Mehdiyevin dövründən başlayan qalmaqal - Nazir işdən çıxardı, məhkəmə əmri ləğv etdi

Mehdiyevin dövründən başlayan qalmaqal - Nazir işdən çıxardı, məhkəmə əmri ləğv etdiMehdiyevin dövründən başlayan qalmaqal - Nazir işdən çıxardı, məhkəmə əmri ləğv etdi
Texnika elmləri doktoru, dosent Yasin Rüstəmov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, onun hansı səbəbdən vəzifəsindən azad edildiyi bəlli deyil. Məlum olan odur ki, dosent bu qərardan narazı qalaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Yasin Rüstəmov Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə yanaşı Elm və Təhsil Nazirliyi barəsində də iddia qaldırıb. Onun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Nazirliyin də məhkəməyə cəlb edilməsi səbəbsiz deyil. Torpaqşünaslıq və Aqrokimya İnstitutu ölkə başçısının "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Nərimanov Rayon Məhkəməsi Yasin Rüstəmovun iddiasını təmin edib. Qarşı tərəf qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Sabir Bəhrəmzadə iş üzrə hakim təyin edilib.

Təfərrüatları öyrənmək üçün Yasin Rüstəmovla əlaqə saxlasaq da, zəngimizə cavab vermədi.

Yasin Rüstəmov 1993-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Kommunikasiya Komitəsinin sədri vəzifəsində işləyib.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevdir. O, baş verənlər barədə Qaynarinfo-ya açıqlamasında bildirib ki, problem Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdən başlayıb:

"Ramiz Mehdiyev akademiyanın prezidenti olan zaman mən qanunsuz olaraq işdən çıxarıldım. Daha sonra məhkəmə yolu ilə işimə bərpa edildim. Bundan sonra Yasin Rüstəmovu mənə qarşı qoydular. Ramiz Mehdiyev ona demişdi ki, sənə yaxşı iş verəcəm. Yasin Rütsəmov da bundan həvəslənib mənə deyirdi ki, sən çıx işdən, birinci mən olmalıyam. Daha sonra bir neçə nəfərlə dalaşdı. Mənim səhhətimdə problem yarandı, xəstəxanaya düşdüm.

Onunla bağlı akademiyanın rəhbərliyinə şikayət etsəm də, nəticəsi olmadı. Hətta prokurorluğa şikayət etdim. 2022-ci il iyul ayında onun icraçı direktor kimi fəaliyyətinin müddəti bitdi. Məlumat üçün deyim ki, fəaliyyət müddəti bir il idi. Mən işinə davam etmək üçün təqdimat vermədim. Buna baxmayaraq, qanunsuz olaraq onun müddəti daha 3 ay uzadıldı. İnstitut Elm və Təhsil Nazirliyinə verildikdən sonra mən bütün sənədləri, sübutları nazirliyə təqdim etdim. Nazirin (Emin Əmrullayev-red.) əmri ilə işdən çıxarıldı".

Əlövsət Quliyev deyib ki, Nərimanov Rayon Məhkəməsi Yasin Rüstəmovun iddiasına onların xəbəri olmadan baxıb. "Nazirin əmrini ləğv ediblər. Bizim xəbərimiz olmayıb. Ona görə də apellyasiya şikayəti vermişik. Yəni, həm institut, həm də nazirlik qərardan şikayətçidir", deyə professor bildirib.

Məlumat üçün deyək ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2382   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr