2024-cü ildə dünya ölkələrində seçkilər: Harada qarşıdurma, harada sabitlik olacaq?

2024-cü ildə dünya ölkələrində seçkilər: Harada qarşıdurma, harada sabitlik olacaq?2024-cü ildə dünyada bir neçə mühüm seçki kampaniyası keçiriləcək. Onların nəticələri geosiyasi vəziyyətin və ölkələr arasında münasibətlərin necə inkişaf edəcəyini böyük ölçüdə müəyyən edir.

Publika.az xəbər verir ki, Rusiya Dövlət Humanitar Elmlər Universitetinin Xarici regionşünaslıq və xarici siyasət kafedrasının müdiri, tarix elmləri doktoru Olqa Pavlenko Lenta.ru ilə söhbətində əsas seçki prosesləri ilə bağlı proqnoz verib.

O bildirib ki, ABŞ-da prezident seçkilərinin nəticəsini proqnozlaşdırmaq çətindir. Hazırda ABŞ Konqresində kifayət qədər ciddi müzakirələrə baxmayaraq, respublikaçıların hücuma keçməsinə və Demokratlar fraksiyasının da parçalanmasına rəğmən, Baydenin heç bir şansının olmadığını söyləmək hələ ki, çox tezdir. Hər şey ola bilər. Hələlik Trampdan başqa səsləri geri çəkə biləcək real namizəd yoxdur. Trampla bağlı hekayə də hələ tam aydın deyil. Bir sözlə, məncə, şanslar 50/50-dir".

Olqa Pavlenkonun sözlərinə görə, Böyük Britaniyada keçiriləcək parlament seçkilərinin nəticələrindən sonra Mühafizəkarlar Partiyasının üstünlüyü çox güman ki, keçmişdə qalacaq.

"Mühafizəkarlar Partiyasının baş nazir kimi irəli sürdüyü bir neçə namizəd heç vaxt ictimai rəy qazanmayıb və çox ciddi tənqidlərə məruz qalıb. Leyboristlərin qalib gəlmək şansı daha çox olacaq", - deyə politoloq bildirib.

2024-cü ildə bütün Aİ ölkələrində Avropa Parlamentinə seçkilər keçiriləcək. Bu, sayca onuncu səsvermə olacaq. Deputatlar yeni beşillik müddətə seçiləcəklər.

Mütəxəssis qeyd edib ki, Tayvanda keçiriləcək prezident seçkiləri isə dünya siyasəti üçün çox böyük əhəmiyyət kəsb edəcək.

Olqa Pavlenko Postsovet ölkələrində baş tutacaq seçkilər haqqında da proqnozlarını bölüşüb.

Gürcüstanda parlament və prezident seçkiləri keçiriləcək, Azərbaycanda isə vətəndaşlar yeni dövlət başçısını müəyyən etməli olacaqlar. Olqa Pavlenko hesab edir ki, bu kampaniyalara gəlincə, artıq seçicilərin əhval-ruhiyyəsi ilə bağlı nəticə çıxarmaq olar.

2024-cü ildə dünya ölkələrində seçkilər: Harada qarşıdurma, harada sabitlik olacaq?Sorğulara görə, gürcü cəmiyyəti Avropa Birliyinə çox güclü meyl edir. Çox güman ki, qərbyönlü qüvvələr növbəti seçkidə də qələbə qazanacaq. Gürcüstan hələ də Aİ və ABŞ-a doğru sürüklənir.

Gürcüstandan fəqrli olaraq Azərbaycanda isə vəziyyət başqadır. Hazırki prezident İlham Əliyevin ölkədə çox ciddi mövqeyi var və Azərbaycan siyasətində kəskin dəyişiklik gözlənilmir. Ən azı xarici konturda belə kəskin əlamətlər yoxdur", - deyə Olqa Pavlenko bildirib.

Politoloq qeyd edib ki, bu il Rusiyada keçiriləcək prezident seçkilərində də xüsusi dəyişiklik olmayacaq. İndiki dövlət başçısı Vladimir Putin artıq yeni müddətə öz namizədliyini irəli sürüb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1098   Tarix: 08 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədənçıxarmanın qadağan olunduğu qitənin altında nəhəng ehtiyat var: Səbəb nədir?

Qızılın mümkün mövcudluğu ilk növbədə bu qitənin geoloji keçmişi ilə müəyyənləşir. Antarktida vaxtilə Afrika, Avstraliya və Cənubi Amerika ilə birlikdə Qondvananın bir hissəsi olub. Bu regionlar isə mineral ehtiyatlarla zəngindir. Qaynarinfo "WP Tech"ə istinadən xəbər verir ki, bu səbəbdə

28 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

İran, Vaşinqtonun memorandum tətbiq etməsindən sonra ABŞ ilə danışıqların mümkün olduğunu bildirir

Vaşinqton iyun ayında imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini yerinə yetirməyincə ABŞ ilə danışıqlar başlamayacaq. xəbər verir ki, bu barədə fars xəbər agentliyi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzaeiyə istinadən bildirib. Agentli

29 sentyabr
.

Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs

30 sentyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr