Maskın "X"i ilsonunadək Texasın paytaxtında 100 məzmun moderatoru işə götürmək niyyətindədir
"X" (azərb. "eks", keçmiş tviter) sosial şəbəkəsi ABŞ-nin Texas ştatının paytaxtı Ostində uşaqlara qarşı zorakılıq ehtiva edən məzmunla mübazirəyə yönələcək yeni ofisinə yüz kontent moderatorunu işə götürməyi planlaşdırır. Şirkət bu məqsədə cari ilin sonunadək nail olmağa ümid edir.
Bu barədə sosial şəbəkənin icraçı direktoru Linda Yakkarino bildirib.
Amerikalı sahibkar İlon Maska məxsus şirkət yanvarın 31-də ABŞ Senatında uşaqların onlayn cinsi istismarı ilə bağlı dinləmələr öncəsi yeni "Mükəmməliyin etibar və təhlükəsizliyi Mərkəzi"nin yaradıldığını elan edib. Yakkarino "Meta Platforms", "Snap", "TikTok" və "Discord" rəhbərləri ilə birlikdə ifadə verməlidir.
"Hazırda komanda formalaşır", – Ostindəki ofisi nəzərdə tutan "X"in biznes əməliyyatları şöbəsinin müdiri Co Bennarok söyləyib.
Xatırladaq ki, Mask 2022-ci ildə əvvəllər tviter kimi tanınan şirkəti aldıqdan sonra milyarder öz mübahisəli yazılarına və platformanın kontent moderasiyası siyasətlərini əsaslı şəkildə dəyişmək səylərinə görə tənqid olunur.
Cümə günü "X" keçən il uşaqların cinsi istismarını yasaqlayan qaydaları pozduğuna görə 12,4 milyon hesabı əngəllədiyini, bunun 2022-ci illə müqayisədə 2,3 milyon əngəlləmə daha çox olduğunu açıqlayıb.
Platforma vurğulayıb ki, Ostindəki yeni mərkəz şirkətə digər zərərli məzmun növləri ilə də mübarizə aparmağa kömək edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 452 Tarix: 28 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad
12 iyulİrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub
ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. "ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrin
12 iyulParisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb. "Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə v
12 iyulİrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur
12 iyulAbbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql
12 iyulHörmüz boğazından gəmilərin keçidi minimuma enib
ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi
11 iyulGürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu
Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc
12 iyul