Milyarderlər öz şəhərlərini tikirlər
Dünyanın ən zəngin insanları ABŞ-nin hər yerində öz şəhərlərini tikirlər. Buna misal olaraq Kaliforniyanın Solano bölgəsində planlaşdırılan şəhəri göstərmək olar. Milyarderlərin dəstəklədiyi California Forever adlı şirkət artıq San Fransiskonun şimalında, Travis Hərbi Bazasının yerləşdiyi Solano bölgəsində 20 min rezidensiyaya malik şəhərin tikiləcəyini açıqlayıb.
Şirkət 2017-ci ildən bəri regionda 800 milyon dollar dəyərində 202 kvadrat kilometr kənd təsərrüfatı sahəsi alıb.
Qurulacaq şəhərin uzun müddətdə 400 min insana ev sahibliyi etməsi də planlaşdırılır. Layihəni dəstəkləyənlər arasında Laurene Powell Jobs, Reid Hoffman və Marc Andreessen kimi milyarderlər var.
Həmçinin, onlar sırasında Apple şirkətinin qurucusu Stiv Cobsun həyat yoldaşı Loren Pauel Cobs (13 milyard dollar), iş axtarışı platforması LinkedIN-in qurucusu Reid Hoffman (2,3 milyard dollar), vençur kapitalisti Mark Andreessen də (1,8 milyard dollar) var.
İlon Mask ABŞ-də öz şəhərini quran milyarderlərdən biridir.
227 milyard dollarlıq sərvətlə dünyanın varlı adamı olan Mask vergilər səbəbindən elektrikli avtomobil istehsalçısı Tesla-nın baş ofisini Kaliforniyadan Texasa köçürüb. Burada böyük bir Tesla fabriki inşa edən Mask, eyni zamanda Tesla fabrikinin yaxınlığında inşa edilən kosmik nəqliyyat şirkəti SpaceX-in yeni imkanlarına da sahibdir.
Bundan əlavə, Maskın digər şirkəti olan Boring Co.-nun anbarı da bu obyektlərin yaxınlığında yerləşəcək. Mask sözün əsl mənasında on minlərlə işçisi üçün yeni bir şəhər tikir. Texas ştatının Ostin şəhəri yaxınlığında 24 kvadrat kilometr ərazi alan Mask artıq evlərin tikintisinə başlayıb.
Microsoft-un qurucusu Bill Qeyts 140 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları sırasındadır. Geyts də uzun müddətdir ki, öz şəhərini yaratmaq üçün çalışır. 2017-ci ildən bəri Qeyts ABŞ-nin Arizona ştatında öz şəhərini yaratmaq üçün milyonlarla dollar sərmayə qoyub. Belmont adlı bu şəhər üçün Geyts dövlətdən xeyli torpaq alıb. Şəhərdə yalnız yaşıl enerji ilə işləyən evlər, avtonom avtomobillər, yeni texnologiya və logistika mərkəzləri olacaq.
ABŞ-nin pərakəndə nəhəngi Walmart-ın keçmiş baş direktoru Mark Lore də futuristik şəhər qurmaq istəyir. 2021-ci ildə elan edilən Telosa yeni texnologiyalardan istifadə edən süni intellektin üstünlük təşkil etdiyi bir məkan olacaq. Lore Telosada 50 min insanın yaşayacağını və şəhərin 400 milyard dollara başa gələcəyini açıqlayıb.
Texnologiya nəhəngi Oracle-ın qurucusu Larri Ellison Havayda bir ada alıb və orada öz şəhərciyini tikib. Digərlərindən fərqli olaraq, 124 milyard dollar sərvəti olan Ellison dəbdəbəni daha çox sevir. Ellison adada sağlamlıq mərkəzi olan bir kurort yaradıb. Təxminən 3000 insanın yaşadığı ada bir çox məşhurun sevimli məkanına çevrilib.
Mənbə: qafqazinfo.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 778 Tarix: 20 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrEstoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib
Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü
1 oktyabrFransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy
28 sentyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabr