Ramzan Kadırov İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib
Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Ramzan Kadırov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Hörmətli İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Hazırda seçkilərin ilkin nəticələri məlumdur, İlham Heydər oğlu inamla lider mövqeyini tutur. Azərbaycan vətəndaşlarının bu dəstəyi onu göstərir ki, İlham Heydər oğlu öz xalqının həqiqi lideridir. Yüksək peşəkarlığı və mənəvi keyfiyyətləri, təcrübəsi və mürəkkəb qərarları qəbul etmək bacarığı onu ölkənin siyasi və sosial həyatında əvəzolunmaz liderə çevirib".
Ramzan Kadırov İlham Əliyevin "mühüm sosial-iqtisadi istiqamətlərin inkişafını ehtiva edən" səmərəli daxili siyasətini vurğulayaraq yazıb: "İlham Əliyev tərəfdaş ölkələr, xüsusən Rusiya ilə diplomatik əlaqələrin möhkəmləndirilməsi üzərində yorulmadan çalışır. Bu, qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə kömək edir. Əminəm ki, İlham Heydər oğlunun rəhbərliyi ilə ölkə dinamik inkişafını davam etdirəcək, sürətlə tərəqqi edərək nüfuzunu daha da artıracaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?