ABŞ-nin daha bir ştatı azot qazı ilə edamı qanuniləşdirməyə hazırlaşır
Alabama ştatında 58 yaşlı Kennet Smit azot qazı ilə edam edildikdən sonra ABŞ-nin daha bir ştatı bu cür edamı qanuniləşdirməyə hazırlaşır.
Ohayo ştatının rəsmiləri eyni şəkildə edama icazə verən qanun layihəsi təqdim ediblər.
1988-ci ildə Alabama ştatında törədilən qətl üzrə məhkum edilən Kennet Smit ilk dəfə tətbiq edilən bir üsulla yanvarın 25-də edam olunub. Smitə maska vasitəsilə nəfəsi dayanana qədər azot qazı verilib.
Bundan sonra Ohayo ştatının baş prokuroru Deyv Yost, nümayəndələr Fil Plammer və Brayn Styuart keçirdikləri mətbuat konfransında edamların azot qazı ilə həyata keçirilməsini nəzərdə tutan qanun layihəsini ştat parlamentinə təqdim etdiklərini açıqlayıblar.
"Alabama məhkumun edam edilməsi üçün azotdan uğurla istifadə etdi. Geniş yayılmış və istehsalı asan olan azot bəlkə də öldürücü inyeksiya üçün dərman tapılmaması problemini aradan qaldıra bilər", - deyə Ohayo ştatının baş prokuroru Dave Yost bildirib.
Ölüm cəzası ilə bağlı məlumatların təmin edilməsi ilə məşğul olan Ölüm Cəzası İnformasiya Mərkəzinin məlumatına görə, hazırda Ohayo ştatında 129 nəfər ölüm hökmünə məhkum edilib. (oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 852 Tarix: 01 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25
1 oktyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrPentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29 sentyabr