Regionun təhlükə mənbəyi: ABŞ-nin Ermənistandakı biolaboratoriyaları

Regionun təhlükə mənbəyi: ABŞ-nin Ermənistandakı biolaboratoriyalarıSSRİ dağıldıqdan sonra ABŞ müstəqillik qazanan respublikalara diqqətini yönəltməyə başladı. Rəsmi Vaşinqton bəzi ölkələrdə hərbi birləşmələr, hərbi bazalar qurur, bəzilərində isə "rəngli inqilablar" vasitəsilə yeni yaranan hakimiyyətləri, yəni onun məqsəd və hədəflərinə uyğun gəlməyənləri devirməklə hərbi-siyasi mövcudluğunu yaratmağa başladı. Bununla belə, bəzi hallarda "partnyor" ölkələrdə müxtəlif biolaboratoriyalar qurmaqla Birləşmiş Ştatlar ekspansionist siyasətini yeritməyə başladı. Bu laboratoriyaların açılış məqsədi müxtəlif təhlükəli patogenlərə qarşı təhlükəsizliyi təmin etmək, onlardan qorunmaq üçün vaksinlər istehsal etmək dururdu.

Məsələn, 2010-cu ildən Ukrayna, Gürcüstan, Qazaxıstan və Özbəkistanda bu tipli laboratoriyalar qurulub. Amma deyəsən, Ermənistan bu məsələdə hər kəsi qabaqlayıb. Bu ölkədə ötən illər ərzində 12 belə müəssisə fəaliyyət göstərirdi. Təkcə bu yaxın dövr ərzində birdən-birə 3 laboratoriya işə salındı. Onlardan biri İrəvanda, biri Gümrüdə, digəri isə İcevanda açıldı. Mərkəzlər isə Pentaqon tərəfindən maliyyələşdirilir.

Qeyd etmək yerinə düşər ki, referens-laboratoriya qurmaq üçün Ermənistanın Kənd Təsərrüfatı nazirliyinə 4,1 milyon dollar, Səhiyyə nazirliyinə isə 9,1 milyon dollar ödənilib. 17 milyon dollar isə bu nazirliklərin balansında yaradılan mərkəzlərin mebel və təchizatı üçün ayrılıb.

Bu yaxınlarda məlum olub ki, ABŞ-nin sayca 13-cü biolaboratoriyası Gümrü şəhərində qurulacaq. Bildirilir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan ötən həftə Pentaqonla bu məsələ ilə bağlı müqavilə imzalayıb. Yeni laboratoriyanın Gümrü şəhərində, Rusiyanın 102-ci hərbi bazası yaxınlığında qurulması planlaşdırılır. Baş nazir "bu laboratoriyalar ABŞ-nin dəstəyi ilə qurulsa da, Ermənistan respublikasının əmlakı sayılır" desə də, reallıq başqadır.

Nəzərə almaq lazımdır ki, bu tip müəssisələr patogen faktorlarla çalışır və müxtəlif virusların, xəstəliklərin yaradılması, ətrafa yayılması riski həddən artıq çoxdur. Bəzi ekspertlər hazırda Ermənistanda yayılan qızılca virusunu da bu laboratoriyalarla əlaqələndirirlər. Çünki son dövrlər sözügedən ölkədə mövsümi qrip və mədə-bağırsaq xəstəliklərində ağırlaşma halları ciddi şəkildə müşahidə edilir. Qeyd edilir ki, yaşayış məntəqələrində aparılan bir sıra təcrübələr bu faktora ciddi təsir edir.

ABŞ səfirliyinin əməkdaşları laboratoriyalar mövzusunda bildirirlər ki, bu, geosiyasi məsələlərlə bağlı deyil. Ermənistan miqrasiyanın yüksək olduğu regionda yerləşir və müxtəlif yoluxucu xəstəliklər riski böyükdür. Beynəlxalq öhdəliklərə görə isə rəsmi İrəvan bu riskləri vaxtından əvvəl aşkar etməli, onun ölkə daxilində və sərhədlərdən kənarda yayılmasının qarşısını almalıdır. Laboratoriyalar da sırf təcrübə xarakteri daşıyır və bu problemi həll etmək üçün nəzərdə tutulub. Təbii ki, bu, işin görünən tərəfidir. Daha doğrusu, amerikalı kəşfiyyatçılar tərəfindən gözə üfürülən küldür.

Birincisi, Ermənistanda yayılma riski olan viruslarla bu ölkənin Səhiyyə nazirliyi əvəzinə niyə Pentaqon məşğul olmalıdır?

İkincisi, bir sıra erməni təşkilatları bu laboratoriyaların əleyhinə müntəzəm olaraq aksiyalar keçirir, bağlanmasını tələb edirlər. Məsələn, ictimai təşkilat sədri Babken Pipoyan bildirir ki, bu tip laboratoriyaların fəaliyyəti müxtəlif problem və təhdidlərə yol açır. Çünki bu tip laboratoriyaların qurulması zamanı virus kolleksiyalarında saxlanılan bütün virus ştamlarının ABŞ tərəfinə təhvil verilməsi lazımdır. Nəzarət isə sırf Birləşmiş Ştatların hərbçiləri tərəfindən həyata keçirilir. Bu qurum vasitəsilə rəsmi Vaşinqton Ermənistan və yaxın qonşuların ərazisində bioloji vəziyyəti nəzarətində saxlayır.

Üçüncüsü, Rusiya Ermənistanın faktiki olaraq strateji müttəfiqidir. Təbii ki, ABŞ laboratoriyalarının Ermənistan ərazisində, özü də 102-ci bazanın yanında qurulması Kremlin xoşuna gəlməyəcək. Rəsmi Vaşinqtonun maliyyələşdirdiyi qlobal laboratoriya şəbəkəsinin Rusiya sərhədləri yaxınlığında olması bir sıra strateji tapşırıqların öhdəsindən gəlməyə şərait yaradır. Məsələn, müxtəlif patogenlər barədə məlumat toplamaq, onlarla mübarizə üsullarını araşdırmaq, bu məlumatlardan bioloji silah istehsalında istifadə etmək kimi faktorlar var.
Bir faktı da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın Rusiyaya rəsmi səfərlərinin birində ortaq bəyanat imzalanıb və maddələrdən biri biotəhlükəsizlik sahəsinə aiddir. Bu maddəyə görə, rəsmi İrəvan və rəsmi Moskva Ermənistan və ya Rusiyanın maraqlarına zidd olan bioloji təhlükəsizlik sahəsində fəaliyyət üçün öz ərazilərini üçüncü ölkələrə verməyəcəklər. Yaxşı, əgər bu müqavilə iki il əvvəl imzalanıbsa, niyə bəs Ermənistanda "yağışdan sonra göbələk" misalı kimi ABŞ laboratoriyalarının sayı durmadan artır? Yəqin ki, Kreml bu sualı dəfələrlə erməni siyasi elitasına ünvanlayıb.

Qeyd etmək yerinə düşər ki, laboratoriyalar qapalı rejimdə fəaliyyət göstərirlər. Personal sırf amerikalılardan ibarətdir. Yerli səhiyyə təşkilatlarının müəssisə ərazisinə daxil olmağa icazəsi yoxdur. Bir müəssisədə 50-250 nəfər arası personal çalışa bilər. Maraqlıdır ki, Gümrüdə fəaliyyət göstərən biolaboratoriyalardan biri sırf məktəbin yanında inşa edilib. Bu isə bir çox məsələlərdən xəbər verir. Laboratoriyalarda erməni ictimaiyyətindən diqqətlə gizlədilmiş iş aparılır; onlar əhalinin sıx məskunlaşdığı yerlərdə, eləcə də uşaq bağçalarının və uşaq meydançalarının yaxınlığında yerləşirlər, bu da belə obyektlərin yerləşdirilməsi qaydalarına tamamilə ziddir.

Bir müddət əvvəl "infoport.am" informasiya portalı öz insayderlərindən ABŞ-nin ölkədəki hərbi-bioloji fəaliyyətinin təfərrüatını açıqlayan sənədlər aldığını bildirmişdi. Qeyd olunub ki, Amerika hərbi idarəsinin nümayəndələri bioloji tədqiqatlar sahəsində erməni resurslarına məhdudiyyətsiz çıxışa malikdirlər və bioloji silah kimi Pentaqon tərəfindən uzun müddət öyrənilmiş və sınaqdan keçirilmiş xüsusi təhlükəli patogenlərlə işləməkdə son dərəcə maraqlıdırlar.

Maraqlı bir fakt var ki, müxtəlif dövrlərdə Ermənistanda təhlükəli infeksiyaların tədqiqatına (DTRA layihəsi) NMRC-F hərbi-dəniz tibbi tədqiqatlar mərkəzi, WRAIR və USAMRIID kimi hərbiləşmiş mərkəzlər də cəlb edilib.

Qeyd etmək yerinə düşər ki, hansısa ölkənin ərazisində ABŞ tərəfindən bu sayda biolaboratoriyanın qurulması de-fakto onun koloniyaya çevrilməsi deməkdir. Əgər hakim komanda rəsmi Vaşinqtonun maraqlarını təmin etməsə, ölkədə qəflətən epidemioloji vəziyyət pisləşə bilər. Bu laboratoriyaların qurulmasının əsas məqsədlərindən biri məhz budur. Bu laboratoriyalar ölkələri müstəmləkə kimi saxlamağa kömək etməklə yanaşı, həm də hərbi məqsəd daşıyır. Bu laboratoriyaların yerləşdiyi yerlər xüsusi olaraq müəyyən geosiyasi məqsədlər üçün seçilib. Ermənistanda isə bu müəssisələr İranla müharibə ehtimalına qarşı qurulmaqla yanaşı, Rusiyanın iqtisadiyyatına və təhlükəsizliyinə də təsir məqsədi daşıyır. ABŞ-nin əsas məqsədi başqadır - Rusiyanı təkcə qoşunlarla deyil, həm də mümkün hərbi təhlükə zamanı ən gözlənilməz və ölümcül bioloji silahlarla, tez zərbə endirməyə imkan verəcək bioloji bazalarla əhatə etməkdir. Bu laboratoriyalardan buraxılacaq yeni viruslar çox sürətlə yayıla bilər və onun insanlar üçün nəticələri çox ağır ola bilər.

Yuxarıda sadalananlardan məlum olduğu kimi, Paşinyan hökuməti ölkəsini amerikalılar üçün təcrübə meydançasına çevirib. Pentaqonun ayırdığı bir neçə milyon dollar tulapayına regionun hansı dərəcədə fəlakətə sürükləndiyi isə göz önündədir. Ölkə poliqona çevrilməklə yanaşı, erməni əhalisi də təcrübə dovşanı rolunu oynayır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1024   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib

Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü

1 oktyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n

29 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr