Ukraynanın alternativ planı nədir? - RƏY

Ukraynanın alternativ planı nədir? - RƏYUkraynada gedən genişmiqyaslı müharibənin ikinci ilinin tamamına yaxın Qərbin, xüsusilə əsas donor olan ABŞ-nin yardımının təxirə düşməsi rəsmi Kiyevin "B planı"nı işə salmasını gündəmə gətirib. Bəs bu plan nədir?

Ukraynalı siyasətçilər və ekspertlər durumla bağlı gerçəkliyi "Report"un Şərqi Avropa bürosuna açıqlayıblar.

Hərbi-siyasi şərhçi Taras Berezovets bildirib ki, Ukrayna hələ SSRİ-nin tərkibində olan zaman ən böyük silah istehsalçılarından biri idi:

"Sovet İttifaqı dağıldıqdan sonra Ukrayna ən böyük hərbi sənaye kompleksinə malik oldu. Kiyev bundan müxtəlif silahların istehsalında və onların ixracında istifadə edib. Ukrayna düz 25 il ərzində ən çox silah istehsal və ixrac edən 10 ölkədən biri olub. Amma 2000-ci illərdən sonra müdafiə sənayesi ilə bağlı bir çox layihələr dayandırıldı. Belə ki, o vaxt hərbi sənaye kompleksi özəlləşdirilməyə başlandı. Lakin Ukrayna 2014-cü ildən sonra tədricən, 2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra isə sürətlə müdafiə sahəsi ilə öz proqramını həyata keçirməyə başlayıb. Hazırda Ukrayna şirkətləri unikal silahlar istehsal edirlər. Bu məqamda qeyd edək ki, Ukrayna hazırda dəniz dronları istehsal edən ən böyük ölkələrdən biridir. Bu dronların istehsalına cəmi bir ildir ki, start verilib. Amma onlar vasitəsilə Qara dənizdə düşmənin hərbi hədəfləri məhv edilir. Bundan başqa, Ukrayna zirehli texnikaların istehsalına dair proqramı fəal şəkildə inkişaf etdirir. Aydındır ki, müharibə başa çatdıqdan sonra Ukrayna istehsalı olan unikal silahlar digər ölkələrə ixrac olunacaq. İndi döyüş şəraitində həm yerli, həm də Qərb ölkələrinin yeni silahları sınaqdan keçirilir. Üstəlik, Qərb ölkələrinin Ukraynaya silah tədarükünü azaltması fonunda Kiyev müdafiə sahəsi ilə bağlı öz proqramlarını inkişaf etdirməyə məcburdur. Bununla bağlı artıq müsbət nəticələr var. Bu, Ukrayna hərbi sənaye kompleksinin böyüməsinə, çox sayda unikal silahın, ilk növbədə pilotsuz uçuş aparatlarının istehsalına təkan verir".
Politoloq Maksim Yali isə qeyd edib ki, təxminən iki ildir davam edən hərbi əməliyyatlar hazırda Qərb tərəfdaşlarının onları kifayət qədər döyüş sursatı, müxtəlif silahlarla tam təmin edə bilmədiklərini göstərir.

"Odur ki, Ukrayna özü silah istehsalına başlayıb. Ukrayna bu istiqamətdə 2023-cü ildə müəyyən uğurlar da qazanıb. Buraya ilk növbədə haubitsalar və ümumiyyətlə, artilleriya sistemləri üçün mərmilər daxildir. Bizim bununla bağlı müəyyən nailiyyətlərimiz var. Qərb ekspertlərinin fikrincə, Ukraynada hərbi əməliyyatların hazırkı tempini qorumaq üçün Qərb ölkələrinin - ABŞ, Avropa dövlətlərinə həm mərmi, həm də silah istehsalı üçün bir neçə il kifayət etməyəcək. Xüsusən də ABŞ-nin hərbi yardımının gecikməsini, Avropa İttifaqı ölkələrində buna dair müəyyən çətinliklərin olduğunu nəzərə alsaq, Ukrayna üçün yeganə yolun məhz bu olduğunu söyləyə bilərik. Digər tərəfdən, Qərb ölkələrinin öhdəliklərini yerinə yetirəcəyinə əminəm. Hər halda, Ukrayna yalnız özünə güvənməlidir, çünki Qərbdə siyasi vəziyyət dəyişə bilər. Belə ki, 2024-cü ildə ABŞ-də prezident seçkisi keçiriləcək. Respublikaçılar Partiyasında reytinqinə görə hazırda lider olan Donald Tramp Ukraynanı onun üçün əlverişli olmayan şərtlərdə danışıqlara məcbur etmək niyyətindədir. Əks təqdirdə, Tramp Ukraynaya silah tədarükündən imtina edəcəyini deyib. NATO və Aİ-nin mexanizmlərini nəzərə alsaq, Avropada da bu məsələ ilə bağlı problemlərin olduğunu söyləyə bilərik. Məsələn, dekabrda Macarıstanın veto qoyması ilə Ukraynaya 50 milyard avro məbləğində yardım ayrılması mümkün olmayıb.

Beləliklə, bu istiqamətdə iki problem var. Birincisi, əvvəllər qeyd etdiyim siyasi aspektlərdir ki, bu da bizi getdikcə özümüzə güvənməyə vadar edir: xüsusən də silah və sursat istehsalında. İkincisi, texnoloji çağırışla bağlıdır. Bu, bir neçə onilliklər ərzində həm Avropa ölkələrində, həm də ABŞ-də silah və sursat istehsalının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Onlar istəsələr belə, Ukraynanın bütün ehtiyaclarının ödənilməsi üçün qısa müddətdə istehsalı bərpa edə bilmirlər. Buna görə də silahlarla bağlı yeganə yol özümüzə güvənməkdir. Məlum olduğu kimi, biz "Boqdan" haubitsaları istehsal edirik. Artıq altı aydır ki, minaatanlar üçün mərmilər və digər silahlar istehsal edirik", - deyə politoloq vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 739   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl

30 sentyabr
.

Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib

Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü

1 oktyabr
.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Lukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib

Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin

28 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr