EPF-dən Göyçə gölü ilə bağlı Paşinyana çağırış
Ekoloji normalar gözlənilmədən Amuldağ yatağındakı amansız istismarın şirin su ehtiyatlarını zəhərləməsi ilə bağlı Ermənistan və Azərbaycan QHT-lərinin və ekofəalların etiraz bəyanatlarına Ermənistanın baş naziri Nikol Paşinyandan cavab gəlib.
"Report" xəbər verir ki, N.Paşinyan hökumət iclasında etiraf edib ki, tullantı suları təmizlənmədən Göyçə gölünə axıdılır.
O, uzun illərdir müzakirələr aparılmasına baxmayaraq, məsələnin birdəfəlik həllinin tapılmadığını, Ermənistanın buna imkan və resurslarının olmadığını etiraf edib. Hökumət başçısı bildirib ki, suyun təmizlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlar cəlb edilsələr də, Göyçə gölü bir müddət sonra yenə çirkləndirilir.
"Environmental Protection First" Koalisiyası yaydığı açıqlamada N.Paşinyana səslənib:
"Göyçə gölünün təmizlənməsi üçün beynəlxalq şirkətlərə pul xərcləməkdənsə, Ermənistanın baş naziri öncə gölün ətrafında xarici ölkələrin investorlarına həvalə etdiyi mədən sənayesi müəssisələrinin qeyri-şəffaf fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın həcminə nəzər yetirsin. Bununla da o, illərdir həllini tapa bilmədiyi "suyun təmizlənməsi problemi"ni çözəcək".
Xatırladaq ki, son vaxtlar ekoloji yönümlü QHT-lər, ekofəallar həyəcan təbili çalırlar ki, Amuldağ yatağındakı qanunsuz istismar əraziyə yaxın yerləşən Göyçə gölünün ekosisteminə mənfi təsir göstərir, ağır metal tərkibli tullantılar Ermənistanın ən böyük şirin su gölünə axıdılır, gölün canlı aləmi məhv olur, bu sudan istifadə edən insanların sağlamlığı isə təhlükə altındadır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?