Xərçəngin müalicəsində mühüm addım
İngiltərədə uşaqlara kemoterapiyadan daha yüngül xərçəng dərmanı verilməyə başlanıb.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, Londonda Great Ormond Street xəstəxanasında qan xərçəngi (leykemiya) səbəbindən müalicə alan 11 yaşlı Artur bu dərmanı sınayanlardan biri olub.
Ailəsi bu müalicə növünü "qaranlığı aydınladan işıq" adlandırır. Çünki bu müalicə kimyaterapiyadan fərqli olaraq Arturun xəstələnməsinə səbəb olmur. Xəstəxana mühitindən kənarda tətbiq oluna bilən dərman sayəsində pasientlər evdə ailələri ilə daha çox vaxt keçirə bilirlər. Dərman çantaya qoyularaq istənilən yerə aparıla bilər. Kimyaterapiya müalicəsi isə xərçəngi bütünlüklə aradan qaldırmır və xəstəni çox zəiflədir. Bu baxımdan da "blinatumomab" və ya qısaca "blina" dərmanı Arturun yeganə real seçimi olub.
"Blina" xərçəng xəstəliyinə tutulmuş böyükləri müalicə etmək üçün lisenziya almış bir dərmandır. Mütəxəssislər bunun uşaqlarda da təhlükəsiz şəkildə istifadə oluna biləcəyinə ümidlə yanaşırlar. Böyük Britaniyada təxminən 20 mərkəz bu dərmanı B hüceyrəli kəskin limfoblastik lösemi olan uşaqlarda istifadə edir.
İmmunoterapiya çərçivəsində istifadə olunan dərman xərçəng hüceyrələrini tapır və orqanizmin immun sistemi onları tanıyıb məhv edir. Bu dərman kimyaterapiyadan fərqli olaraq sağlam hüceyrələrə toxunmur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 886 Tarix: 20 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrEstoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib
Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü
1 oktyabrFransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy
28 sentyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabr