Dominikan polisi "Survivor"a qarşı əməliyyat keçirib
Dominikan polisi hazırda respublika ərazisində çəkilişləri davam edən "Survivor All Star 2024" yarışının komandasına qarşı əməliyyat keçirib.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı "TV8" kanalının rəhbəri Acun Ilıcalı yarışın dünənki buraxılışında açıqlayıb.
Məlumata görə, bir neçə gün əvvəl yarışlardan birində qalib gələn komanda mükafat olaraq Kolumbiyaya səfərə aparılıb. Burada iştirakçılardan biri Seda Aktuğlu tanımadığı bir qadının telefonundan istifadə edərək atasına mesaj göndərmək istəyib. Mesajı göndərə bilməyən Seda telefon sahibinə qeyd yazıb. Telefon sahibi isə bu qeydi "Məni qaçırıblar" kimi səhv anlayaraq polisə müraciət edib.
Komanda Dominikana qayıtdıqda isə onları hava limanında polis qarşılayıb. Məsələyə iki ölkə polisinin müdaxilə etdiyi qeyd olunub. Məsələnin aydınlaşdırılması üçün isə komanda hava limanında 1 saat gözlədilib.
Baş verən hadisə A.Ilıcalının narazılığına səbəb olub. Onun sözlərinə görə, bu yarış tarixində ilk belə hadisədir. O bildirib ki, Seda Aktuğlu cəza olaraq komandasının qazandığı 5 mükafatdan yararlana bilməyəcək.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 783 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad
12 iyulABŞ senatoru Lindsi Qrem vəfat edib
ABŞ senatoru Lindsi Qrem vəfat edib. xəbər verir ki, bu barədə senatorun ofisi "X" və "Facebook" sosial şəbəkələrində bəyanat yayıb. "Şənbə günü, iyulun 11-də axşam saatlarında ABŞ senatoru Lindsi Qrem qısamüddətli və qəfil xəstəlik nəticəsində dünyasını dəyişib. Senator Qremi
12 iyul"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək
Amerikanın "SpaceX" şirkəti iyulun 16-da "Starship" kosmik gəmisinin prototip raket daşıyıcısının yeni sınaq buraxılışını həyata keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki məlumatında bildirilir. "Starship"i
12 iyulİrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub
ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. "ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrin
12 iyulİran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib
12 iyulRubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyul