Fransada ekofəallar "Mona Liza" tablosuna şorba töküblər
Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində ekofəallar məşhur rəssam Leonardo Da Vinçinin şah əsəri olan "Mona Liza" (Cokonda) tablosuna şorba töküblər.
Bu barədə AFP məlumat yayıb.
Üzərində "Riposte Alimentaire" ("Qidaya reaksiya") yazılmış köynək geyinmiş iki qadın tablonun üzərini örtən qoruyucu şüşəni şorba ilə isladıblar. Sonra onlar "qida hüququ", "Fransanın kənd təsərrüfatı sistemi xəstədir" və "hər üç fransızdan biri yeməkdən imtina etməlidir" kimi şüarlar səsləndirməyə başlayıblar.
Qeyd edək ki, bu tablo son 20 ildə dəfələrlə vandalların hücumuna məruz qalıb. 2009-cu ildə bir turist tabloya çay ataraq o vaxtkı adi şüşəni sındırıb, bundan sonra rəsmin üzərinə zirehli ekran quraşdırılıb. 2022-ci ilin may ayında isə zirehli şüşənin üzərinə tort sürtülüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 493 Tarix: 28 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid maraqları olmayan Aİ parçalanmağa məhkumdur?
Baku TV-nin "Analitik baxış" verilişinin yeni buraxılışı yayımlanıb. Avropa İttifaqında nə baş verir?. Avropa İttifaqında daxili çəkişmələrin səbəbi nədir?. Vahid maraqları olmayan Avropa İttifaqı parçalanmağa məhkumdur?. Verilişin qonaqları millət vəkili Sahib Alıyev və siyasi şərhçi Məhəmmə
28 dekabrMask: ABŞ təkpartiyalı dövlətə çevrilə bilər
ABŞ radikal mövqeli solçu siyasətçilərin qeyri-qanuni miqrasiyaya göz yumması səbəbindən birpartiyalı ölkəyə çevrilə və demokratiyanı itirə bilər. "Report"un məlumatına görə, bu fikri amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkə hesabında bildirib. "Radikal solçular artıq uzu
28 dekabrPezeşkian: "İran ABŞ, İsrail və Avropa ilə müharibə vəziyyətindədir"
"İran faktiki olaraq Qərb ölkələri və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir". xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ali lider Ayətullah Əli Xameneinin saytında dərc olunmuş müsahibəsində deyib. "Mənim fikrimcə, biz ABŞ, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik
28 dekabrTuristlərin tanımadığı inanılmaz məkanlar
Avropa hər il ən populyar səyahət yerlərindən biri olaraq qalır, lakin tanınmış şəhərlərdə qonaqlar getdikcə daha çox izdiham və şişirdilmiş qiymətlərlə üzləşirlər. Buna görə də turistlər sıxlıq və artıq ödənişlər olmadan eyni səviyyədə tarixi ənənələr, memarlıq şedevrləri və qeyri-adi atmosfer təkli
28 dekabr