İran qarışdı: SEPAH Qərbi Azərbaycan kəndinə hücum etdi
İran sosial şəbəkələrində SEPAH-a bağlı duz zavodu layihəsinə etiraz etdikləri üçün təhlükəsizlik qüvvələrinin Salmasın Qaraqışlaq kəndinin sakinlərinə hücumunu əks etdirən videoçarx yayılıb.
İranın Qərbi Azərbaycan əyalətindəki kənddən gələn nümayişçiləri dağıtmaq üçün təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Yerli mənbələr bildirirlər ki, əhalinin duz zavodunun yaradılmasına etirazının əsas səbəbləri kənd təsərrüfatı torpaqlarının əkin üçün yararsız hala düşməsi, otlaqların və bağların məhv olması, ətraf mühitin məhv olması ehtimalıdır. Onların fikrincə, zavodun ətrafındakı torpaqlara və su mənbələrinə sənaye çirkab sularının daxil olması belə fəsadlara gətirib çıxaracaq.
Layihənin ətraf mühitə zərərli təsirlərinə etiraz edən 70 vətəndaş həbs edilib.
Sosial şəbəkələrdə aksiyanın təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə zorakılığa çevrildiyini əks etdirən fotoşəkillər yayılıb. Hökumət qüvvələrinin nümayişçilərə "gözyaşardıcı qaz və dəyənəklərlə" hücum etdiyi bildirilir. Salmas şəhər Təhlükəsizlik qüvvələrinin rəisinin əmri ilə vətəndaşların evlərinə hücum edərək onlarla insanı həbs ediblər. İran Ziyalılar Birliyi Koordinasiya Şurası bildirir ki, saxlanılanların arasında yaşlı qadın və kişilər var. Saxlanılan qadınlar şifahi təhqirlərə və "seksual zorakılıq" təhdidlərinə məruz qalıblar.
Xatırladaq ki, ekoloji etirazlar İranın digər bölgələrində də keçirilir. Bundan əvvəl, yanvarın əvvəlində Yəzd vilayətinin Ərdəkan şəhərinin sakinləri və ətraf mühit fəalları ərazidə yeni polad, kafel və şüşə zavodlarının tikintisinə etiraz olaraq bir sıra aksiyalar keçiriblər.
Yəzd-Ərdəkan düzü əyalətin sənaye sahələri yerləşən, eyni zamanda əhalisinin 80%-nin yaşadığı yerdir və buranın ekologiyasının korlanması vətəndaşların bütün il boyunca zəhərli hava udmasına səbəb olur.
Ən böyük ekoloji etiraz aksiyaları isə təbii ki, Urmiya gölünün qurudulmasına qarşıdır.
Bu aksiyaların hamısına qarşı hökumət zorakı yanaşma nümayiş etdirir. SEPAH-ın belə qəddarlığının səbəbi də yox deyil. Belə ki, İranda su nəqli sahəsində böyük layihələrin əksəriyyətini SEPAH-ın "Xatəmül-Ənbiya" qərargahı həyata keçirir.
Mənbə: publika.az
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1402 Tarix: 13 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrİmişli Şəkər Zavodunda yanğın oldu
İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarında
28 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrAğsuda dağlıq ərazidə yanğın - Video
Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməs
28 sentyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabr