Fransa "musiqini sifariş verir", Ermənistan isə "oynayır" - ŞƏRH

Fransa "musiqini sifariş verir", Ermənistan isə "oynayır" - ŞƏRH2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas prioriteti Cənubi Qafqazda sülh və sabitliyin, həmçinin əməkdaşlıq mühitinin təmin olunmasıdır. Rəsmi Bakı bunun üçün bütün səylərini ortaya qoyur. İstər hərbi, istərsə də diplomatik müstəvidə irəli sürülən təşəbbüslər birbaşa olaraq sülh sazişinin imzalanmasına hesablanıb.

Etiraf etmək lazımdır ki, bu istiqamətdə müəyyən nəticələr əldə olunub. Həm rəsmi Bakı, həm də İrəvan irəliləyişin olduğunu, konsensusun mümkünlüyünü bildiriblər. Lakin bütün bunlara baxmayaraq, 44 günlük savaşın üzərindən üç il keçməsinə rəğmən, hələ də Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Məsələyə təsir edən əsas məqamlardan biri də üçüncü güclərin Ermənistanı silahlandırmasıdır. Fransa da belə dövlətlər sırasında ilk sıradadır.

Rəsmi Parisin İrəvanı silahlandırmasına dair kifayət qədər faktlar var. Bu il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastyan Lekornyu ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın "Thales" müdafiə qrupundan üç "Ground Master 200" (GM200) radar sistemi də alacaq. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. "Ground Master 200" müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir.

Parisin İrəvanı silahlandırması, şübhəsiz ki, Yelisey sarayının Cənubi Qafqazla bağlı maraqlarından xəbər verir. Fransa regionda təsir gücünü artırmağa çalışır. Və başa düşür ki, bunu ancaq gərginlik yaratmaqla edə bilər. Sülhün təmin olunması nəinki onun, istənilən üçüncü gücün bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir. Fransa məhz bundan narahatdır və ona görə də Ermənistanı silahlandıraraq, bir növ "musiqini sifariş edir".

Rəsmi Bakı Parisin İrəvanı silahlandırmasına dəfələrlə münasibət bildirib. Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib ki, Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhvali-ruhiyyənin qızışdırılması əks-effekt verir.

Onun sözlərinə görə, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir.

"Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər", - H.Hacıyev vurğulayıb.

Fransanın Cənubi Qafqazla bağlı mövqeyi aydındır. Yada salmaq yerinə düşər ki, bu dövlət ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi 30 il ərzində Bakı ilə İrəvan arasında sülhün təmin olunmasına heç bir töhfə verməyib. Əksinə, mümkün qədər prosesi uzatmağa çalışıb. Hətta 44 günlük döyüşlərdən sonra da Fransa Prezidenti Emmanuel Makron hökuməti bölgədə "suları bulandırmağa" cəhd edib. Ermənistanın silahlandırılması da əslində, bu cəhdin tərkib hissəsidir.

Fransanın Ermənistanı silahlandırması bu dövlətin ermənipərəst siyasətinin təzahürüdür. Artıq bu siyasət anti-Azərbaycan ritorikası ilə əvəzlənir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də nazirliyin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bu məsələ barədə də danışıb. O söyləyib ki, Parisin ermənipərəst mövqeyi azərbaycanofob və anti-Azərbaycan mövqe ilə əvəzlənib. Əslində, bunu görmək o qədər də çətin deyil. Çünki Paris İrəvanı silahlandırmaqla birbaşa olaraq Bakının regional maraqlarına zərbə vurur.

Əsas məsələlərdən biri də budur ki, silahlandırılma ən çox Ermənistanın özünə ziyandır. Çünki Fransa və digər güclər bu yolla İrəvanı özlərindən asılı vəziyyətə salır, Ermənistan hakimiyyətinə təsir və təlqin imkanlarını artırırlar.

Regionda sülhdə maraqlı olduğunu bəyan edən Ermənistan Fransa kimi dövlətlərin təhriki ilə ciddi siyasi iradə nümayiş etdirə bilmir. İrəvanda revanşist əhvali-ruhiyyə güclənir. Bu isə regionda yeni gərginliyə rəvac verməklə yanaşı, həm də Ermənistan daxilində ikitirəliyi, perspektivdə vətəndaş müharibəsi ehtimalını artırır.

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 669   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

Rusiyanın "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyası və Ermənistan bu ölkədə yeni atom enerji bloklarının yaradılması perspektivlərini müzakirə ediblər. Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Ermənistanın Baş naziri Nikol Paşinyanın "Rosatom"un ba

29 sentyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb

İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları

29 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl

30 sentyabr