İran Pakistan ərazisinə niyə zərbə endirdi?

İran Pakistan ərazisinə niyə zərbə endirdi?İran və Pakistan qarşılıqlı zərbələrdən sonra diplomatik əlaqələrin bərpası ilə bağlı razılıq əldə edib. Toqquşmanın uzunmüddətli olmayacağı gözlənilən idi: tərəflərin heç biri bunda maraqlı deyil, hücum və cavab zərbəsinin "terrorçuları zərərsizləşdirmək" adı altında edilməsi də bunu göstərir, eyni zamanda, hər iki tərəfin sıx əməkdaşlıq etdiyi ölkələr, xüsusilə Çin prosesin genişlənməsinin əleyhinədir.

"Lakin İran-Pakistan qarşıdurması niyə yaşandı" sualı açıq olaraq qalır.

Pakistanın İran ərazisinə zərbə endirməsi adekvat cavab baxımından anlaşılandır, İranın hücumu isə birmənalı deyil. Və bunun arxasında İranın həm daxili, həm də regional müstəvidə hədəflərinin olduğu bəllidir.

Daxili hədəf: SEPAH post-Xamenei dövrünə hazırlaşır;

İranda hakimiyyətin hərbçilərə ötürülməsi prosesinə hazırlıq getdiyinə dair məlumatlar var, mövcud iqtidarın əsas missiyası da budur. Post-Xamenei dövrünə hazırlıq məqsədi daşıyan bu prosesdə SEPAH və ordu arasında (Bagirinin rəhbərlik etdiyi qruplar) ziddiyyətlər, hətta toqquşmalar müşahidə edilir. SEPAH-ın nəzarəti tamamilə ələ almaq üçün "xarici təhlükə" ssenarisini işə salacağı, daxili sabitliyi mühafizə etmək məqsədilə aktiv əməliyyatlara başlayacağı əvvəldən gözlənilirdi. Hətta Azərbaycanla qarşıdurmanı qızışdıran SEPAH-ın əsas hədəflərindən biri də bu idi, lakin Türkiyə faktoru, eləcə də Cənubi Qafqazda maraqlı tərəflər bu ssenarinin reallığını arxa plana atır. Əvəzində SEPAH-ın diqqəti Bəlucistana yönəldəcəyi mümkün ssenarilərdəndir.

- birincisi, bu bölgənin İranın parçalanması ssenarisində potensial təhlükə olması ciddidir;

- ikincisi, Pakistan ərazisində "Ceyş ül-Ədl"ə zərbə endirən İran Sistan-Bəlucistan bölgəsindəki bəluclar üzərində də təzyiq atmosferini gücləndirir.

Bu hücumlar SEPAH-a daxili ictimai rəydə (burada İran ictimaiyyətindən daha çox, İran elitası nəzərdə tutulur) "ölkəni müdafiə edən qüvvə" imicini gücləndirmək üçün lazımdır. Çünki "keşikçilər korpusunun" elita daxilində "qalxan imici" ciddi şəkildə zədələnib:

- Məhsa Əmini etirazlarının qarşısını ala bilmədilər və ciddi şəkildə "qan itirdilər";

- Qasım Süleymaninin öldürülməsindən indiyə qədər ciddi "qisas" əməliyyatı keçirə bilməyiblər: Kirmanda yenə Süleymaninin anım mərasimində baş verən partlayışlardan sonra da (ki, bu partlayışın məhz SEPAH-ın İraq, Suriya və Pakistana zərbə endirməsinə əsas yaratmaq məqsədi daşıdığı istisna edilməməlidir) "dişsiz" siyasət yürütdülər;

- İsrailin Qəzzaya genişmiqyaslı hücumu qarşısında faktiki səssiz qaldılar;

SEPAH İraqa, Suriyaya və Pakistana eyni anda zərbələr endirərək, belə demək mümkünsə, "yığılıb qalan qisası" aldığı görüntüsü yaradır. Və İran inqilabının əsas "qoruyucuları" olduqlarını nümayiş etdirirlər.

Regional hədəf: İsrail-HƏMAS müharibəsi, ardınca Yaxın Şərqdə eskalasiya riskinin aktualaşdığı vaxt İran "əzələ nümayişi" sərgiləyir, xüsusilə İraq və Suriyada ABŞ və İsrail hədəflərinə hücuma etməklə buna cəhd göstərir. Bu, həm Kirmandakı partlayışın "qisası"na, həm daxili və "müqavimət oxu" adlandırdığı və proksi qüvvələrinin yayıldığı coğrafiyanın ictimai rəyini "yemləməyə" hesablanıb - hərçənd, Tehranın zərbə endirməmişdən öncə Vaşinqtonu məlumatlandırması təcrübəsi bu dəfə də eyni addımın atıldığı versiyasını gücləndirir -, həm də ABŞ-İsrail cəbhəsinə qarşı mübarizə apardıqlarını sərgiləyirlər.

Lakin bütün bunlar – SEPAH və onun daxili-regional hədəfləri, Qəzza müharibəsinin bölgədə yaratdığı vəziyyət və s. – Pakistana niyə hücum edildiyi sualına tam cavab vermir.

İstisna deyil ki, İranın Pakistana hücumu onun əsas rəqibi Hindistanla əlaqələndirilmiş ssenaridir və daha çox "yoxlama" məqsədi daşıya bilər. Və bu "yoxlama hücumu"nun nəqliyyat dəhlizləri uğrunda mübarizədən qaynaqlandığını demək mümkündür.

- Çin-Pakistan İqtisadi Dəhlizində (CPEK) Bəlucistanda yerləşən Qvadar limanı önəmli nöqtələrdəndir;

- İran bu bölgədəki nəqliyyat dəhlizlərində Qvadar limanının yox, Çabahar limanının seçilməsinə çalışır;

- Hindistan-İran-Ermənistan nəqliyyat dəhlizinin aktuallaşmasındakı səbələrdən biri də limanlar uğrunda mübarizə idi;

Və əsas diqqətçəkən məqamlardan biri SEPAH-ın Pakistana hücumundan bir neçə gün öncə Hindistan və Ermənistanın İrandan keçərək, Ermənistana və oradan Avropaya çıxan ticarət yolunun bu ilin may ayına kimi açılmasına dair razılaşmanın əldə edilməsidir. Bu kontekstdə İranın Pakistana hücumu bölgənin eskalasiyaya sürüklənməsi və layihələrin arxa plana keçməsi ssenarinin "yoxlanılması", bunun mümkün olub-olmadığının sınaqdan keçirilməsi ola bilərdi. İstisna deyil ki, İslamabadda Tehranın niyyətini anladıqları üçün dərhal adekvat zərbələr endirməklə bu ssenarinin mümkünsüzlüyünü nümayiş etdirdilər.

Mənbə: axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1244   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar

1 oktyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

Tramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi

ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n

29 sentyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl

30 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr