İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİArtıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzunu "Zaferoğlu inşaat" şirkətinin qurucusu, biznesmen Zəfər Məmmədov şərh edib.

İdxaldan asılılığı necə aradan qaldırmalı?

Elektron cihazlar, avtomobil, geyim-tekstil və tikinti materialları... Bunlar xaricdən ən çox idxal etdiyimiz məhsullardır. Məni düşündürən isə niyə bu və digər sahələr üzrə yerli istehsal bu qədər zəifdir? Məsələn, tekstil məhsullarının istehsalı o qədər də çətin proses deyil. Hətta dövlətin də verdiyi dəstəklə elektron cihazların istehsalı və avtomobil sənayesi də inkişaf etdirilə bilər. Təbii ki, burada gənclərin startap layihələri də yaddan çıxarılmamalıdır. Bəs niyə biz bu sahələrdə idxaldan aslılığı aradan qaldıra bilmirik? Problemi kökü bizim sahibkar və ya biznesmen adlandırdığımız insanların yanaşmasındadır. Əvvəla ətrafımıza baxaq.Tanıdığımız biznesmen və sahibkarlar kimlərdir? Bəli çox güman eyni fikirdəyik. Onlar bir məhsulu alıb, üstünə müəyyən məbləğ qoyub satan şəxslərdir. Yəni sahibkarlar istehsal etmək əvəzinə hər hansısa məhsulun alqı-satqısı ilə məşğul olurlar. Amma ölkəmizin alan tərəf yox, satan tərəf olması üçün istehsalat sahələri yaradan sahibkarlıq mentalitetini inkişaf etdirmək lazımdır. Sahibkar - öz biliyindən, bacarığından və kapitalından istifadə edərək riskə gedən şəxslərdir. Buna görə bu cür şəxsləri yetişdirmək üçün, sahibkarlığın əsasları haqda bilgilər artıq məktəb proqramlarına, dərsliklərə salınmalıdır.

Sahibkarlıq sahələrində innovasiyaların tətbiqi

Daha bir önəmli məqam bütün sahələr üzrə innovasiyaların tətbiqidir. Bu istehsal olunan məhsulun daha keyfiyyətli və asan başa gəlməsinə, eləcə də, rəqabətqabiliyyətli olmasına imkan verir. Məsələn, ABŞ-ı digər ölkələrdən fərqləndirən başlıca cəhətlərdən biri, bu sahədə həvəsləndirici dövlət siyasətinin mövcud olmasıdır. Yaponiyadada sahibkarlığının əsas xüsusiyyətlərindən biri, iqtisadi fəaliyyətdə xarici kəşflər və ideyalardan geniş istifadə edilməsidir. Elə son illərdə sahibkarlığa dəstək Azərbaycanda da ölkənin iqtisadi siyasətinin mərkəzi istiqamətlərindən birinə çevrilib. Məhz bunun nəticəsində sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilik və təşkilati-iqtisadi şərait daim inkişaf etdirilir və təkmilləşdirilir. Dövlətin sahibkarlığa müxtəlif mexanizmlərlə səmərəli dəstəyi davam etdirilir və onun inkişafı dövlət proqramları əsasında həyata keçirilir. 2020 ci ildə Sahibkarlığın İnkişaf Fondu tərəfindən sahibkarlara 908 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 126.9 milyon manat, bu ilin ilk 4 ayında isə 217 sahibkara 18.6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin hesabına ötən il 2700, bu ilin ilk 4 ayında isə 600-dək yeni işyerləri açılıb. Sevindirici haldır ki, bu proseslər pandemiya kimi ağır dönəmdə də davam etdirilib. Verilən kreditlərin təxminən 50%-i aqrar sektorun payına, qalan hissəsi isə sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Daha bir sevindirici məqam odur ki, verilən kreditlərin 70%-dən çoxu regionların payına düşür ki, bu da regionların inkişafı üçün çox vacibdir.

Rəsmi məlumatlara əsasən 2021-ci ilin ötən dövründə Azərbaycanda tikinti materiallarının istehsalında artım qeydə alınıb. Bu ilin birinci rübü ərzində tikinti materiallarının istehsalının ümumi dəyəri 134,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10%artım deməkdir.

Əldə olunan uğurlarla yanaşı nəticə istədiyimiz səviyyədə deyil. Daha yaxşı nəticələr üçün isə biz sahibkarlar da dövlətlə bərabər öz təkliflərimizi irəli sürməliyik. Qayıdaq daha çox idxal olunan məhsulların siyahısına. Misal üçün tekstil sahəsini necə inkişaf etdirə bilərik? Bunun üçün Türkiyənin geyim istehsal edən böyük şirkətlərindən birini ölkəmizdə fabrik açmağa dəvət etmək olar. Bu təklifi qəbul etmələri üçün müxtəlif vergi güzəştləri tətbiq edilə bilər. Beləliklə, istehsalatın bu sahəsinin idarə edilməsində mühüm rol oynayacaq mütəxəsssislərin yetiştirilməsinə zəmin yaranacaq. Yeni texnologiyalar və həmin texnologiya ilə işləməyi bacaran gənc mütəxəssislər formalaşacaq. Bu isə gələcəkdə tekstil sahəsində yeni müəssisələrin yaranmasına təkan verəcək. Biz Çinin timsalında bunun nəticələrini gördük. Çin əvvəlcə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin ölkəyə gəlməsinə şərait yaratdı. İndi isə Çin texnologiya, avtomobil, tekstil sahəsində öz brendləri ilə dünyaya meydan oxuyur.

İqtisadiyyatda Qarabağ reallığı...

Nəzərə almaq lazımdır ki, indi bütün dünyanın diqqəti Azərbaycandadır. 30 ildən sonra Qarabağda qazanılan zəfər regionda yeni reallıqlar yaradıb. Müharibənin bitməsi yeni əməkdaşlıq imkanları açıb.20% torpaqlarımızın işğaldan azad edilməsi ən azı 20% iqtisadi artım deməkdir.

Dünyada tanınmış investorlar Qarabağın yenidən qurulmasında iştirak etməyə can atırlar. Dövlət başçısının xüsusi vurğuladığı ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının yaradılacağı Qarabağ zonasında, iqtisadiyyat da yeni innovasiyalarla qurulacaq. Bu isə sahibkar kimi bizi də sevindirir. Belə ki, Qarabağda tətbiq ediləcək müasir texnologiyalar sonradan bütün ölkədə istifadə olunmağa başlayacaqdır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 850   Tarix: 12 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Son xəbərlər
. Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ. Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi. General Natiq Əliyevin qızı saxlanıldı (FOTO). Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA. Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi. "Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar. Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto. Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər. Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib. Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA. Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb. Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti. MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA. Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi. Avropa Siyasi Birliyinin sammiti yeni geosiyasi reallıqlar fonunda: Azərbaycanın artan strateji çəkisi və diplomatik imkanları

vipemlak.az