Kim Çen Inın bacısı: "Cənubi Koreya atdığımız hərbi "yemi" uddu"

Kim Çen Inın bacısı: "Cənubi Koreya atdığımız hərbi "yemi" uddu"KXDR silahlı qüvvələri üçüncü gün ardıcıl olaraq Cənubi Koreyanın qərb sahillərində artilleriya təlimləri keçirib.

Bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Silahlı Qüvvələrindəki mənbəyə istinadən xəbər yayıb.

Agentliyin məlumatına görə, KXDR ordusu Sarı dənizdə yerləşən Yonpxyon adasının şimalında artilleriya atəşini davam etdirir.

Həmçinin Pxenyan yanvarın 6-da Cənubi Koreyaya atəşi imitasiya etdiyini bildirib. Belə ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon KXDR-in həmin gün Cənubi Koreyaya bir dənə də olsun mərmi atmadığını - aldatma əməliyyatı həyata keçirdiyini bəyan edib.

"Silahlı qüvvələrimiz həmin sulara bir mərmi də atmayıb. Koreya Respublikasının hərbi quldurları bizim atdığımız "yemi" uddular", - deyə Kim Yo Çjon vurğulayıb.

O, bildirib ki, KXDR ordusu sahil artilleriya silahlarından açılan atəş adı altında partlayıcıları 60 dəfə işə salıb.

"Aldatma əməliyyatı Cənubi Koreyanın Şimali Koreyanın fəaliyyətlərini aşkar etməkdə əsl imkanlarını ifşa etmək üçün həyata keçirilib", - deyə o əlavə edib.

Kim Yo Çjonun sözlərinə görə, Cənubi Koreya ordusu partlayışları silah səsi ilə səhv salıb və mərmilərin Sarı dənizin bufer zonasına düşdüyü barədə uydurma iddialar irəli sürüb.

Qeyd edək ki, yanvarın 5-də KXDR Pennyondo adasının şimalındakı Çansan burnu və Yonpxyon adasının şimalındakı Qora burnuna 200 artilleriya mərmisi atıb. Mərmilər Seulda faktiki dəniz sərhədi hesab edilən şimal demarkasiya xəttinin yuxarı hissəsinə düşüb. Adaların yerli sakinləri təxliyə edilib, dəniz və hava hərəkəti dayandırılıb. Buna cavab olaraq Cənubi Koreya hərbçiləri təlimlər keçiriblər./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1271   Tarix: 07 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar

1 oktyabr
.

Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve

29 sentyabr
.

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n

29 sentyabr
.

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

Rusiyanın "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyası və Ermənistan bu ölkədə yeni atom enerji bloklarının yaradılması perspektivlərini müzakirə ediblər. Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Ermənistanın Baş naziri Nikol Paşinyanın "Rosatom"un ba

29 sentyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

İsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb

HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd

29 sentyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr