Mingəçevirdə 20 nömrəli bağçada uşaqlar buz kimi otaqda saxlanılır? - AÇIQLAMA
Mingəçevirdə uşaq bağçası baxımsız vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, söhbət Mingəçevir şəhərində yerləşən 20 saylı uşaq bağçasından gedir. Lentə alınan görüntülərdə bağçanın baxımsız olduğu, uçuq-sökük divarlar, yararsız pəncərələrin olduğu görünür.
Daha da dəhşətlisi bağçada istilik sistemi yoxdur və elektrik də tez-tez kəsilir. Soyuq otaqlarda qalan uşaqlar da, təbii olaraq, tez-tez xəstələnirlər. Son günlər qızılca xəstəliyinin sürətlə yayıldığı bir dönəmdə uşaq bağçasının bu qədər bərbad vəziyyətdə fəaliyyətini davam etdirməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün öncə sosial media hesablarında Mingəçevir şəhər 20 nömrəli körpələr evi-uşaq bağçasında istilik sisteminin olmaması ilə bağlı yayılan görüntülər 2022-ci ilin dekabr ayında çəkilib:
"Belə ki, həmin dövrdə müəssisədə elektrik sistemində problem baş vermişdi. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin yerli bölməsinin və Mingəçevir şəhəri üzrə təhsil sektorunun əməkdaşları tərəfindən müəssisəyə baxış keçirilmiş, proses rəsmiləşdirilərək elektrik naqillərinin yüklənilməsini aradan qaldırmaq məqsədilə bağçada sayğac dəyişdirilib, nasazlıq aradan qaldırılıb.
Qeyd edək ki, Mingəçevir şəhər 20 nömrəli körpələr evi-uşaq bağçası hazırda elektrik qızdırıcıları vasitəsilə qızdırılır. Gələcəkdə sözügedən bağçanın istilik sisteminin yenilənməsi və maddi-texniki bazasının əsaslı təmir olunması nəzərdə tutulur. Əlavə olaraq qeyd edirik ki, təhsil müəssisələrində istilik sistemi və mövcud nasazlıqlarla bağlı problem olduğu halda vətəndaşlar Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzi ilə ("146-0-3") əlaqə saxlaya bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 680 Tarix: 31 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabr