Türkiyədə stəkanın üzərindəki loqoya görə işdən qovulan aparıcı açıqlama verdi: "Məndən də dinləyin" - FOTO
Türkiyənin "TGRT Haber" telekanalının aparıcısı, "Starbucks" qəhvə şəbəkəsinin loqosu olan stəkanla efirə çıxdığı üçün rejissorla birlikdə işdən qovulan Meltem Günay məsələ ilə bağlı açıqlama verib.
"Bir də məndən dinləyin", - deyə aparıcı özünün "X" hesabında paylaşım edib.
Meltem Günay açıqlamasında baş verənlərə görə peşman olduğunu dilə gətirib.
"Bir anlıq səhv ucbatından ekran qarşısında yaşadığım xoşagəlməz hadisə ilə bağlı qəlbi qırılan insanlardan səmimi şəkildə üzr istəyirəm.
Çox təəssüf edirəm…
Yazılanları səbirlə, bacardığım qədər soyuqqanlılıqla oxudum. Dərindən nəfəs aldım və indi cavab verirəm.
Mən 27 ilimi bu işə sərf etmişəm və bir gün belə olsa, dövlətimin, millətimin vicdanına toxunacaq bir söz deməmişəm. Dövlətimin, millətimin həssaslıq göstərdiyi mövzular hər zaman prioritetim olub.
27 illik karyeramın son 14 ilini TGRT xəbər çətiri altında keçirmişəm və nə ekranda, nə də ekrandan kənarda qurum haqqında bircə kəlmə də mənfi söz deyilməsinə imkan verməmişəm. Bəs mən belə bir səhvi necə etdim?
Bu sizin kimi, mənim yaxın ətrafımın da verdiyi sualdır. Verəcəyim ən səmimi cavab isə budur ki, insanam, stəkanı stolun üzərində unutmuşam, sadəcə bu qədər", - deyə aparıcı qeyd edib.
Xatırladaq ki, hadisə sosial mediada gündəm olandan sonra "TGRT Haber" telekanalı sosial media hesablarında bununla bağlı açıqlama verib.
"TGRT Haber"in 24.12.2023-cü il tarixli xəbər buraxılışında aparıcılıq edən Meltem Günay qarşısında "Starbucks" stəkanı ilə yayım edib. Qurumumuzun prinsiplərinə uyğun olaraq, hər hansı bir şirkətin gizli şəkildə reklamı qəti qadağandır. Bu prinsipə zidd hərəkət edən xəbər aparıcısı və rejissorun işinə haqlı olaraq xitam verilib", - deyə açıqlamada bildirilib.
Qurumdan, həmçinin bu qərarın Qəzza zolağında baş verən hadisələrlə bağlı olduğu bildirilib. Belə ki, "Starbucks" İsrailə dəstək verdiyi üçün boykot edilən şirkətlər arasında yer alır. (OXU.AZ)

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1365 Tarix: 28 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrBritaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabrGələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
1 oktyabr