İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİRİran Prezidenti İbrahim Rəisi İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin "X" səhifəsində paylaşım edilib.

İ.Rəisi əminliklə bildirib ki, İlham Əliyevin yeni prezidentlik dövründə iki ölkənin dostluq və qardaşlıq münasibətləri daha da inkişaf edəcək.

00:12

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bu barədə o, "X" səhifəsində yazıb.

"İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkisindəki qəti qələbə münasibəti ilə təbrik edirəm", - Pakistan Prezidenti vurğulayıb.

A.Alvi iki ölkə arasındakı davamlı dostluq və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiklərini də vurğulayıb:

"Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzu edirik!"

07.02.2024 - 23:27
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.

Şimali Kipr Prezidenti bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Azərbaycan Prezidenti vəzifəsinə seçkidə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən Prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkinin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

22:54

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə paylaşım edib.

O, bu barədə "X"də yazıb.

"Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevi təbrik edir, vəzifəsində uğurlar arzulayıram. Seçkilərin nəticəsinin "tək millət, iki dövlət" prinsipi ilə ortaq hədəflərə doğru irəlilədiyimiz dost və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını arzu edirəm", - o, sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

22:26
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkisində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsəd aparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.

Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".

22:18

Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə President.az xəbər verir.

İraq Prezidenti İlham Əliyevi prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirilib.

21:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik təbrik məktubu göndərib.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Bu gün keçirilən seçkidə uğur qazanaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə millətim adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.

Türkiyə ilə Azərbaycan arasında "Sevincdə və kədərdə birlik" ilə "Bir millət, iki dövlət" şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.

Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.

Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm.

Bu düşüncələrlə seçkidə zəfərinizin həm qardaş Azərbaycan xalqı, həm də bölgəmiz üçün xeyirli olmasını diləyir, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm".

21:17

Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə AZƏRTAC xəbər verir.

Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

20:15

Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bununla bağlı President.az məlumat yayıb.

Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkisində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

20:12

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bununla bağlı President.az məlumat yayıb.

Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkisində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4023   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meloni Azərbaycana gəldi - Foto

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavin

4 may
.

"Azərbaycanda gələcək perspektivlər haqqında nikbin danışmalıyıq" - AÇIQLAMA

"İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də sosial-siyasi fəallığın artırılması bu gün hər bir müasir dövlətin dayanıqlı inkişafını müəyyən edən əsas meyarlardan biridir. Güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil

12 may
.

Meloninin Azərbaycana səfərindən - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

5 may
.

Prezident Meloni ilə geniş tərkibdə görüşdü - Fotolar+Video

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d

12 may
.

"Azərbaycan öz suverenliyini yalnız bəyanatlarla deyil, konkret addımlarla təmin edən dövlətdir" - ŞƏRH

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi". Bu sözləri Azərbayca

4 may
.

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında"

5 may
.

Prezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Prezidentin köməkçisi: "Ermənistanla münasibətlərin qurulması sülhə can atdığımızı göstərir"

"Uzun illər sürən müharibədən sonra qonşu Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülh və sabitliyə nail olmağa can atdığını təsdiqləyir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasını

14 may