Əməkdar artist Türkiyənin ən məşhur zalında konsert verəcək - AÇIQLAMA
Əməkdar artist Sevda Ələkbərzadə Türkiyədə konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az-ın əməkdaşı konsertlə bağlı məlumat almaq üçün Əməkdar artistlə əlaqə saxlayıb.
Sevda Ələkbərzadə qarşıdakı tədbir haqqında maraqlı məqamları açıqlayıb. Sənətçi yanvarın 24-də İstanbulda "Zorlu Performans Sanatları Merkezi"ndə səhnəyə çıxacağını söyləyib:
"Zorlu" İstanbulun ən məşhur zalıdır. Artıq bu dəvəti türk musiqiçiləri tərəfindən neçə ildir alıram. Bir çox səbəblərə görə, gedib çıxa bilmirdim.
Qərara gəldik ki, yanvarın 24-də səhnədə yer alaq. Bu konsertdən iki il öncə caz ifaçısı, saksofonçu Anıl Şallıellə albomumuz çıxmışdı. Konsertdə albomdan kompozisiyalarımız səslənəcək. Mən öz albomlarımdan da məşhur mahnılarımı səsləndirəcəyəm".
S.Ələkbərzadə səhnədə türk musiqiçiləri ilə ilk dəfə konsert verəcəyini qeyd edib:
"Səhnədə ilk dəfə türk musiqiçiləri ilə çıxış edəcəyəm. Adətən öz musiqiçilərim olurdu. İndi ilk dəfə türklərlə canlı konsert verəcəyəm. Çox maraqlıdır.
Türkiyənin etnik caz musiqisi, xalq musiqisinin cazla sintezi, Azərbaycan musiqisinin cazla sintezi səslənəcək. Türk musiqilərinin Azərbaycan musiqisi ilə belə sintezi olmayıb. Lakin ilk dəfə bu sintezi həyata keçirəcəyik. Dünya musiqi janrlarına müraciət edəcəyik. Canlı musiqi və canlı alətlər olacaq. Türkiyədə yaşayan soydaşlarımızın hər birini konsertə dəvət edirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi
25 sentyabrTəcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"
22 sentyabrAlim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara
19 sentyabrCim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabr3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə
24 sentyabrRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
1 oktyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabrAfra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin
18 sentyabr