Amerikansayağı İKİÜZLÜLÜK – Dünyanı sanksiyaya çağırır, özü Rusiyadan NEFT ALIR...
Rusiyaya qarşı sanksiya çağırışları edən ABŞ özü bu sanksiyaları pozaraq rus neftini almağa başlayıb.
ABŞ Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında ABŞ Rusiyadan 2,7 milyon dollarlıq 36,8 min barel, noyabrda isə 750 min dollara 9,9 min barel neftin alışı həyata keçirib.
Bu isə onu göstərir ki, ABŞ ilyarımlıq fasilədən sonra Rusiyadan neft idxalını bərpa edib. Özü də ABŞ üçün Rusiya neftinin bir bareli oktyabrda 74, noyabrda isə 76 dollara başa gəlib. Bu, elə ABŞ tərəfindən Rusiya neftinə qoyulan bir barel üçün 60 dollarlıq "qiymət tavanı"ndan xeyli yüksəkdir.
Buradan göründüyü kimi, başqalarından Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edən və buna görə təzyiqlərə əl atan ABŞ özünə gələndə istədiyi an həmin sanksiyaları pozur. Bu isə Vaşinqtonun ikiüzlü siyasət yürütdüyünün göstəricisidir.
"ABŞ-ın sanksiya siyasəti özünü doğrultmur"
Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, ABŞ-ın ikiüzlü siyasət yürütməsi artıq dünyada heç kimi təəccübləndirmir:
"Rusiya neftinə qoyduğu embarqonu pozması da heç kimi təəccübləndirməməlidir. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasəti hələ ki, özünü doğrultmur. Ukraynanın ötən il reallaşdırdığı əks-hücum kampaniyası gözləntiləri doğrultmadı. İşğal altındakı ərazilərin yalnız 0,2 faizi azad olundu.
Son aylar isə təşəbbüs rusların əlinə keçib. ABŞ və Avropa İttifaqının Ukraynaya yardımı problemlərlə üz-üzə qalıb. NATO-nun baş katibi Ukrayna cəbhəsində bəd xəbərlərə hazır olmağı məsləhət görüb. Nümayəndələr Palatasının spikeri Vaşinqtondan Ukrayna strategiyası barədə aydın məlumat verməyi tələb edib".
"Ağ Evin son illər yeritdiyi siyasət arzu olunan nəticəni verməyib".
"ABŞ xeyli müddətdir Rusiya ilə gizli danışıqlar aparır. Bu mənada neftə qoyulan embarqonun pozulması bundan sonra atılacaq addımların xəbərçisi kimi qəbul olunmalıdır. Ukraynaya 2024-cü il üçün son şans verilə bilər. Amma əks-hücum kampaniyasının uğurla nəticələnməsi ehtimalı həddən artıq azdır.
ABŞ rəsmiləri də elan edib ki, bu il göstəriləcək yardım əvvəlki illərdən az olacaq. Əvvəlki illərdə göstərilən yardımlar isə göründüyü kimi, arzulanan nəticəni vermədi. Yardım azalırsa, deməli, ciddi uğur qazanmaq şansı da azalır. Amerika apardığı siyasətin Ukraynaya fəlakət gətirdiyini, Rusiya iqtisadiyyatını zəiflətdiyini, yüz minlərlə rus əsgərinin öldüyünü gördü.
Görünür, bu nəticələr Vaşinqtonu qane edir. Ona görə də artıq yürüdülən siyasətdən imtina etməyin vacib olduğunu anlayırlar. Görünür, Rusiyaya münasibətdə bundan sonra digər addımlar da atılacaq. Bir şeyi yaddan çıxarmamalıyıq ki, dünyada ən az güvənməli ölkə məhz ABŞ-dır", - deyə müsahibimiz əlavə edib.
Mənbə: bizim.media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar