Ermənistanda hakim komanda parçalanır: "Vətəndaş müqaviləsi"ndə fəhlə-kəndli üsyanı - ŞƏRH

Ermənistanda hakim komanda parçalanır: "Vətəndaş müqaviləsi"ndə fəhlə-kəndli üsyanı - ŞƏRHUzun müddətdir Ermənistanın hakim partiyası sayılan "Vətəndaş müqaviləsi"nin daxilində klan müharibəsi gedir. Baş nazir Nikol Paşinyanın əvvəllər qeyd-şərtsiz, partiyadaxili iqtisadi və sosial qüvvələri müxtəlif üsullarla möhkəmləndirən şəxsi nüfuzu indi zəifləyib. Bu gün hakim komanda daxilində müxtəlif maraqları müdafiə edən qruplaşmalar yaranıb. Hakimiyyətə gələndə evsiz-eşiksiz, pulsuz-parasız olan bir sıra üzvlərin qısa zaman ərzində var-dövlət, İrəvanın ən bahalı rayonunda mənzillərə, villalara sahib olmaları artıq daxili narazılığın sürətlənməsinə rəvac verib. Hakimiyyətdə təmsil olunan partiya elitasının milyonlara sahib olması yüzlərlə tərəfdarın ciddi narazılığına səbəb olub. Narazı təbəqə artıq hakim qruplaşmanın aşağı təbəqənin vəziyyəti ilə maraqlanmadığını bildirib. Ardıcıl gələn şikayətlər isə baş nazir Nikol Paşinyanı ciddi şəkildə narahat etməyə başlayıb. Təsadüfi deyil ki, bir ay öncə keçirilən iclasda partiya sıralarına yeni üzvlərin cəlb edilməsinin vacibliyindən danışan Nikol bu narazılıqların gələcəkdə ciddi problemə səbəb olacağından ehtiyat etməyə başlayıb. Eyni zamanda erməni siyasi kulislərində bu yaxınlarda yeni partiyaların yaradılması barədə dolaşan söz-söhbət də bu narazılığı artırıb. Baş nazir açıqlama verərək, heç kəsə himayədarlıq etmədiyini, heç kəsə rüşvət və korrupsiya ilə pul qazanmağa icazə vermədiyini bildirib. O, toplanan məlumatları hüquq-mühafizə orqanlarına çatdıracağına və təqsirkarların cəzalandırılacağına söz verib.

Son iki gündə İrəvanda baş verən hadisələr isə artıq N.Paşinyan tərəfindən düyməyə basıldığından xəbər verir və partiya üzvləri ilə bağlı qalmaqallı xəbərlər ortaya çıxır. Yanvarın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyində əməliyyat keçirib. Əməliyyat çərçivəsində 7 nəfər saxlanılıb və onların arasında nazir müavini Ani İspiryan, Dövlət İnvestisiyaları Siyasəti Departamentinin rəisi Lili Sirakanyan da var. Sözügedən şəxslərin ofis və evlərində axtarış aparılıb.

Eyni gündə "Mülki müqavilə"nin deputatı Qaqik Melkonyanın oğlu Arman Melkonyan "Yerevan-Kentron" cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Partiyada kifayət qədər nüfuzu olan Qaqik eyni zamanda Paşinyanın ruporu da sayılır. Amma, görünür, işə düşən cəza maşını Melkonyan ailəsindən də yan keçməyib.

Paralel olaraq isə İrəvan şəhərinin meri Tiqran Avinyan üç müavini ilə birlikdə partiyanın qapalı iclasına dəvət edilib. 3 saat davam edən dindirilmə zamanı Avinyan partiyadaşlarının suallarını cavablandırıb. Əsas diqqət tenderlərə, maliyyə böhranına və artan cərimələrə yönəldilib.

İşin maraqlı tərəfi odur ki, son baş verən hadisələr Ermənistan parlamentinin sədri Alen Simonyanın ətrafındakı çevrənin də daralmasından xəbər verir. Simonyan və onunla əlaqəli olan şəxslərə qarşı yeni hüquqi və dövlət təzyiqlərinə start verilib. Alenin qardaşı arvadı Ermənistanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ani Gevorqyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

2018-ci ildə "Vətəndaş müqaviləsi"nin hakim partiyaya çevrilməsi ilə Alen Simonyan qardaşı və dostları vasitəsilə biznes imperiyası qurub. Məsələn, onun qardaşı Karlen Simonyan "Avroasfalt" və "Avroasfalt-1" şirkətlərinin sahibidir. Ermənistanda keçirilən əksər tenderlərin qalibi olan bu şirkət qısa müddət ərzində bir sıra dövlət sifarişini həyata keçirmək hüququ əldə edib. Təbii ki, bu işdə parlament sədrinin rolu danılmazdır. Təsadüfi deyil ki, tenderlərdə iştirak edən və "Avroasfalt"a məğlub olan şirkətlər rəqabət tendensiyasının pozulmasından, diskriminasiyadan və təzyiqlərdən kifayət qədər şikayət ediblər. Elə bu səbəbdən də 2021-ci ildə sözügedən şirkətlərdə araşdırma aparılıb. Amma nəticə əldə edilməyib. Parlamentdən İstintaq Komitəsinə uzanan sehrli əl işi bağlayıb.
Digər bir misal. "Arqavand kauyk" MMC 2018-ci ilə qədər dövlətlə cəmi 3 müqavilə işləmişdisə, 2018-ci ildən sonra bu müqavilələrin sayı qəflətən 150-yə çatıb. Məlum olub ki, Alen Simonyan yaxın dostu olan Vahan Naribekyana bu məsələdə kömək edib. Vahan şirkətin sahibi olmaqla yanaşı, Milli Assambleyanın aparat rəhbəridir və bütün dövlət müəssisələrinin mebellə təchiz edilməsi işinə baxır.

Yuxarıda sadalananlardan məlum olur ki, cəmi 5 il ərzində Alen Simonyan qardaşı və dostları vasitəsilə ciddi biznes imperiyası qurmağa nail olub. Onların qurduqları şirkətlər əsasən dövlət tenderlərinin qalibi olur, milyonlarla dollar vəsaiti büdcələrinə köçürürlər. Bu vəziyyətin daimi hal alması "Vətəndaş müqaviləsi"ndə ciddi narazılıqlar yaradıb. Çünki vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün və ətrafındakıların rifahını təmin etmək üçün dövlət rıçaqlarından istifadə edən spiker uzun müddətdir özünü xüsusi imtiyazlı şəxs kimi aparır və icazə verilən həddi ciddi şəkildə aşıb. Bu isə partiyadaşları arasında böyük narazılıq dalğasına səbəb olub. Son zamanlar isə Karlenlə yanaşı, arvadının da şirkəti iştirak etdikləri bütün dövlət tenderlərində qalib olublar. Alenə qarşı cəzasızlıq mühiti partiyada ciddi qəzəbə səbəb olub və bu barədə Paşinyana etirazlar da bildirilib. Əvvəlcə sükutunu qoruyan baş nazir etirazlar qarşısında tab gətirməyək sanksiyalar üçün yaşıl işıq yandırıb. Ani Gevorqyanın saxlanılması və sonradan həbs edilməsi spikerin komanda daxilində dəstəksiz qalmasından xəbər verir. Çünki Ermənistanda bu tip hadisələr baş verəndə partiyanın elitası və rıçaqları işə düşür, məsələni ört-basdır etməyə çalışır. Məhkəmə isə Aninin həbsi ilə bağlı hökm çıxarıb. Gevorqyan uzun illər İT sektorunun ən məşhur şirkətlərindən biri olan "Synergy"də çalışıb və layihələrin direktoru olub. Təxminən il yarım əvvəl sözügedən şirkət İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderdə iştirak edib. Sonradan tender ləğv edilsə də, hansısa sehri əl vasitəsilə bütün layihələr "Synergy"yə ötürüldü. Sənədlər isə Karlenin arvadı Ani tərəfindən hazırlanıb. Sonradan isə şirkətin təsisçi direktoru Aşot Ovannisyan da saxlanılıb. O, "Vitse Miss Europe-2005"in qalibi olmuş teleaparıcı Lusine Tovmasyanın qayınatasıdır. Bu şəxsin ABŞ vətəndaşlığı da olduğu üçün qısa müddət ərzində sərbəst buraxılacağı ehtimal edilir. "Synergy"nin saxlanılan digər əməkdaşlarından ikisi isə ev dustaqlığına buraxılıb. Nədənsə Alen Simonyanın qardaşı arvadı haqqında məhkəmə tələm-tələsik həbs qərarı verib.

Hadisələrin gedişatı bir daha sübut edir ki, Paşinyanla Simonyanın maraqları haradasa toqquşub. Eyni zamanda qeyd etmək lazımdır ki, baş nazir guya qanunla bağlı ciddi problem yarananda komanda yoldaşlarına belə aman vermədiyini cəmiyyətə göstərmək üçün bu şouya əl atıb. Bu şouda isə əziyyət çəkən "günah keçiləri" olur. Bu dəfə "günah keçisi" Simonyan ailəsidir. Bəzi mütəxəssislərin fikrinə görə, "Synergy" şirkətinin yüksək texnologiyalar sahəsində sui-istifadə halları çoxdan məlumdur və bu səs-küy artıq Ermənistan hüdudlarından da kənara çıxıb. Belə hal isə Paşinyanın özünə də zərbə vurub. Odur ki, baş nazir məsələ ilə bağlı ciddi seçim qarşısında qaldığı üçün həbs rıçaqından istifadə edib.

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 972   Tarix: 03 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Konqoda Ebolaya yoluxanların sayı artır

Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 32 nəfər artaraq 1830-a çatıb. -ın TASS-a istinadən xəbərinə görə, bu məlumatlar ölkənin Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində göstərilib. Məlumata görə, Eboladan ölənləri

11 iyul
.

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb. xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallı

12 iyul
.

Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad

12 iyul
.

Dünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT

Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey

12 iyul
.

Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var

Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs atəş açaraq iki nəfəri öldürüb, daha beş nəfəri yaralayıb. "Report"un məlumatına görə, bu barədə Toronto polisi "X" sosial şəbəkəsində bildirib. "Beş nəfər güllə yarası ilə aşkarlanıb, iki nəfər hadisə yerində ölüb", - paylaşımd

12 iyul
.

Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?

Avropa ölkələri yeni anomal istilərlə üzləşib. -ın xəbərinə görə, bu barədə Avropa İstilik Monitorinq Sistemi (EFFIS) məlumat yayıb. Qeyd edilib ki, iyul ayında həddindən artıq istilik səbəbindən baş verən meşə yanğınları 126 00 hektardan çox ərazini məhv edib ki, bunlardan təxminən 40%-i İspaniyanı

11 iyul
.

Moldova hökuməti Ukraynadan olan BANKİRƏ TAPŞIRILIR

Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb. -ın xəbərinə görə, bu barədə "RİA Novosti" nəşri məlumat verib. Brifinq zamanı ölkə lideri bildirib ki, "Hərəkət və həmrəylik" partiyası ilə məsləhətləşmələ

11 iyul
.

Media: Avropa ölkələri Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola bilər

Avropa ölkələri Hörmüz boğazından keçən gəmiçilik üçün rüsumları könüllü olaraq ödəməyi istisna etmir. "Report"un xəbərinə görə, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb. Avropalıların fikrincə, rüsumların ödənilməsi könüllü olmalı və BMT-nin Beynəlxalq Dəniz Təşkilat

12 iyul
.

Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir

Almaniya və Fransa Livandakı vəziyyətin nizamlanması üzrə birgə təşəbbüslə çıxış etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Tagesspiegel" qəzetinə müsahibəsində bildirib. "Biz Yaxın Şərqdə sülhün bərqərar olması üzr

11 iyul