Qazaxıstan "Taliban"ı qadağa siyahısından çıxarıb

Qazaxıstan "Taliban"ı qadağa siyahısından çıxarıbQazaxıstan hakimiyyəti Əfqanıstanın "Taliban" hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.

Bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

"Qazaxıstan mütəmadi olaraq ölkədə qadağan olunmuş terror təşkilatlarının siyahısını yeniləmək üçün onu nəzərdən keçirir. Qeyd olunan proses çərçivəsində BMT-nin təcrübəsinə uyğun olaraq "Taliban" hərəkatının bu siyahıdan çıxarılması barədə qərar qəbul edilib. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə uyğun olaraq "Taliban" hərəkatı BMT TŞ tərəfindən terrorçu kimi tanınan təşkilatların siyahısına daxil edilməyib", - deyə Smadiyarov izah edib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazaxıstanla "Taliban" arasında diplomatik əlaqələrin necə inkişaf edəcəyinə dair sualı da cavablandırıb.

"Siyasi əlaqələrə gəldikdə, vurğulamaq istərdim ki, Qazaxıstan bundan sonra da Təhlükəsizlik Şurası və BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş qərar və qətnamələrə ciddi şəkildə əməl edəcək", - deyə o qeyd edib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 602   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria

30 sentyabr
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl

30 sentyabr
.

Mədənçıxarmanın qadağan olunduğu qitənin altında nəhəng ehtiyat var: Səbəb nədir?

Qızılın mümkün mövcudluğu ilk növbədə bu qitənin geoloji keçmişi ilə müəyyənləşir. Antarktida vaxtilə Afrika, Avstraliya və Cənubi Amerika ilə birlikdə Qondvananın bir hissəsi olub. Bu regionlar isə mineral ehtiyatlarla zəngindir. Qaynarinfo "WP Tech"ə istinadən xəbər verir ki, bu səbəbdə

28 sentyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve

29 sentyabr
.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr