Zeynəb Xanlarovanın həyat yoldaşı KİM İDİ...

Zeynəb Xanlarovanın həyat yoldaşı KİM İDİ...Azərbaycanın Xalq artisti, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarovanın adı iki gündür sosial şəbəkələrin səhifələrində müzakirə mövzusudur. Müzakirələrin səbəbi Xalq artistinin 31 dekabr gecəsi Azərbaycan Televiziyasının Yeni il konsertində çıxış edərək bir neçə mahnı ifa etməsidir.

Zeynəb Xanlarovanın ifasını bəyənməyənlər onunla bağlı müxtəlif tənqidi fikirlər yazır, Xalq artistini bu yaşda AzTV-nin ekranına çıxmaqda qınayırlar.

Bununla yanaşı, müzakirələrdə Zeynəb Xanlarovanı müdafiə edənlər də çoxdur.

Qeyd edək ki, müzakirələrdə fikir bildirənlərin bəziləri Zeynəb Xanlarovanın keçmişindən bəhs edərkən onun mərhum həyat yoldaşının adını müxtəlif məsələlərdə hallandırırlar.

Bəs Zeynəb Xanlarovanın həyat yoldaşı kim idi?

Modern.az saytının məlumatına görə, Xalq artisti Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.

Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.

3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb.

18 sentyabr 2001-ci il ildə Heydər Əliyevin müvafiq sərəncamı ilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni ləğv edilib. Ləğv olunan "Azərbalıq" Dövlət Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

Mərhum prezident Heydər Əliyevin 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq Səlim Abbas oğlu Babayev də bu qurumun sədri vəzifəsindən azad olunub.

Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib - Ramin və Ramal Babayevlər.

Zeynəb Xanlarovanın həyat yoldaşı ilə bağlı xatirələrindən:

"Bir dəfə mən Səlimi xəstə olduğuna görə Türkiyəyə Gülhanə xəstəxanasına aparmışdım. Orada bizə həddindən artıq hörmət edirdilər. Türkiyənin Prezidenti Süleyman Dəmirəldən tutmuş, xəstəxananın bütün həkimləri, hətta Heydər Əliyevin şəxsi ürək həkimi olan Altan bəy, generallar gəlib bizə baş çəkirdilər. Mən səhərdən axşama kimi onun yanında olurdum. Bir gün Səlim hotelə zəng vurub mənə dedi ki, "Zeynəb tez gəl, bir on nəfər professor və baş həkim səni gözləyir. Elə bil xəstə mən yox, sənsən. Səni görmək istəyirlər". Mən tez geyinib xəstəxanaya gəldim. Onlar mənimlə görüşüb getdilər. Birdən telefon zəng çaldı. Telefonda Heydər Əliyev idi. O, mənimlə danışdı, Səlimi soruşdu, həm də məni o ki, var danladı: "Niyə mənə xəbər vermədən getmisən? Mənə deyərdin ora yaxşı tapşıraydım" - dedi.

"Vallah, sizi çox narahat etmək istəmədim, çünki işləriniz çoxdur. Sizi çox rahatsız edirlər. Xahiş edirlər ki, onlara maddi yardım edəsiniz, gedib müalicə olunsunlar", - deyə cavab verdim. O, güldü. Dedi ki, "mənə müraciət edənlərin pulu səndən çoxdur. Sadəcə, sən çox qeyrətli xanımsan. Ona görə ki, gözün toxdur. Mənliyinə sığışdırmamısan ki, mənə zəng edəsən. Narahat olma, səhiyyə naziri məni necə lazımdır, məlumatlandırıb. Mən də ona öz tapşırığımı vermişəm ki, Səlim yüksək səviyyədə müalicə olunsun".

Mən ona təşəkkür edəndən sonra yenə zarafatımdan qalmadım. Dedim: "Mənə burada prezident səviyyəsində hörmət edirlər". Güldü, dedi ki, "sən elə özün prezidentsən də, böyük adamsan, xəbərim var". Təkrarən, "Səlimdən muğayat ol, mən yenə də sənə zəng edəcəyəm" deyərək onu da əlavə etdi ki, "yadında saxla, mən sənin gözünün toxluğuna, qeyrətinə və mənliyini hər zaman qoruduğuna görə çox istəyirəm. Özünü də qoru! Çünki sən xalqa lazımsan".

Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4989   Tarix: 02 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara

19 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24 sentyabr
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29 sentyabr
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13 sentyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Gülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı

Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"

14 sentyabr
.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24 sentyabr