri-qanuni öz whatsappına atır və whatsappla xəstəyə məlumat göndərilir? Mən sizə dəfələrlə mail adresimə göndərilməsini bildirmişəm. Telefona cavab verən əməkdaş isə xəstəxanada heçkim olmadığını bildirdi, bu əməkdaşa bildirdimki az öncə sizin əməldaşlarla və lab. şöbə müdir müaviniylə danışığımız olub,yenədə əməkdaş bildirdiki artıq heçkəs yoxdur işdə deyərəm sizlə əlaqə saxlayarlar. Bundan sonra heçkəs əlaqə saxlamadı. Cavablar isə növbəti gün səhər nəhayətki göndərildi. Göndərilən bir sənəddə analiz cavablarının çap olunma tarixi 01.12.2023 göstərilib. Mən isə yuxarıda qeyd etdiyim kimi dekabrın 8-i əlaqə saxladığım zaman əməkdaş cavabların dünən yəni dekabrın 7-si çıxdığını bildirirdi. Digər analiz cavabı isə 2 dəfə göndərilib ilk göndərdiklərində dekabrın 5-i digərində isə eyni analinizin çap tarixi dəyişdirilərək dekabrın 9-u qeyd edilib. Hörmətli Baku Medical Plaza vətəndaşlara bu dərəcədə aşağı formada və qeyri peşəkar xidmət göstərməyiniz yolverilməzdir. Birdaha sizə müraciət etməyəcəyik! Sizə etdiyimiz ödənişləri halal etmirik.

Qeyd edək ki, qarşı tərəfin də cavablarını işıqlandırıla bilər.

Baku Medical Plaza-dan ŞİKAYƏT "200-300 azn ödəniş etmişəm, amma analizlərin CAVABINI ALA BİLMİRƏM"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2257   Tarix: 27 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr