Serdar Ortaçdan üzücü xəbər: "Ayağımı amputasiya edə bilərlər"
Türkiyəli məşhur müğənni Serdar Ortaç şou-biznes aləminin ən çox danışılan adları sırasındadır. 2014-cü ildə evləndiyi irlandiyalı model Xloye Lounanla 2019-cu ildə boşanan Ortaç dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.
53 yaşlı müğənni xəstəliyinin müalicəsi olmadığını bildirib.
"Ayaqqabılarımı təkbaşına çıxarmaqda belə çətinlik çəkirəm. Üç dəfə tutuşmuşam, dördüncü tutma olsa, bu təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah, heç nə olmaz", - deyə o, vəziyyəti barədə danışıb.
Ortaç hazırda depressiyada olduğunu vurğulayıb.
"Buna səbəb eşq acısı və ya boşanmağım deyil. Yeganə səbəb xəstəliyimdir. Atamı və qardaşımı itirdim, pandemiyadan sonra mənim üçün çox pis oldu. Mənə milyonlar versəniz, fərq etməz, paltarımı 300 dəfə geyinərəm, heç vecimə də olmaz. İnsan xəstələnəndə çox şeyin əhəmiyyəti qalmır. Təsəvvür edin, artıq velosiped də sürə bilmirəm. Bu vəziyyət məni sıxır".
Məşhur müğənni hazırda həyatında heç kimin olmadığını vurğulayıb:
"Xüsusən də uşaq atası olmaq üçün çox gecikmişəm. Hər şeyi Allah bilir, görəcəyik. Uşaq sahibi olmaq istərdim", - deyə o, arzusunu dilə gətirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nebahat Çehre 6 ildən sonra bunu edəcək
Türkiyəli aktrisa Nebahat Çehre yeni layihədə çəkiləcək. Axşam.az xəbər verir ki, aktrisa "Düyünümüz var" serialında rol alacaq. Nebahat Çehre "Feryal" obrazı ilə izləyicilərinin qarşısına çıxacaq. Qeyd edək ki, aktrisa son olaraq 6 il əvvəl "Menajerimi ara"da rol alıb
5 iyulKadir İnanır niyə 3 gün sonra dəfn olunur?
Ötən gün dunyasını dəyişən Türkiyənin sevilən aktyoru Kadir İnanır sabah İstanbulda torpağa tapşırılacaq. xəbər verir ki, bu barədə mərhum sənətkarın qardaşı oğlu Levent İnanır açıqlama verib. O, əmisinin gec dəfn olunmasını dəbdəbəli vida mərasiminin təskili ilə əlaqələndirib. "Kadir İnanırın milyonlarl
27 iyun"Nilay" getsə, serial bitə bilər
Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının prodüseri Faruk Turqut layihədə "Nilay" obrazını canlandıran Feyza Civelekin serialdan ayrılması ehtimalı ilə bağlı açıqlamalar verib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, prodüser Fatih Altaylının yutub kanalında yayımlana
28 iyun20 kilo arıqlayan Bergüzar Korel çimərlik paylaşımı ilə diqqət çəkdi
Bergüzar Korel ard-arda keçirdiyi hamiləliklərdən sonra verdiyi 20 kilo ilə diqqət çəkməyə davam edir. xarici mediaya istinadla xəbər verir ki, məşhur aktrisa bu dəfə mavi çimərlik geyimində çəkilmiş fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 2009-cu ildə Halit Ergenç ilə ailə qura
30 iyun"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
"Əsildə bu, mənim mövzum deyil, amma yazığım gəlir bəzilərinə. Yaxşılardan uzaq, yazığım gəlir. Məhv olmuş cəmiyyət, beyinlər, insanlar, tərbiyəsizləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Nə vaxtsa cavab verəcəksiniz, bəlkə də verməyəcəksiniz. Çünki siz çoxsunuz, kim kimə cavab verəcək
5 iyul"Fatih" əsgərlikdə arıqladı
Türkiyəli aktyor Doğukan Güngör hərbi xidmətini başa vurub. Axşam.az xəbər verir ki, Alaçatıda müxbirlərə müsahibə verən aktyor əsgərlik dövründə xeyli çəki atdığını bildirib. "Əsgərlik çox yaxşı keçdi. Çox gözəl dostlar qazandım. Bu müddətdə 9 kilo arıqladım". Qeyd edək ki, Doğukan Güngö
5 iyulZeynep Bastık evlənir: Toy tarixi məlum oldu
Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar. xarici mediaya istinadla xəbər verir ki, may ayında Parisdə tətil zamanı Serkan Tütüncüdən evlilik təklifi alan Bastık toy hazırlıqlarına başladıqlarını açıqlayıb. Müğənni bildirib ki, toy sentyabrdan sonraya qalmayaca
6 iyul"Ali Rza bey"i real həyatda da aldadırdılar
"Yaprak dökümü"nün Ali Rza beyi Halil Ergünün başına iş gəlib. OLAY yazır ki, sənətçi süni intellektlə hazırlanmış saxta sənədlər və telefon zəngləri vasitəsilə qurulan milyonluq dələduzluğun qurbanı olmaqdan xilas olub. Özünü polis kimi təqdim edən cinayətkarlar aktyora şəxsi məlumatlarını
8 iyul"Qadınlarda əzələ çıxarmaq mədəniyyətini mən gətirmişəm"
Aktrisa Pərvin Abıyeva canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçi uzun illərdir sağlam həyat tərzinə sadiq qaldığını, pis vərdişlərdən uzaq olduğunu və idmanı həyatının ayrılmaz hissəsinə çevirdiyini bildirib. O, sağlam yaşam tərzinin həm fiziki, həm də mənəv
30 iyun