Türkiyəli iş adamı ilə dövlət qurumu arasında qalmaqal
Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Şeref Hizarçı barəsində inzibati protokol tərtib edib.
Qaynarinfo xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilən portokola əsasən iş adamına cərimə yazılıb.
539.1-1-ci maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi barədədir. Bu maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
Şeref Hizarçı isə qərarla razılaşmayaraq məhkəməyə müraciət edib. İşə Xətai Rayon Məhkəməsində baxılacaq. Rəafil Sadıxov iş üzrə hakim təyin edilib.
Şeref Hizarçı "Pera Plastik RAM BNT LTD" şirkətinin direktorudur. 2021-ci ildə şirkətlə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə maşınqayırma və robototexnika fakültəsində təhsil alan bakalavr və magistrlərin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, məzunların isə işlə təmin edilməsi nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1043 Tarix: 27 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müğənni Dəniz Əsədovaya ittiham elan edildi
Amnistiya aktı ilə azadlığa buraxılan müğənni Dəniz Əsədovaya ittiham elan edilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-c
19 fevralBuraxılış imtahanları niyə mart ayında keçirilir?
Bir çox ölkələrdə buraxılış imtahanlar daha gec tarixlərdə təşkil olunduğu halda, Azərbaycanda bu imtahanlar mart atında keçirilir. Xüsusilə müəllimlərin proqramı tam başa çatdırmaqda çətinlik çəkməsi, eləcə də şagirdlərdə mart imtahanından sonra yaranan müəyyən "boşluq" bu məsələyə diqqət
20 fevralÜç gün sonra ilk çərşənbəni qeyd edəcəyik
Son günlər müşayiət edilən mülayim havanı hiss edən hər kəs baharın gəlişini gözləməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, artıq gələn həftə Novruzun ilk çərşənbəsini qeyd edəcəyik. Bu il Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Beləliklə, sadəcə üç gün sonra ilk çərşənbədir və bununl
21 fevralBakı metrosunda sərnişinlə dolu qatar tüstüləməyə başladı (VİDEO)
Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, tüstülənmə səbəbindən bütün sərnişinlər düşürülüb. Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb
19 fevralSüni intellekt heç vaxt bu 3 peşəni əvəz edə bilməyəcək
Bill Gates süni intellektin sürətlə yayıldığı bir dövrdə hələ də dəyişməyəcək üç peşəni açıqlayıb. Onun fikrincə, proqramlaşdırma, biologiya və enerji sahəsində çalışan mütəxəssislər süni intellekt tərəfindən əvəz olunmayacaq. xəbər verir ki, Microsoft qurucusuna görə, süni intellekt bir çox sahədə işləri
20 fevralBakı bulvarında gəzərkən səsinizi yamsılaya bilərlər... - Fotolar
Bakı bulvarında son günlər tez-tez müşahidə olunan yaxalıqlı tutuquşular ziyarətçilərin diqqətini cəlb edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin feysbuk hesabında paylaşım edilib. Bildirilib ki, bu tutuquşular planetin iki qitəsində - Asiya və Afrikada yaşaya
20 fevralAzərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin edilib. "Qaynarinfo"ya istinadla xəbər verir ki, TƏBİB rəhbərliyinin müvafiq əmri ilə bu vəzifə Elçin Akif oğlu Əliyevə həvalə olunub. Qeyd edək ki, o, bir neçə ildir sözügedən xəstəxananın baş həkimi vəzifəsində çalışır. Elçin Əliye
21 fevralQobustan qayalarının dibində qızıl axtarırdılar - Saxlanıldılar-Video
Bakının Qaradağ rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. "Qafqazinfo" Daxili İşlər Nazirliyinin (DİN) mətbua
20 fevral