2024-cü ildə hadisələrin necə inkişaf edəcəyi dörd ölkənin fəaliyyətindən asılıdır - ŞƏRH

2024-cü ildə hadisələrin necə inkişaf edəcəyi dörd ölkənin fəaliyyətindən asılıdır - ŞƏRHBaşa çatmaqda olan 2023-cü il, əvvəlki ildən demək olar ki, fərqlənmədi. Ukraynada müharibə davam etdi, Sakit Okeanda gərginlik səngimədi. Yalnız Yaxın Şərqdə HƏMAS-la İsrail arasında ənənəvi müharibə qızışdı və bu, ilin ən yaddaqalan hadisəsi oldu.

"Kaspi" qəzeti 2024-cü ildə dünyanı gözləyən hadisələrlə bağlı məqalə dərc edib.

Təlatümlü il proqnozu

Bəs 2024-cü ildə dünyanı nə gözləyir? Dünya sülhə, yoxsa siyasi, iqtisadi və hərbi münaqişələrə doğru irəliləməkdə davam edəcək? Əksəriyyət hesab edir ki, 2024-cü il üçün mənzərə optimist görünmür. Rusiya ilə bütün dünyanın mübarizəsinin davam edəcəyi proqnoz edilir. Belə ki, nə Rusiya geri çəkilənə oxşayır, nə də Ukrayna torpaqlarını güzəştə gedənə. ABŞ və Çin arasında da gərginliyin artacağı istisna edilmir, rəqib geosiyasi bloklar da yarana bilər. Əksər müşahidəçilərin fikrincə, qarşıdan gələn 2024-cü ilin təlatümlü olacağı gözlənilir. Proqnozlara görə, gələn il Afrikada hərbi əməliyyatlar güclənəcək. Bütövlükdə isə hadisələrin necə inkişaf edəcəyi dörd ölkənin - Çin, ABŞ, Hindistan və Rusiyanın qarşılıqlı fəaliyyətindən asılı olacaq. Bu dövlətlər 2024-cü ildə əsas oyunçular olacaqlar.

Ukraynada müharibə davam edəcək

Rusiya ilə Ukrayna arasında gərginliyin gələn il davam edəcəyi mütləqdir. Lakin müharibənin əvvəlki illərdəki kimi olmayacağı proqnoz edilir. Səbəb Ukraynanın Qərb dövlətlərindən yetərincə dəstək almamasıdır. Lakin Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bu fikri bölüşmür. Onun fikrincə, Ukrayna problemlərə baxmayaraq, müharibədə uğur qazana bilər.

"Dünya o zaman sabitdir ki, qüvvələr balansı var"

2022-ci ildə başlayan dünyanın yenidən bölünməsi prosesinin 2024-cü ildə də davam edəcəyi proqnozunu çoxları bölüşür. Məsələn, politoloq Qriqori Savelyev hesab edir ki, dünya o zaman sabit olur ki, qüvvələr balansı yaranır və heç kim onu öz xeyrinə poza bilmir. Məsələn, 1945-ci ildə Yalta konfransından sonra SSRİ və kollektiv Qərb dünyanı təsir dairələrinə böldülər və bir dünya nizamı formalaşdı. SSRİ-nin dağılmasından sonra dünya birdən-birə birqütblü oldu və dövlətlər onu öz maraqlarına uyğun olaraq yenidən qurmağa başladılar. Rusiya SSRİ-nin bir parçası olaraq bunun qarşısını ala bilmədi - həm iqtisadi, həm də siyasi baxımdan çox zəif idi. Üstəlik, Rusiya hətta ABŞ hegemonluğu ilə də razılaşdı - yəni, istədiyinizi edin, amma bizə toxunmayın. Lakin hegemonluq nisbidir. O, bəzi şeyləri idarə edə bilir, bəzilərini yox. Bunun da nəticəsi Ukrayna münaqişəsi oldu.
Yaxın Şərqdə gərginlik davam edəcək

Gələn il Yaxın Şərqdə də vəziyyətin gərgin olacağı proqnoz edilir. HƏMAS-İsrail müharibəsi ilə yanaşı, Yəməndəki husi qiyamçılarının Qırmızı dənizdə gəmilərə, neft tankerlərinə hücumunun davam edəcəyi gözlənilir. Bu, regionda yeni münaqişə ocağının yaranması kimi də dəyərləndirilir. Ağ Evin milli təhlükəsizlik məsələsi üzrə sözçüsü Con Kirbi su hövzəsində baş verən hadisələrə toxunaraq bildirib ki, husilər hücumları dayandırmalıdırlar. Bu günlərdə qiyamçılar İsraillə bağlılığı olan gəmilərə, tankerlərə hücum edəcəklərini açıq şəkildə bildiriblər. Husilərin təhdid və hücumlarını neytrallaşdırmaq üçün ABŞ-nin təşəbbüsü ilə Böyük Britaniya, Kanada, Fransa, İspaniya, İtaliya, Niderland, Norveç, Bəhreyn, Seyşel adalarının daxil olduğu koalisiya yaradılıb.

Qırımızı dənizdə gəmilərə və tankerlərə hücumu husilərin reallaşdırdığı iddia olunur. Təbii sual yaranır: bu əməllərdə İran hakimiyyətinin barmağı varmı? Bu il İran, Rusiya və Çin Hind okeanında və körfəzdə dəfələrlə hərbi manevr keçirib. Hətta bu su hövzəsində üçlükdən ibarət güclü bir ittifaqın yaranacağı da ehtimal olunur.

İsrail-HƏMAS hərbi münaqişəsinə gəldikdə, müharibə nəinki İsrailin ərəb ölkələri ilə kifayət qədər uğurlu danışıqlarına son qoyub, həm də onları İsrailə qarşı birləşdirib. Bu yaxınlarda BMT Baş Assambleyasında Qəzzada müharibənin dərhal, qeyd-şərtsiz dayandırılması ilə bağlı səsvermə keçirilib. Qətnaməni 193 üzv dövlətdən 153-ü dəstəkləyib, ABŞ və İsrail də daxil olmaqla, yalnız 10 ölkə əleyhinə səs verib, İngiltərə və Almaniya da daxil olmaqla 23 dövlət bitərəf qalıb. ABŞ və İsraili Papua Yeni Qvineya, Paraqvay, Avstriya, Çexiya, Qvatemala, Liberiya, Mikroneziya və Nauru kimi ölkələr müdafiə edib.

Rusiya və ABŞ-də prezident seçkiləri keçiriləcək

Gələn il həm də iki fövqəldövlətdə - Rusiya və ABŞ-də seçkilər ilidir. Rusiyada martda, ABŞ-də ilin sonunda prezident seçkiləri baş tutacaq. Belə görünür ki, Putinin taleyini ABŞ seçkilərinin nəticəsi müəyyən edəcək. Tramp hakimiyyətə gəlsə və dəstəyini geri götürsə, Ukraynada yalnız Avropa qalacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 723   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl

30 sentyabr
.

Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib

Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü

1 oktyabr
.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Lukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib

Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin

28 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr