Ukrayna darmadağın, Qəzzada rəzalət, Çinin hazırlığı…

Ukrayna darmadağın, Qəzzada rəzalət, Çinin hazırlığı…Rusiyanın vəhşi təcavüzü, Ukrayna kimi ölkənin darmadağın olması, Qərbin Ukraynaya yardımlarının azalması fonunda Kiyevin güzəştlərə məcbur edilməsi, Yaxın Şərqdə, Qəzzada insanlıq adına rəzalət olan kütləvi qətllər, hibrid-proksi müharibələr… – bütün bunlar azmış kimi, indi də Şimali Koreya sağa-sola raket atır, Çin Tayvanın işğalına hazırlaşır, İordaniya Suriyanı bombalayır, 21-ci əsrdə dəniz quldurları gəmilərə hücum edir, Venesuela qonşu ölkənin ərazisini zəbt edir, Avropa axmaq qərarların, miqrant probleminin içində boğulur, Afrika ölkələrində həftədə bir dövlət çevrilişləri olur. Yəni, dünya tam bir xaosun içindədir.

Bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, İkinci Dünya savaşından sonra alınan qərarlar və 1975-ci il Helsinki aktının müddəaları artıq işləmir, beynəlxalq hüquq çöküb:

"Yeni "oyun qaydaları" lazımdır, başqa yol yoxdur. Dünyanın aparıcı ölkələri məsuliyyətlərini hiss edib yeni masa qurmalı, bütün problemlərin masada çözülməsinə çalışmalı, ən azı, 50-60 il işlək olacaq, heç kim tərəfindən pozulmasına imkan verilməyəcək yeni qaydalar müəyyənləşməli, beynəlxalq hüquq toxunulmaz şəkildə bərqərar olunmalıdır. Zatən sonda məhz belə olacaq, yaxın 1-2 ildə o masa qurulacaq, amma o vaxta qədər hər gün minlərlə insan öləcək".

Onun sözlərinə görə, insan övladı öz azadlığı, hüquqları uğrunda minillərlə vuruşub, qazanıb, bunlardan ən vacibi yaşamaq hüququdur - bir ovuc beynəlxalq dələduzun insan övladının əlindən yaşamaq hüququnu almasına imkan vermək olmaz:

"Dünyada təhlükə insanların say artımı deyil, dünyanın resurları 100 milyard insana da bəs edər, əsas təhlükə beynəlxalq dələduzlar, bir qrup manyakdır ki, bəşəriyyəti saxta gündəmlərlə məşğul edib insan haqq və azadlıqlarını boğmağa çalışırlar..."

Mənbə: axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 811   Tarix: 06 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi

ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n

29 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs

30 sentyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb

HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd

29 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr