Paşinyanın konstitusiya oyunları: Hədəfdə kilsə də var - ARAŞDIRMA

Paşinyanın konstitusiya oyunları: Hədəfdə kilsə də var - ARAŞDIRMA2018-ci ildə Sorosun dəstəyi ilə Ermənistanda hakimiyyətə yiyələnən Nikol Paşinyan dövlətin atributlarını bəyənmədiyini hər vəchlə büruzə verib. İlk olaraq ölkənin konstitusiyasına "əl gəzdirməyin" vacib olduğunu bildirən baş nazir sonradan Ermənistan gerbinin də dəyişdirilməsinin zəruriliyindən danışıb. O bildirib ki, gerbin müasir respublika ilə heç bir əlaqəsi yoxdur. Bu yaxınlarda hay ölkəsinin ədliyyə nazirliyində keçirilən görüşdə baş nazir bildirib ki, təmsil etdiyi dövlətin konstitusiya dəyişikliyinə yox, yeni konstitusiyaya ehtiyacı var.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Ermənistanda 1995, 2006 və 2015-ci illərdə ciddi konstitusiya dəyişikliyi baş tutub. Məqsəd hakim elitanın, bəzən də hansısa nüfuzlu siyasi fiqurun maraqlarını təmin etmək olub. Heç bir halda bu dəyişiklik ölkədəki problemləri həll etmək, sadə erməninin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi daşımayıb. Bu səbəbdən, Nikol Paşinyanın "yeni konstitusiyaya ehtiyac var" fikrini də şəxsi siyasi planları prizmasından dəyərləndirmək mümkündür.

Yeni Konstitusiyanın qəbulu ilə bağlı Paşinyan komandasının ilk cəhdi 2020-ci ilin 6 fevral tarixində qeydə alınıb. Onun təşəbbüsü ilə "Mənim addımım" bloku tərəfindən parlamentdə Ermənistan n Konstitusiyasına dəyişiklik təklifi ilk oxunuşda qəbul edilib. 9 fevralda isə prezident Armen Sarqsyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Sonradan baş verən hadisələr bu dəyişiklik və referendum təklifini təxirə salıb.

Təbii ki, baş naziri "yeni konstitusiyaya ehtiyac var" fikrini səsləndirməyə məcbur edən digər səbəblər də var. Məsələn, Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyası Dağlıq Qarabağla birləşmə haqqında 1 dekabr 1989-cu il tarixli deklarasiyaya əsaslanır. Azərbaycanla sülh danışıqları üzrə müzakirələrin intensivləşdiyi, erməni tərəfinin parlament spikeri Alen Simonyanın dili ilə ikitərəfli danışıqlara müsbət yanaşıldığı bir dövrdə, təbii ki, konstitusiyada yuxarıdakı məsələni ehtiva edən maddənin dəyişdirilməsi lazımdır. Baş nazir anlayır ki, sülh müqaviləsini imzalamaq üçün qondarma "miatsum" fikrini erməni cəmiyyətinin təfəkküründən silmək lazımdır. Belə bir maddənin ölkənin əsas qanununda qalması ciddi problemlərə səbəb ola bilər.

İki ilə yaxındır ki, erməni siyasi elitası Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılışa hazır olması barədə fikirlər səsləndirir. Amma Türkiyə tərəfi hər dəfə də Azərbaycanla münasibətlərin əsas şərt olduğunu dilə gətirir. Eyni zamanda, Ermənistan qondarma erməni soyqırımı iddiasından da əl çəkməlidir. Bu səbəbdən, konstitusiya dəyişikliyi ilə birlikdə hakim partiyanın qondarma erməni soyqırımı məsələsinə də düzəliş etməsi mümkün görünür. Çünki Ankara və Bakı ilə münasibətləri normallaşdırmadan erməni dövləti nə inkişaf edə, nə də daxili sosial problemləri həll edə bilər.

Ehtimal edilir ki, baş nazir təklif etdiyi yeni konstitusiya ilə Kilsə ilə də münasibətlərinə aydınlıq gətirəcək. Uzun müddətdir "Vətəndaş müqaviləsi"nin Eçmiədzinlə də arası sərindir. Kilsə konkret olaraq Paşinyanın hakimiyyətinə qarşı çıxır və onu müharibədəki məğlubiyyətin birbaşa səbəbkarı kimi göstərir. Eyni zamanda, I Qaregin, erməni kilsəsinin müxtəlif iri ranqlı ruhaniləri müxtəlif dövrlərdə xalqı hakimiyyətə qarşı üsyana da səsləyiblər. Heç nəyi unutmayan və məqamı yetişəndə qisas almağı üstün tutan Paşinyan təbii ki, yeni konstitusiya ilə kilsədən də intiqamını alacaq. Ehtimallara əsasən, kilsə ilə bağlı maddə yeni konstitusiyadan çıxarıla və ya onun əsas səlahiyyətlərinə xitam verilə bilər.

Erməni siyasi dairələrindəki müzakirələrə görə, konstitusiya dəyişikliyi Paşinyana dördüncü respublikanı elan etməyə şərait yaradacaq. Dəyişiklikdən sonra baş nazir siyasi mühiti yeniləməyə cəhd göstərəcək. Eyni zamanda, inqilabdan sonra həll edilməmiş məsələ kimi qalan əvvəlki hakimiyyətin hərəkətlərinə hüquqi qiymət verilməsinə də nail olmaq mümkündür.

Həmçinin, konstitusiyada məhkəmələrlə bağlı maddəyə də dəyişiklik edilə bilər. Çünki ədalət sistemini və qəbul edilən qərarları özünə bağlamaq mövcud siyasi vəziyyətdə baş nazir üçün vacibdir. Bu günə qədər məhkəmə sistemində hələ də keçmiş Ermənistan rəhbərləri Serj Sarkisyan və Robert Köçəryanı dəstəkləyənlərin sayı az deyil. Zaman-zaman məhkəmələrdə məhz bu şəxslərin lehinə qərarların çıxması da Nikolun diqqətindən yayınmayıb.

Göründüyü kimi, Ermənistanın baş naziri yeni konstitusiya ilə bir sıra hədəflərinə çatmağı təmin etməyi düşünür. Əsas hədəfi təbii ki, hakimiyyəti möhkəmlətməkdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 805   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib

Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü

1 oktyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n

29 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr