Təbii fəlakətlər, ağlagəlməz hadisələr, icra başçılarının... - Və sairlər ƏJDAHA PROQNOZUNDA

Təbii fəlakətlər, ağlagəlməz hadisələr, icra başçılarının... - Və sairlər ƏJDAHA PROQNOZUNDA13 Yanvar - Köhnə yeni ildir. Belə ki, bir çox ölkələrdə yanvarın 13-dən 14-nə keçən gecə bayram kimi qeyd olunur. Köhnə yeni ili qeyd etmək ənənəsi hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yulian təqvimi ilə Yeni il yanvarın 14-də başlayır.

Rusiya ilə yanaşı köhnə yeni il Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə də keçirilir.

Yeni ilin 13-cü günü. ilin bitməsinə 352 gün qalır. Nələr gözləyir bizi bu il? Təbii ki, hamımıza maraqlıdır. Elə bu məqsədlə tədqiqatçı-jurnalist, avestaşünas, astroloq Səbuhi Rəhimli ilə həmsöhbət olduq.

Publika.az həmin müsahibəni sizə təqdim edir.

- Səbuhi müəllim Əjdaha İlini ümumi olaraq necə xarakterizə etmək olar? Əjdaha bizə nələri vəd edir?

- "Astroloji bilgilərə görə, Əjdaha ilində baş verən hadisələr gözlənilmədən, qısa zaman kəsiyində cərəyan edir. Amma tarixi xronologiyaya nəzər salsaq, görərik ki, Əjdaha ilində böyük müharibələr, dövlətlərarası münasibətlərdə kəskin konfiliktlər müşahidə olunmur, əksinə sülh sazişləri, münaqişələrin sabitləşməsi nəzərə çarpır.

Əjdaha ili çox yaxşı ildir. Əjdaha özündən əvvəlki son iki ilin xoş olmayan, ürək açmayan hadisələrini sahmana salır. Natarazlığı tarazlayan bir ildir. Əjdaha ili sülh ilidir. Dövlətlərarası münasibətlərdə, böyük müqavilələrin bağlanılmasında, sülh sazişlərinin əldə olunmasında əhəmiyyətli rol oynayan bir ildir. Yalnız təbii fəlakətlər istisnadır. Çünki bu, sırf təbii fəlakət hadisəsidir. Və bunun nə zamanı, nə saatı, nə də anı bəlli olmur. Ümumi götürəndə il ərzində sabitlik hökm sürəcək

- Hamı üçün ilinin necə keçəcəyi maraqlıdır. Fərd olaraq insanlara nələri vəd edir bu nəhəng heyvan?

- Bu heyvan nəinki Şərqdə, həmçinin Qərbdə də xəzinələrin, sirrlərin, bütün gizli işlərin himayəçisi, fövqəladə güc sahibi, həmçinin amansızlığın qatı düşməni kimi qəbul olunur. Onlar mağaralarda tək yaşadığından insanlarda tənhalığa meyli gücləndirirlər. Bu baxımdan hissləri duymaq, Tanrıya yaxın olmaq, məkrli fikirləri oxumaq və öyrənmək, dünyanı dərk etmək əlverişli olsa da, qarşılıqlı münasibətlərdə, xüsusən də tərəfdaşlıq və müttəfiqlik zəminində passivlik yaradır. Buna baxmayaraq, Əjdaha cəsarətli adamlara gözəl şərait yaradır onları qəhrəmanlaşdırır, gələcəyini parlaq edir, dostu düşməndən ayırmaqda yardımçı olur.

Əjdaha tək yaşayır deyə insanları təkliyə, yalnızlığa yönəldir. Təkliyi sevən canlıdır. Bu ildə münasibətlərə pozulmalar daha çox müşahidə edilir. Statistikaya görə, boşanmalar da əjdaha ilində daha çox olur. Bununla yanaşı əjdaha oyun qura bilmir, hiyləgər deyil. Ona görə səmimiliyi qorumaq lazımdır.

- Əjdahanın bürclərə təsiri necə olacaq? Ümumi götürəndə ilin şanslı bürcləri hansılardır?

- İlin aparıcı planeti Saturandır. İlin apaıcı bürcləri sutökən və oğlaqdır. Saturun oğlaqın gündüz, sutökənin isə gecə evidir. Torpaq və hava ünsrülü bürclər bu il daha şanslıdır. Sutökən, oğlaq, buğa, qız, əkizlər və tərəzi bürcləri üçün Əjdaha böyük uğur vəd edir. Əjdaha ilinin dostları siçan və meymun ilində doğulanlardır. Rəqibi isə it ilində dünyaya gələnlərdir.

Ötən il kollektiv işlərdə daha çox uğur əldə etmişik. İstər ordumuzun timsalında, istər türkdilli dövlətlərin birliyinin nümayişində bunu gördük. Bu il isə fərdi yaradıcılıq sahəsində çalışanlar üçün uğurlu olacaq. İnsanın sadəcə xəyal qovluğunda saxladığı arzuları, ağlagəlməz hadisələr gerçək olacaq. Əgər nə vaxtsa ədalətsizlik, anlaşılmazlıqdan dolayı hər hansı bir işinizdən məhrum olmusunuzsa, il sizə ilahi ədalət vəd edir. Sən ümidini itirsən də ümid səni itirməyib. O səni gəlib tapacaq.

- Müsahibənin əvvəlində qeyd etdiniz ki, ümumi götürəndə uğur vəd edir. Ölkəmiz üçün hansı əlamətdar hadisələr gözlənilir?

- Ermənistanla Azərbaycan arasında bundan sonra heç vaxt müharibə olmayacaq. Zəngəzur dəhlizinə qovuşacağıq. Düzdü bu 2025-ci ilə kimi davam edən bir prosses ola bilər. Bu il gözlənilən sülh müqaviəsi imzalanacaq. Əvvəldə də dediyim kimi, 2024-ci il sülh ili, sabitlik ilidir. Əjdaha ilini qızıl kadr islahatları dövrü kimi də xarakterizə etmək olar. Məhkəmə hüquq sistemində nəzərə çarpan dərəcədə islahatlar olacaq. 40%-dən çox icra başçıları yeniləri ilə əvəz olunacaq. Bir sözlə böyük kadr islahatları gözlənilir.

- Dünyaya gəlincə, il dünya dövlətləri üçün nələri vəd edir?

- Bu gün dünyanı narahat edən ən çox müharibələrdir. Rusiya-Ukrayna müharibəsi ilin sonuna kimi davam edəcək. Qəzzada müharibə may ayında bitə bilər. Böyük itkilərə səbəb olan fəlakət, qəzalar gözlənilmir.

- Çində, ABŞ-da yayılan xəstəliklər dünyanı narahat edir. Böyük bir pandemiyanı geridə qoymuşuq. Bu xəstəliklərlə bağlı yeni ildə vəziyyət necə olacaq?

- Saturanın özünəməxsus xəstəlikləri var. Sinir, oynaq, revmatik ağrılardan əziyyət çəkənlər olacaq. Ümumilikdə isə pandemiya kimi böyük bəlalar gözlənilmir.

- Təşəkkür edirəm ətraflı müsahibə üçün. Həmişə ürəkaçan proqnozlar verməyiniz diləyi ilə...

- Çox sağ olun.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1121   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr