Yaşıl enerjiyə keçid neft-qaz məhsullarına tələbatı dəyişəcək? - TƏHLİL

Yaşıl enerjiyə keçid neft-qaz məhsullarına tələbatı dəyişəcək? - TƏHLİLPrezident İlham Əliyev Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Yeri gəlmişkən, İqtisadiyyat naziri Mikayıl Cabbarov Dubayda keçirilən COP28 konfransı çərçivəsində G77 və Çin liderlərinin sammitində çıxışı zamanı Azərbaycanın qaz emissiyalarını 2050-ci ilə qədər 40 faiz azaltmaq hədəflərindən bəhs edib. Bu hədəfə çatmaq nə dərəcədə realdır və onun ölkəmiz üçün hansı nəticələri olacaq?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Rusiya-Ukrayna müharibəsindən sonra aktuallaşan problem

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, bu məsələ uzun zamandır müzakirə edilirdi. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb:

"Qaz emissiyaları dedikdə söhbət boru, kəmər vasitəsilə nəql edilən, metan tərkibli qazdan gedir. Hədəf neft və qaz yataqlarında hasilat prosesində metan tərkibli qazın atmosferə atılmasının qarşısını almaq, eyni zamanda qapalı boru kəməri vasitəsilə nəql prosesində, həmçinin istehsal və istehlak zamanı metan emissiyalarının miqdarını aşağı salmaqdır. Yaşıl enerjiyə keçidlə bağlı işlər görülürdü.

Amma 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qlobal enerji axın xətlərində, satış və istehlak mərkəzləri, həmçinin ixrac marşrutlarında dəyişikliklər baş verib. Rusiyanın beynəlxalq ixrac qabiliyyətinə qoyulan məhdudiyyətlər Avropa bazarlarında dərin enerji böhranının yaranmasına səbəb olub. Sakit okean bazarlarında, eyni zamanda ABŞ-də problemlər müşahidə edilib. Bu məsələlər prosesləri daha da sürətləndirib".

Məqsəd yaşıl iqtisadiyyatı inkişaf etdirməkdir

Z.Vəliyev dedi ki, Azərbaycanın qarşısında prioritet hədəflər mövcuddur:

"Ənənəvi enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir, azkarbonlu texnologiyaların tətbiqi, metan emissiyalarının minimuma endirilməsi, istehsal və hasilat proseslərində karbon dioksid emissiyalarının atmosferə atılmasının azaldılması, enerji səmərəliliyinin illik orta axınını bir neçə dəfə artırmaq istiqamətində addımlar atılır.

Eyni zamanda, bir sıra şirkətlərlə bərpa olunan enerji mənbələrinin inkişafına da diqqət ayrılır. Azərbaycan regionda yaşıl enerjiyə keçiddə öndə olan dövlətlərdəndir. Həm Şərqi Zəngəzur, həm Naxçıvan, həm Bakı-Abşeron iqtisadi rayonlarında yaşıl enerjinin inkişafına nail olmaqla, ənənəvi enerji mənbələrindən artıq qalan həcmləri beynəlxalq bazarlara yönəldəcəyik. Məqsədlərimiz eyni zamanda mərhələli şəkildə "yaşıl" iqtisadiyyatı inkişaf etdirmək, yaşıl investisiyaları ölkəyə cəlb etmək, bu sahədə aparıcı dövlətlərdən birinə çevrilmək, əldə olunan yaşıl enerji həcmlərinin bir hissəsini Avropa, Qara dəniz hövzəsi ölkələrinə ixrac etməkdir".
Neft məhsullarına, təbii qaza tələbat artacaq

Ekspertin fikrincə, bu proses zamanı balansı qoruyub saxlamaq mütləqdir:

"Amma yaşıl enerjiyə keçirik deyə, bu o demək deyil ki, Azərbaycan karbohidrogen ehtiyatlarından istifadə etməyəcək. Növbəti illərdə bu yanacağa tələbat indiki səviyyədən bir neçə dəfə artıq olacaq. 2024-cü ildə dünyanın neft məhsullarına, təbii qaza tələbatı daha da artacaq. Bu proses 2030-2040-cı ilə kimi davam edəcək. Hesab edirəm ki, enerji keçidi mərhələli və paralel şəkildə olmalıdır. Həm ənənəvi enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilməli, bu sahəyə qabaqcıl azkarbonlu texnologiyaların tətbiqi nəzərdə tutulmalı, paralel olaraq bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət edilməlidir".

Daha çox inkişaf etmiş ölkələr fəaldırlar

İqtisadçı Emin Qəribli bildirdi ki, iqlim şərtlərinin pozulması iqtisadiyyata çox ciddi ziyan vurur:

"İnkişafda olan ölkələrə baxsaq görərik ki, sənaye kompleksləri inkişaf etdikcə bu, iqlimə də təsir göstərir. O da zəncirvari şəkildə bütün sahələri əhatə edir. Məlum səbəbdən bu problemin həlli bir ölkənin öhdəsində olmamalıdır. BMT-nin sənədlərində hər bir ölkənin qarşısına öhdəlik qoyulub. Amma bu sahədə daha çox inkişaf etmiş ölkələr fəaldırlar. Kiçik sənaye müəssisələri daha çox inkişafda olan ölkələrdə yerləşdiyinə görə, onlarda havanın çirklənməsi problemi daha çoxdur. Havanın təmizlənməsi üçün olan layihələr də böyük maliyyə tələb edir deyə, onu həyata keçirmək elə də asan deyil".

Qanunvericilikdə də dəyişikliklər olacaq

Ekspertin sözlərinə görə, Azərbaycanda bu məsələ ilə bağlı xeyli işlər görülür:

"Ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün müvafiq işlər həyata keçirilir. Yaşıl enerjinin hasilatına dair müqavilələr də imzalanıb. Birləşmiş Ərəb Əmirliyi ilə üç müqaviləmiz mövcuddur. BMT-nin dayanıqlı iqtisadi inkişafa dair planına görə də müvafiq dövlət proqramı qəbul olunub. Bu proqrama görə müəyyən məqsədlər qoyulub və onlar həyata keçirilir. Enerji ixrac edən ölkəyik və ənənəvi enerjidən daha çox istifadə edirik, deməli, tullantılarımız da çoxdur. Biz də bunu digər enerji növləri ilə əvəzləyirik. Məqsəd qoyulub ki, havanı çirkləndirməyən vasitələrdən istifadə edilsin. Kənd təsərrüfatında və digər sahələrdə müəyyən normativ aktların dəyişdirilməsi, havanı çirkləndirməyən avadanlıqlardan istifadə prosesləri gedir. Qanunvericilikdə də dəyişikliklər olacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1043   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-ın yeni tarif siyasəti: Azərbaycan üçün fürsət, yoxsa risk? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə ABŞ administrasiyasının tətbiq etdiyi yeni tariflər qlobal ticarətdə yenidən gərginliyi artırıb. Vaşinqtonun bir sıra ölkələrdən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni rüsumlar tətbiq etməsi beynəlxalq təchizat zəncirlərinə, istehsal xərclərinə və dünya bazarlarında qiymətlər

6 avqust
.

Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyo

12 iyul
.

DGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"

"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik

25 iyun
.

Qramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR

Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər

3 iyun
.

Kartdan-karta köçürmələrə limit: Yeni qaydalar kimlərə və necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Avqustun 1-dən Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlərin tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, bir bank kartı ilə gün ərzində maksimum 5 kartdan-karta köçürmə əməliyyatı aparmaq mümkündür, aylıq köçürmə məbləği isə 20 min manatla məhdudlaşdırılıb. Eyni zamanda, vətəndaşı

3 avqust
.

Sahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız

Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini

4 avqust
.

"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb

Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib. Report-a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatınd

6 avqust
.

Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib

Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb. "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzi

4 iyun
.

Azərbaycan gübrə idxalına 50 milyon dollar xərc çəkib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 50 milyon dollar dəyərində gübrə idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hesabat dövründə ölkənin gübrə idxalı xərcləri ötən ilin eyni ayları ilə müqayisədə 8% çoxdur

6 avqust