Qarabağda yaşayan ermənilər üçün ayrıca təhsil müəssisləri AÇILACAQ? - AÇIQLAMA

Qarabağda yaşayan ermənilər üçün ayrıca təhsil müəssisləri AÇILACAQ? - AÇIQLAMABöyük qayıdış planına əsasən Qarabağ iqtisadi rayonunda bərpa-quruculuq işləri davam edir. Son zamanlarda ən çox verilən suallardan biri də Qarabağda yaşan erməni uşaqlarının təhsil məsələlərinin necə tənzimlənəcəyidir. Qarabağda yaşayan erməni uşaqları üçün ayrıca təhsil müəssisələri açıla bilər?

Bununla bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sonxeber.az-a bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən və təhsil haqqında qanuna görə Azərbaycanda bütün azsaylı xalqlar öz ana dillərində təhsil almaq hüququna malikdirlər:

"O cümlədən tərəfdaş çıxdığımız beynəlxalq konvensiyalar hər kəsin Azərbaycan Respublikası ərazisində və vətəndaşlığı olan yaxud hətta olmayan, müvəqqəti Azərbaycan ərazisində yaşayan, qaçqın, məcburi köçkün statusuna malik hər kəsin təhsil hüququnu təmin edir. Azərbaycan demokratik ölkədir. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq, təhsil almaq hüququ almaq onların üçün təmin olunur. Bu dövlətin öhdəliyidir. Azərbaycanda digər azsaylı xalqlar ilə erməniləri bərabərləşdirə bilmək ehtimalımız yoxdur. Yəni bunu etiraf etmək lazımdır. Qanun qarşısında hər kəs bərabərdir. Amma burada qanunla yanaşı emosiyalarımızda var".

Kamran Əsədov söyləyib ki, bu emosiyalar yaxşı şeylər vəd etməyə bilər. Biz əgər birgə yaşayışı qarşımıza hədəf qoymuşuqsa, Azərbaycan Respublikasının bütün vətəndaşları bərabər yaşamalıdır:

"Bununla bağlı bir sıra ölkələrin təcrübələri var. Məsələn qardaş ölkə Türkiyədə ermənilər üçün təhsil almaq hüququ təmin olunub. Ermənilər etnik azlıqlardır. Onlar üçün ayrıca məktəb nəzərdə tutulmur. Ümumiyyətlə belə bir məsələ müzakirə predmetidə deyil. Azərbaycan Respublikasında vətəndaşlar birgə təhsil alırlar. Onlar ayrıca məktəbdə təhsil almayacaqlar. Çünki biz inteqrasiyadan danışırıqsa, gələcəkdə hər iki xalqın yaxınlaşmasını hədəf qoymuşuqsa onlar birgə azərbaycanlılar ilə birlikdə oxuyacaqlar. Azərbaycanın bu barədə Kifayət qədər təcrübəsi var. Əlbəttə tarix ərzində, xüsusilə son 30 il ərzində Qarabağ Azərbaycana çox böyük itkilər hesabına başa gəlib. O cümlədən həmin məktəblərdə ermənilər ilə bərabər Azərbaycanın ərazi bütövlüyündə gedən döyüşlərdə şəhid və əlil olmuş şəxslərin övladları da təhsil alacaq. Biz düşmənçilik mövqeyində dövlətçilik siyasəti həyata keçirmirik".

Ekspertin sözlərinə görə, Azərbaycan öz gücünü, tarixi ədalətini müharibə meydanında göstərdi. Azərbaycan öz vətəndaşına qarşı hər hansı bir düşmənçilik siyasəti həyata keçirmir. Qarabağda yaşayan azsaylı erməni nümayəndələri azərbaycanlılar ilə birgə təhsil alacaqlar. Azərbaycan ilk vaxtlarda onların təhlükəsizliyini öz öhdəliyinə götürüb:

"Bu gün Azərbaycanda talış, ləzgi, avar kimi azsaylı xalqlar necə təhsil ala bilirlərsə, ermənilərə də o şəraiti yaradacaqlar. Ermənilərə qarşı hər hansı bir etnik təmizləmə siyasəti həyata keçirilməyib. Quruculuq işləri davam edir. Azərbaycanın mövqeyi bilavasitə belədir. Hər bir şəxs burada etnik mənsubiyyətindən asılı olmayaraq təhsil alacaqlar. Təhsil Azərbaycan dilində olacaq və ölkə ərazisində yaşayan hər bir şəxs, müxtəlif xalqların nümayəndələri Azərbaycan dilində təhsil alırlar. O cümlədən onların konstitusion hüquqlarından biri ermənilərə öz ana dillərində təhsil almaq şəraiti yaradılacaq. Təbii ki, onların gələcəkdə bütün dövlət strukturlarında işləmək imkanlarıda yaradılacaq. Bunlar baş verəcəkdir. Cənab prezident deyib ki, onlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onlar üçün ayrıca məktəb yaxud erməni dilində məktəb olmayacaq. Yalnız Azərbaycan Respublikasının Konstitusiyası öz vətəndaşlarına hansı hüquqları verir yaxud tanıyırsa ermənilər də o hüquqlara malik olacaqlar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 917   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr