Zəlzələ ilə başlayıb Qəzza ilə bitdi...

Zəlzələ ilə başlayıb Qəzza ilə bitdi...2023-cü il artıq başa çatmaq üzrədir. Geridə qoyduğumuz il dünyanın müxtəlif hissələrində bir sıra münaqişə, eskalasiya, humanitar, texnogen xarakterli və təbii fəlakətlərlə yadda qaldı.

"Qafqazinfo" bu il dünyanın gündəmində olan və milyonlarla insanın həyatına təsir edən ən önəmli hadisələri təqdim edir:

Fransada pensiya islahatına qarşı kütləvi etirazlar

Yanvarın 19-u Fransada pensiyaya çıxma yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahata qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etiraz aksiyaları hökumətin rəsmi həmkarlar ittifaqlarının liderləri tərəfindən təşkil edilmişdi. Kütləvi etiraz və tətillərə baxmayaraq, martın 11-i parlamentin yuxarı palatası hökumətin qanun layihəsinin lehinə səs verib. Martın 16-sı isə Fransanın Baş naziri Elizabet Born pensiya islahatının Milli Assambleyada yekun səsvermə keçirilmədən qəbul edildiyini elan edib. Ümumilikdə ölkənin əksər şəhərlərində keçirilən etirazlar zamanı milyonlarla etirazçı iştirak edib.

Türkiyə və Suriyada zəlzələ

Fevralın 6-sı Türkiyə ərazisində 7,6 və 7,8 bal gücündə iki güclü zəlzələ baş verib. Zəlzələ Suriyanın şimal hissəsinə də təsirsiz ötüşməyib. Təbii fəlakət nəticəsində Türkiyədə 48 mindən çox insan həlak olub, 11 mindən çox insan isə xəsarət alıb. Suriyada isə təqribən 4 min nəfər zəlzələnin qurbanı olub. Eyni zamanda, yeraltı təkanlar səbəbindən təqribən 105 min binaya zərər dəyib.

Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhasekinin ən son açıqlamasına görə, zəlzələnin vurduğu ziyan 110 milyard dollar təşkil edib. Bunun Türkiyə tarixində ən ağır təbii fəlakət olduğu hesab edilir. Zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan da daxil olmaqla, onlarla ölkənin xilasediciləri iştirak edib.

Çin sədri Si Cinpinin Rusiyaya səfəri

Martın 20-22-si Çin sədri Si Cinpinin Rusiyaya üçgünlük səfəri dünyanın izlədiyi siyasi hadisələrdən biri olub. Bu, Çin sədrinin öz postuna yenidən seçilməsindən sonra ilk xarici səfəri idi. Bu zaman Çin tərəfi bu səfərin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və qlobal strateji sabitlik üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdı.

Finlandiyanın NATO-ya üzv olması

Finlandiya aprelin 4-ü NATO-nun 31-ci üzvü olub. Həmin gün Brüsseldə alyansın Baş Qərargahının qarşısında ölkə bayrağı qaldırılıb. İlk olaraq, Finlandiya öz ərazisində NATO hərbi bazasının və obyektinin yerləşdirilməyəcəyini bildirsə də, dekabrda ölkə ABŞ-lə müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayıb. Bu sazişə əsasən isə, Finlandiyanın bir sıra obyektləri amerikalı hərbçilər üçün əlçatan olacaq.

Sudanda eskalasiya

Aprelin 15-i Sudanda uzun illərdir davam edən siyasi böhran ordu və Çevik Dəstək Qüvvələri arasında açıq hərbi münaqişəyə çevrilib. Bu zaman Sudan ordusuna Abdel Fəttah əl-Burhan, Çevik Dəstək Qüvvələrinə isə Məhəmməd Həmdan Daqlo başçılıq edib. Tərəflər arasında paytaxt Xartumda başlayan qarşıdurma ölkənin digər bölgələrinə də yayılıb. Sudanda olan əcnəbilər kütləvi qaydada ölkəni tərk etməli olub. Beynəlxalq ictimaiyyətin münaqişəni nizamlamaq və davamlı atəşkəsə nail olmaq cəhdləri indiyə qədər hələ ki uğurla nəticələnməyib. Son 6 ay ərzində münaqişə tərəfləri bir sıra məsləhətləşmələr keçirsələr də, əldə edilən razılaşmaların heç biri sona qədər yerinə yetirilməyib.

Britaniya kralı III Çarlzın tacqoyma mərasimi

Britaniya kralı III Karlın tacqoyma mərasimi cari il mayın 6-sı baş tutub. Kraliça II Elizabet 2022-ci il sentyabrın 8-i dünyasını dəyişdikdən sonra taxt kraliçanın 73 yaşlı oğlu, Uels Şahzadəsi Çarlza miras qalıb. O, taxt-tac adı olaraq III Karl adını götürüb. O, sentyabrın 10-u kral elan edilmişdi.

"Titan" sualtı qayığının qəzaya düşməsi

İyunun 18-i "Titan" adlı sualtı qayıq Atlantik okeanında turistləri "Titanik" gəmisinin qəzaya düşdüyü yerə apararkən itib. Sualtı qayıqda 5 nəfər olub. Burada söhbət "Blue Origin" raketi ilə kosmosa uçan 58 yaşlı britaniyalı milyarder və səyyah Hemiş Hardinq, "OceanGate Expeditions" şirkətinin baş direktoru, 61 yaşlı Stokton Ruş, 48 yaşlı britaniyalı iş adamı Şahzad Davud və onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, keçmiş Fransız Dəniz Donanmasının dalğıcı, 77 yaşlı Pol-Anri Narqoledən gedir.

Səyahət "OceanGate Expeditions" şirkəti tərəfindən təşkil edilib.

Hadisədən 4 gün sonra ABŞ Sahil Mühafizə bölməsi qayığın qalıqlarını aşkar edib. Belə məlum olub ki, "Titan"ın göyərtəsində partlayış baş verib, onun içərisində olan insanlar isə həmin andaca həlak olublar. Onların cəsədləri hələ də aşkar edilməyib. KİV-in məlumatına görə, "Titan"da baş verən hadisənin səbəblərinin araşdırılması 18 aydan 24 aya qədər davam edə bilər.

Nigerdə hərbi çevriliş

İyulun 26-sı Nigerin Milli Qvardiyasının əsgərləri ölkə Prezidenti Məhəmməd Bazumu saxlayıb. Digər bir qrup hərbçi isə Prezidentin devrildiyini elan edib, ölkə sərhədlərini bağlayıb, dövlət müəssisələri fəaliyyətini dayandırıb və komendant saatı tətbiq edib. Eyni zamanda Nigerdə Vətənin mühafizəsi üzrə Milli Şura yaradılıb və şura iyulun 28-i prezident qvardiyasının komandanı general Əbdurrəhman Tçianini keçid hökumətinin rəhbəri elan edib. Qeyd edək ki, bu, Nigerin 1960-cı ildə müstəqillik əldə etməsindən sonra 5-ci hərbi çevriliş olub.

Qəzza zolağında İsrail-HƏMAS arasında qarşıdurma

Oktyabrın 7-si Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağından İsrail ərazisini atəşə tutub. Fələstin-İsrail arasında vəziyyətin gərginləşməsinin ardınca İsrail HƏMAS-a qarşı "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb. Eskalasiya zamanı 1300-dən çox israilli öldürülüb, təqribən 250 nəfər isə girov götürülərək Qəzzaya aparılıb.

İsrailin hava hücumları və quru əməliyyatı nəticəsində isə Qəzza zolağında 14 mindən çox fələstinli ölüb, 7 min nəfər itkin düşüb. Həmçinin hərbi əməliyyat zonasında BMT-nin 100-dən çox əməkdaşı həlak olub.

Ekspertlərin fikrincə, Fələstin-İsrail qarşıdurması ümumilikdə Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. Beynəlxalq ictimaiyyət dərhal atəşkəs rejiminin tətbiq edilməsinə və Qəzzada humanitar əməliyyat


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1227   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

Rusiyanın "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyası və Ermənistan bu ölkədə yeni atom enerji bloklarının yaradılması perspektivlərini müzakirə ediblər. Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Ermənistanın Baş naziri Nikol Paşinyanın "Rosatom"un ba

29 sentyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb

İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları

29 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl

30 sentyabr