"Bəzi iş yerlərində qadınlara ona görə üstünlük verirlər ki, həm cinsi istismar edirlər, həm də müştəri cəlb etməyə çalışırlar" - AÇIQLAMA

"Bəzi iş yerlərində qadınlara ona görə üstünlük verirlər ki, həm cinsi istismar edirlər, həm də müştəri cəlb etməyə çalışırlar" - AÇIQLAMAMüasir günümüzdə iş mühitinə cəlb edilən qadınların sayı az deyil. Statistikaya nəzər yetirsək, kişilər qadınlara nisbətdə daha az iş prosesinə cəlb olunur. Bəs bunun səbəbi nə ilə bağlıdır? Niyə iş yerlərində qadınların sayı kişilərdən daha çoxdur?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az-a bildirib ki, son vaxtlar əmək bazarında qeyri-sağlam bir tendensiya müşahidə olunur. Əksər işə qəbul elanlarının 90 faizindən çoxu qız və qadınlar üçündür:

"Bundan əlavə bir çox dövlət strukturlarında, təhsildə, səhiyyə və mədəniyyət sahəsində qadınların çox böyük üstünlüyü var. Bu statistika 90 faizdən artıqdır. İctimai-iaşə müəssisələrində, ticarət sektorunda və bütün növ xidmət sahələrində yalnız qadın və qızların işə götürülməsi tendensiyası gedir. Hətta güc strukturlarında belə qadın işçilərin sayı son vaxtlar kəskin artıb. Bu nəticədə ölkədə birinci cinsi disbalans. Sanki biz matriarxat quruluşa keçmişik. İkincisi bir çox sosial, psixoloji və mənəvi problemlərə səbəb olur. Bizim formalaşmış ailə sistemimiz dağılır. Kişinin ailə də iş tapa bilməməsi, qadının iş tapa bilməsi, onun qazanc gətirməsi və ailəni saxlaması ailədə sosial problem yaradır. Qadın ailəsinə və uşağına vaxt ayıra bilmir. Bundan əlavə kişi ələ baxan vəziyyətdə qalır. Onun ailə başçısı mövqeyi sıradan çıxır. Bu kimi çoxsaylı mənəvi və psixoloji problemlərə gətirib çıxarır. Xaricə iş tapmaq üçün gedənlərə fikir versək, 99 faizi kişilərdir. Bütün bunlar ümumilikdə bir sıra səbəblər ilə bağlıdır. İlk olaraq, qadın və qız işçilərinin işləyə bilməsi, işəgötürənlər üçün daha sərfəlidir. Onlar daha az tələbkar olur, hər şey ilə razılaşır. Onları qane eləmək daha asandır".

Elçin Bayramlı deyib ki, bu şəxslər daha çox çalışırlar ki, boşanmış, evli olmayan, subay qadınları işə götürsünlər:

"Onlar məcburiyyət qarşısında qalır və ailə başçısı yoxdur. Boşanıb və iş cəhətdən istismar etmək mümkündür. İşdən çıxma qorxusu var. İşəgötürənlər üçün bu üsul daha əlverişlidir. Ondan əlavə ictimai-iaşə və ticarət sahələrində qız və qadınlar vasitəsilə müştəri cəlb etməyin daha yaxşı effekti olduğunu düşünürlər. Bu da bir məsələdir. Ümumiyyətlə bu artıq Azərbaycanda ciddi problemlərə səbəb olur. İşçilərin cinsi diskriminasiyası qanunla qadağandır. Belə bir tendensiyalar yolverilməzdir. Bu formalaşmış bizim ailə və cəmiyyət sistemimizi dağıdır. İstənilən işdə, bir neçə işlər istisna olmaqla heç bir cinsi ayrı-seçkilik yaxud tələb yolverilməzdir. Hər-hansı bir işi həyata keçirərkən o işi kişilərdə görə bilər. Xüsusi bir sıra işlər var ki, bəli qadın işçilər orada daha effektivdir. Bunu başa düşmək olar. Hər hansı bir restoranda qabyuyan işi tələb olunursa, burada qadın götürmək olar. Bu biraz inandırıcıdır. Ancaq əksər sahələrdə bunun heç bir fərqi yoxdur. Bu şərtləri hansı əsaslarla qoyurlar hələ də izah etmirlər. Daha bir məsələ bir çox özəl strukturlarda, dükanlarda gənc qızları işə götürərək həm özləri cinsi istismar edirlər, həm də öz obyektinə müştəri cəlb etməyə çalışırlar. Bu artıq cinsi istismar sayılır və açıq şəkildə qanun pozuntusudur".

Sosioloqun sözlərinə görə, bu kimi prosesin aparılmasını bazarın tələbləri ilə izah etmək olar. Tutaq ki, hər hansı bir kafedə ofisiantın qız olması müştəri cəlbini artırır. Bu bizin artıq cəmiyyət olaraq psixoloji problemimizdir:

"Bunun heç bir dəxlisi yoxdur. Sanki qız malın satışına daha yaxşı təhrik edir. Bunlar hamısı anormal tendensiyalardı. Dünyanın heç bir normal ölkəsində bu qəbul olunmur. Ona görə də artıq o vaxt gəlib çatıb ki, dövlət səviyyəsində buna ciddi nəzarət olunmalıdır. Əmək bazarında bu tələblərin qanunsuzluğu, əsaslı olmadığı aşkar olunarsa cəza tədbirləri görülməlidir. Xüsusilə də dövlət orqanları özü başda olmaqla özəl sektorda cinsi diskriminasiyasının qarşısını almalıdır. Normal cəmiyyətdə böyük iş qüvvəsi kişilərdə olmalıdır. Çünki qadının bir çox bioloji, sosial öhdəlikləri var. O uşaqlarını böyütməlidir, qayğısını və tərbiyəsini çəkməlidir. Ailəni idarə etməlidir. Qadını daha yüngül işlərdə, daha az işləməsi məqsədəuyğundur. Heç olmasa yarım gün iş kimi işləməsi daha münasibdir. Belə olmayan hallarda digər çoxsaylı problemlər olur. Uşaqlara qayğısından kənar qalır və onlara dayə tuturlar. Uşaqları özbaşına qoyurlar və bu da özü bir problem yaradır. Yəni ailənin, nizamı, sistemi və quruluşu tamamilə məhv olur. Nə qədər desək ki, gender bərabərliyidir. Bu belə deyil. Bu bioloji həyat normalarının pozulmasıdır".

Elçin Bayramlı qeyd edib ki, bu amillərə görə, rtıq boşanmalar üzrə dünya lideriyik:

"Sovet dövründə ağır işlər, fiziki və psixi cəhətdən ağır olan işlər qadınlara qadağan edilmişdi. Bu işlər onların sağlamlığına və fiziologiyası zərbə vururdu. Bu baxımdan məsləhət görülmürdü. Amma son vaxtlar yüzlərlə bu kimi sahədə qadınların işləməsinə yaşıl işıq yandırıldı və qayda ləğv olundu. Bu normal deyil. Hər bir işdə qadın işləyə bilməz. İşləsə belə işləməməlidir. Kişilərin işdən kənarlaşdırılması, qadınların daha çox cəlb olunması açıq hüquqi ədalətsizlikdir. Açıq qanun pozuntusudur. Artıq təhsil sahəsində kişilər kənarlaşdırılıb. Eyni zamanda mədəniyyət sahəsində biz bunu görürük. Burada balans yaradılmalıdır. Ola bilməz ki, bir məktəbin 90 faizi qadın olsun. Bu təcrübə dünyanın 200 ölkəsinin birində belə yoxdur. Bu biabırçılıq yalnız bizdədir. Dövlət buna nümunə göstərməli və özəl sahələrdən bunu tələb etməlidir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1792   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr