Fransanın yeni müstəmləkəsi: Paris Ermənistanı Livana çevirir - ŞƏRH

Fransanın yeni müstəmləkəsi: Paris Ermənistanı Livana çevirir - ŞƏRHFransa özünü Ermənistanın yiyəsi kimi aparır. Paris bir vaxtlar Afrikada, Yaxın Şərqdə törətdiyi əməlləri indi Cənubi Qafqazda təkrarlamağa çalışır.

Fransa Milli Jandarmeriyasının xarici əlaqələr üzrə komandanı briqada generalı Uilyam de Meyer Avropa İttifaqı (Aİ) Mülkü Missiyasının yerləşdiyi ərazilərə baş çəkib. Bu hadisə rəsmi Parisin Cənubi Qafqaza hərbi müdaxiləsinin açıq-aşkar göstəricisidr. Rəsmi Paris və Berlin Avropa İttifaqı missiyası Ermənistanın Azərbaycanla sərhədinə yaxın ərazisində yerləşdiriləndə bunun mülki xarakter daşıdığını bildirirdilər. Ancaq missiyanın tərkibinin əvvəlcə 20-30 nəfərdən ibarət olacağı deyildiyi halda, indi onların sayı az qala hər ay artır.

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ötən ilin dekabrında "müşahidəçi"lərin sayını 138-dən 209-dək artıracaqlarını bildirmişdi. Qurumun rəhbərləri iddia edirlər ki, onların sayını artırmaqla Azərbaycanla Ermənistan arasında "beynəlxalq sərhədlərdə sabitliyi" gücləndirəcəklər. Jozep Borrel və Ermənistanın havadarları iki ölkə arasında münasibətlərə bu kimi müdaxilə ilə tərəfləri bir-birindən uzaqlaşdırır, etimad mühitinin yaranmasına mane olur, onların sülh və əməkdaşlıq istiqamətində addım atmasını əngəlləyirlər.

Avropa İttifaqının məlum missiyası isə dinc, mülki mahiyyətini itirir. Bu missiya Fransanın patronajlığı altında fəaliyyət göstərən hərbi qruplaşmadır. Fransa Cənubi Qafqazda hərbi mövcudluğunu bu missiya adı altında reallaşdırır.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda hərbi sahədə əməkdaşlığın şaxələndirilməsinə dair açıqlama vermişdi. Bununla o, Fransanın ölkə ərazisində bu istiqamətdə fəaliyyətinə "yaşıl işıq" yandırıb. Fransanın Ermənistanı silahlandırması, bu ölkədə missiyasını gücləndirməsi buna sübutdur. Fransalı hərbi təlimatçıların Ermənistan ordusundakı fəaliyyəti, briqada generalı Uilyam de Meyerin səfəri Azərbaycanın Ermənistanla sərhədyanı ərazilərdə mövqelərini gücləndirərək qarşı tərəfin istənilən təxribatına hazır olmasını deməyə əsas verir.

Bu kimi hadisələr Fransanın Ermənistanı revanşa hazırladığını təsdiqləyir.

Məqsəd Azərbaycana hücum edib, lokal əməliyyat keçirib, ən azından, bir parça torpaq almaqdır. Bununla da Fransa Cənubi Qafqazda öz gücünü nümayiş etdirmək, Ermənistanda isə revanşistlərə mənəvi dəstək vermək niyyətindədir.

Fransanın bu addımları təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistanda tədricən nəzarəti itirən, bu ölkədə hərbi bazası olan Rusiyaya, Ermənistanla həmsərhəd olan İrana ismarışdır. Nəzərə almaq lazımdır ki, Tehran hakimiyyətinə radikal müxalifət uzun illərdir Fransa ərazisində yerləşir. Bu baxımdan, Yelisey sarayının perspektivdə onları silahlandıraraq Ermənistan ərazisindən İrana hücum təşkil etməyəcəyinə təminat yoxdur. Qeyd edək ki, bir vaxtlar İraqla müharibə zamanı bu müxalifət İrana qarşı hərbi əməliyyatlarda iştirak edib. Yəni belə bir təcrübə mövcuddur.

Ermənistan yaradıldığı vaxtdan Cənubi Qafqazda başqa dövlətlərə casusluq edib.

Əvvəllər çar Rusiyası, SSRİ, RF qarşısında etdiyi xidməti indi Qərbə göstərir. Başqa sözlə, Fransanın başçılığı altında ondan Azərbaycan, Rusiya, İran və Türkiyəyə qarşı kəşfiyyat plasdarmı hazırlayırlar. Tarix belə hadisələrin ziyanlı olduğunu dəfələrlə təsdiqləyib.

Livanda sabitliyin yaranmasına mane olanlardan biri də Fransadır. Rəsmi Paris bununla da Yaxın şərqdə sabitliyin pozulmasına öz "töhfə"sini verir. Livanın İsrail ərazisinə, qarşı tərəfin isə cavab atəşi açması bunu təsdiqləyir. Yelisey sarayı Beyrut layihəsinin oxşarını Cənubi Qafqazda reallaşdırmağa səy göstərməklə Ermənistanı Livana çevirir.

Görünür, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın sonuncu günü Ermənistanın NATO ilə yaxınlaşmasının təhlükəli olacağına dair xəbərdarlıq edərkən həm də Fransanın bu ölkədə hərbi fəaliyyətini diqqətə çatdırıb: "Ermənistan NATO-ya qəbul olmaq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir".

Fransa özünü Cənubi Qafqazda NATO və Avropa İttifaqının nümayəndəsi kimi aparmaqla bu qurumların da regiondakı nüfuzuna zərbə vurur. Fransalı briqada generalının Ermənistan-Azərbaycan sərhədyanı ərazilərə səfəri Nikol Paşinyanın sülh, bir-birinə hücum etməmək barədə razılaşma, yeni konstitusiya yazmaq kimi açıqlamalarının saxtalığını ifşa edir.

Bütün bunlar göstərir ki, Fransa Ermənistana müstəmləkə torpaqları kimi yanaşır. Əks halda, rəsmi İrəvanın Azərbaycanla yaxınlaşmağa dair istəklərinə də hörmət edərdi.

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 875   Tarix: 03 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dağ saniyələr içində çaya uçdu - Video

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d

29 sentyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve

29 sentyabr
.

Lukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib

Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin

28 sentyabr
.

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl

30 sentyabr
.

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy

1 oktyabr
.

Tramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi

ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n

29 sentyabr
.

İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası

İranda hicab olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Müğənniyə əlavə olaraq iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağan edilib. xarici mediaya istinadla xəbər verir ki, Ahmadi 2024-c

29 sentyabr
.

ABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25

1 oktyabr