Nadir Şah rusları qovandan 158 il sonra, məhz 20 yanvarda…

Nadir Şah rusları qovandan 158 il sonra, məhz 20 yanvarda…Rusiyanın Azərbaycana qarşı terror və düşmənçilik siyasətinin kökü Nadir Şaha gedib çıxır. Məhz Şərqin böyük Fatehi Nadir Şah dünyaya ağalıq etmək istəyən Rusiyanın qarşısını kəsmişdir.

Bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.

O bildirib ki, 70 il ərzində işğalçı dövlət olan Rusiyanın nəinki Azərbaycan torpaqlarına qədəm qoymaq, heç bu tərəfə baxmaq cəsarəti olmayıb:

"Təsadüfdür, əlbəttə. Amma məhz 21 yanvar 1732-ci ildə Rəşt müqaviləsinə görə Rusiya Azərbaycan torpaqlarını tərk edib getdi və Nadir Şahın ölümündən sonra da uzun müddət bu torpaqlara tərəf baxa bilmədi.

Nadir Şahın ölümündən uzun müddət keçəndən sonra Bakını işğal etməyə gəlmiş ruslar burada ciddi müqavimət gördülər. Sisianovun da başı burda kəsilib, bakılılar ruslara ciddi zərbələr vurublar. Bir sözlə, Rusiya Bakı və azərbaycanlılardan tarix boyu güclü müqavimət və ağır zərbələr görüb və bunları əsla unutmayıb. Tarixin bu hadisələrinin şahidlərindən biri də bu gün Şəhidlər Xiyabanı yerləşən Dağüstü parkdır. Bura uzun zaman müxtəlif dinlərdən olan şəxslərin dəfn edildiyi qədim qəbiristanlıq ərazisi olub.

8 avqust 1883-cü ildə qəbiristanlıqda cəsədləri anatomizə etmək üçün kiçik kilsə açılmışdı. Nəticədə məlum oldu ki, burda dəfn edilənlərin çoxu Rusiyanın işğalçı hücumları nəticəsində məhv edilmiş rus əsgərlərin meyitidir.

Əlbəttə, Rusiya bunu Azərbaycana, xüsusilə bakılılara bağışlaya bilmədi və 1918-ci ilin mart hadisələri zamanı silahlandırdığı terrorçu ermənilərlə, özlərinin də iştirak etdiyi soyqırımdan zamanı minlərlə qətl edilmiş dinc bakılının burda dəfn edilməsinə bilərəkdən şərait yaratdı. Eyni ilin sentyabr ayında Bakı döyüşündə həlak olan türk əsgərlərin cənazələri də bu qəbiristanlıqda dəfn olunmuşdur. Lakin bu, onların qana susamış nifrətlərini sakitləşdirməyə yetmədi".

Alim xatırladıb ki, 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı:

"Məhz o Kirova ki, əlləri yüzlərlə azərbaycanlı qanına batmış idi. Düz 1990-cı ilə qədər Rusiya burda dəfn edilən azərbaycanlıların məzarları üstündə əyləncələr təşkil etdi. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiyindən, baş daşlarından da istifadə ediblər.

1990-cı il. Rusiyanın qana susayan əlləri yenə Bakıya uzandı. 19-20 yanvar tarixlərində şəhərə daxil olan işğalçı orduya bir əmr verilmişdi: Azərbaycanlıları bacardıqca çox öldürün! Nəticədə rus əsgərlər uşaq-böyük bilmədən amansız qətllər törətdilər, yüzdən çox azərbaycanlı rus terrorunun qurbanı oldu və onların dəfn yeri yenidən Dağüstü park ərazisi seçildi. Burada şəhidlərə məzar qazılan zaman da vaxtilə burda dəfn edilən üç məzar tapdılar. Bu 3 nəfər 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Burada eyni zamanda Birinci Qarabağ müharibəsi dövründə şəhid olan azərbaycanlılar da dəfn edildilər.

Hazırda Şəhidlər Xiyabanı tarixin bir çox qanlı hadisələrinə şahiddir. Oranı ziyarət edən zaman biz 1918-ci ilin qurbanlarını da, 1990-cı ilin şəhidlərini də yada salırıq.

Bura gedəndə daima xatırlamaq lazımdır. Rusiya Azərbaycan dövlətinin ən birinci düşmənidir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1270   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar

1 oktyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

Tramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi

ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n

29 sentyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl

30 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

326 kitab mağazası, 900-ə yaxın ədəbi tur: Kitabsevərlər üçün dünyanın ən yaxşı şəhəri

Romanın çoxsaylı tarixi və ədəbi məkanları onu kitabları və kitabla bağlı hər şeyi sevənlər üçün ən yaxşı istiqamətə çevirib. Qaynarinfo-nun məlumatına görə, "Travel + Leisure" yazır ki, bunu səyahətçilər üçün mobil internet xidmətləri göstərən "Holafly" şirkətinin hazırladığı yen

28 sentyabr