İstanbulda dini mərasim keçirildi: Çox sayda insan dənizə atıldı - FOTO/VİDEO
Xristian inancına görə, Həzrəti İsanın vəftizinin 2024-cü ildönümü ilə əlaqədar İstanbulda Fənər Rum Patriarxlığının həyətində yerləşən Aya Yorgi kilsəsində dini mərasim təşkil edilib.
Mərasimi Fənər Rum Patriarxı Bartolomeos idarə edib. Tədbirdə dualar oxunub, ziyarətə gələnlər şam yandırıblar.
Təxminən dörd saat davam edən tədbirdən sonra Haliçdə (Qızıl Buynuz buxtası) dənizdən xaç çıxarma mərasimi keçirilib. İstanbul Rum Patriarxı Bartolomeos və mərasimə qatılanlar kortec şəklində Haliç sahilinə gediblər. Patriarx Bartolomeos Haliçdə dənizə xaç atıb.
Onlarla insan xaçın arxasınca dənizə tullanıb. Xaçı dənizdən çıxardan şəxs isə Dedeağaçdan İstanbula gələn Kostas Kipros olub.
Xaç çıxarma mərasimi çox sayda insan tərəfindən maraqla izlənilib. Eyni zamanda mərasim zamanı geniş təhlükəsizlik tədbirləri görülüb.
Haliçlə yanaşı digər bölgələrdə də xaç çıxarma mərasimləri baş tutub.
"Çox xoşbəxtəm və hər kəsə ən yaxşısını diləyirəm. Bu gün xaçı çıxarmaq üçün dənizə baş vurmağa qərar verdim. Uğurlu günümdür, xaçı çıxardım. Çox xoşbəxtəm", - deyə xaçı dənizdən çıxardan Kostas Kipros qeyd edib. (OXU.AZ)






Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1060 Tarix: 08 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabrDağ saniyələr içində çaya uçdu - Video
Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d
29 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrYaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabr