Paşinyan mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqlayıb.
O, bu barədə parlamentdəki çıxışı zamanı danışıb.
"Sülh müqaviləsinin mümkün variantında tərəflərin daxili qanunvericiliyə istinad edərək öhdəliklərini yerinə yetirməkdən imtinasının mümkünsüzlüyü barədə bənd var. Odur ki, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi ehtiyacı, ilk növbədə, daxili gündəmdən doğur", - deyə baş nazir bildirib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da əlavə edib ki, ölkə ətrafındakı xarici mühit indiki konstitusiyanın qəbulu zamanı olduğu kimi deyil və əsas qanunu yeni reallıqlara uyğunlaşdırmaq lazımdır. (oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 736 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meloni Azərbaycana gəldi - Foto
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavin
4 may"Azərbaycanda gələcək perspektivlər haqqında nikbin danışmalıyıq" - AÇIQLAMA
"İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də sosial-siyasi fəallığın artırılması bu gün hər bir müasir dövlətin dayanıqlı inkişafını müəyyən edən əsas meyarlardan biridir. Güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil
12 mayMeloninin Azərbaycana səfərindən - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
5 mayHərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d
12 may