Husilərin hücumundan sonra "Maersk" Qırmızı dənizdə gəmiçilik əməliyyatlarını dayandırıb
Danimarkanın gəmiçilik şirkəti "Maersk" dekabrın 30-da gəmilərindən birinin husilərin hücumuna məruz qalmasından sonra Qırmızı dənizdəki gəmiçilik əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarına gəlib.
Bu barədə "Maersk" şirkəti açıqlama yayıb.
Açıqlamada "Maersk Hangzhou" gəmisinə edilən hücumdan sonra şirkətin Qırmızı dəniz və Ədən körfəzindən keçən bütün keçidləri növbəti xəbərdarlığa qədər dayandırmağa qərar verdiyi bildirilib. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi və şirkətin vəziyyəti ətraflı şəkildə qiymətləndirmək üçün bölgədəki bütün yük əməliyyatlarını dayandırmağa davam edəcəyi vurğulanıb.
Həmçinin "Maersk" müştəriləri üçün gəmilərin marşrutunun dəyişdiriləcəyi və səfərlərin Ümid burnu ətrafında davam edəcəyi bildirilib. "Bu qərar dənizçilərimizin təhlükəsizliyini təmin etmək üçün verildi və gəmilərimizdəki yüklər bizim əsas prioritetimizdir", - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Danimarka tərəfindən idarə olunan və Sinqapur bayrağı altında üzən "Maersk Hangzhou" adlı kommersiya yük gəmisi dekabrın 30-da Qırmızı dənizin cənubundan keçərkən raketlə vurulduğunu bildirib və kömək istəyib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında sözügedən hərəkətin Husilərin 2023-cü il noyabrın 19-dan bəri beynəlxalq gəmiçiliyə qarşı 23-cü hücumu olduğu qeyd edilib.
Husilərin son hücumundan sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətini dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, Pentaqon dekabrın 6-da Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına qarşı beynəlxalq "Dəniz İşçi Qrupu" yaratmaq üçün danışıqlar apardıqlarını və dekabrın 18-də "Rifah Mühafizə Əməliyyatı" adlı çoxmillətli bir missiyanın yaradıldığını elan etmişdi.
Onu da qeyd edək ki, Husilərin hücumları Aralıq dənizini Qırmızı dənizə birləşdirən, Avropa və Asiya arasında ən qısa marşrutu təklif edən və qlobal ticarətin təxminən yüzdə 12-nin həyata keçirildiyi Süveyş kanalından keçidi təhlükə altına alıb. Qırmızı dənizdə ticarət gəmilərinə hücumların davam etməsi və şirkətlər tərəfindən verilən ardıcıl qərarlar qlobal iqtisadiyyatda yeni bir "təchizat zənciri böhranı"nın başlayacağına dair narahatlıqları artırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 759 Tarix: 03 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrRusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq
Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n
29 sentyabrTramp bu xəbərləri təkzib etdi
ABŞ Prezidenti Donald Tramp özünün Truth Social media hesabında İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş vəsaitlərin dondurulmasının ləğvi təklifi ilə bağlı xəbərləri təkzib edib. xəbər verir ki, Tramp yazıb: "Axios bu yaxınlarda İrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmu
29 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabr