Şoltsa təzyiqlər başladı: Bu raketləri Ukraynaya ver...
"Taurus" qanadlı raketlərinin Kiyevə tədarükü ilə bağlı Almaniya kansleri Olaf Şoltsa hakim koalisiyanın tərkibində yer alan Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası, Azad Demokratik Partiyası və liberallar tərəfindən təzyiqlər güclənir.
Bu barədə "Rheinische Post" məlumat yayıb.
Məlumata görə, Yaşıllar, Azad Demokratik Partiyası və müxalif Xristian Demokrat İttifaqının bir neçə nümayəndəsi raketlərin Ukraynaya tədarükünün zərurətindən danışıb və Şoltsu həddən artıq təmkinli olmaqda ittiham edib.
"Ukraynaya "Taurus" qanadlı raketlərinin tədarükü çoxdan yetişib. Passivlik kanslerindir və hökumətin ümumi mövqeyi hesab edilmir", - Bundestaqdakı "İttifaq-90/ Yaşıllar" fraksiyasından olan deputat Sara Nanni deyib.
Xristian Demokrat İttifaqının xarici siyasət məsələləri üzrə eksperti Roderix Kizeveter isə bildirib ki, Kiyevə kigayət qədər hərbi yardımın göstərilməməsi faktiki olaraq Rusiyaya dəstək deməkdir:
"Rusiya Qərbin zəifliyi səbəbindən özünü güclü hiss edir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 778 Tarix: 06 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp İrana sabaha kimi vaxt qoydu
"ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yenidən açılması üçün İrana sabahadək vaxt qoyub". "Qafqazinfo" CNN-ə istinadən xəbər verir ki, bu sözləri adı açıqlanmayan Ağ Ev rəsmisi deyib. O da bildirilib ki, Tramp bu gün İran üzərində vurulan F-15 qırıcısı ilə bağlı mətbuat konfrans
6 aprelHindistanda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər var
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında sərnişin avtobusu xəndəyə aşıb, ölənlər var. "Report"un məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər verib. Mənbələrin məlumatına görə, qəza zamanı avtobusda ikisi uşaq olmaqla 22 sərnişin olub. "Rəsmilə
5 aprelNetanyahu: İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib
İsrailin Baş naziri Benyamin Netanyahu İranın neft-kimya sənayesinə genişmiqyaslı zərbələr endirildiyini təsdiqləyib. "Report"un məlumatına görə, bununla bağlı açıqlama Netanyahunun "X" sosial şəbəkəsindəki səhifəsində yayılıb. "Sizə söz vermişdim ki, Tehranda (hakimiyyət orqanların
5 aprelHüseyn Həsənov evini bir peçenyeyə satıb?
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun işi üzrə məhkəmədə maraqlı detallar açıqlanıb. "RIA Novosti"yə istinadən xəbər verir ki, iş üzrə şahid qismində çıxış edən şəxs bildirib ki, bloger ona "Moskva-Siti"də yerləşən mənzili formal şəkildə "peçenye" qarşılığınd
7 aprelİrandan Küveytə hücum: Nazirlik binasına zərbə endirildi
İranın pilotsuz uçuş aparatı Küveytin Maliyyə Nazirliyinin binasına hücum edərək ona ziyan vurub. xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Hücum nəticəsində xəsarət alan yoxdur. Nazirliyin əməkdaşları aprelin 5-də məsafədən işləyəcəklər
5 aprel