ABŞ bunu da etdi: Səsdən sürətli təyyarə...
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və ABŞ-ın "Lockheed Martin" Hərbi Sənaye Korporasiyası səsdən daha sürətli eksperimental X-59 təyyarəsini təqdim edib.
Yenisabah.az xəbər verir ki, Kaliforniyanın Palmdeyl şəhərindəki "Lockheed Martin" zavodunda keçirilən mərasim birbaşa canlı olaraq NASA-nın saytında yayımlanıb.
Agentliyin məlumatına görə, "Quesst" proqramı çərçivəsində hazırlanan "səsdən sürətli təyyarə"nin əsas fərqləndirici xüsusiyyəti, dizaynına görə səsdən daha yüksək sürətlə hərəkət edən zaman səciyyəvi səs çıxarmır. NASA, yeni təyyarənin sınaqlarının gələcəkdə ABŞ-da və bəzi digər ölkələrdə 50 il əvvəl tətbiq olunan səsdən sürətli təyyarələrin quru üzərində uçuş qadağasının ləğvinə imkan verəcəyinə ümid edir.
Bütün təyyarələr səsdən daha artıq sürətə çatdıqda yüksək, partlayışa bənzər uğultu yayırlar. NASA-nın bildirdiyinə görə, bunun əvəzinə, X-59 həmin sürətə çatdığı zaman yalnız sakit tıqqıltı səsi eşidiləcək.
Tərtibatçılar qeyd edirlər ki, X-59 prototip deyil, eksperimental təyyarədir, onun istifadəsi səsdən sürətli sərnişin laynerlərinin gələcək nəsillərinin işlənib hazırlanması üçün məlumatların toplanmasına imkan yaradacaq. Təqdim edilən xüsusiyyətlərinə görə təxminən 9 metr qanad genişliyi olan 30 metr uzunluğundakı təyyarə, səsdən yüksək olan 1488 kilometr/saat sürətə çata bilər.
"Biz cəmi bir neçə il ərzində iddia etdiyimiz ideyanı, nəhayət, reallığa çevirə bildik. NASA-nın X-59 təyyarəsi səyahət tərzimizi dəyişdirməyə və bizi ayıran məsafələri daha sürətli qət etməyə kömək edəcək", – deyə NASA direktorunun müavini Pamela Melroy bildirib.
NASA tezliklə sistemlərin sınaqdan keçirilməsinə və təyyarə mühərriklərinin avtonom rejimdə işə salınmasına, həmçinin sınaq uçuşuna başlamağı planlaşdırır. 2024-cü ildə ilk X-59 sınaq uçuşunun səs sürətindən aşağı sürətlə həyata keçiriləcəyi gözlənilir. "Lockheed Martin"in X-59 Təyyarəsinin Təkmilləşdirilməsi Proqramının rəhbəri David Riçardsonun sözlərinə görə, ilk sınaq uçuşu 2024-cü ilin bahar aylarının sonunda – yayın əvvəlində keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1049 Tarix: 14 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrYaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrİranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c
29 sentyabr