"Veteran" İCRA BAŞÇILARI: Seçkilər bitdi, kimlər postunu tərk edəcək? - SİYAHI

"Veteran" İCRA BAŞÇILARI: Seçkilər bitdi, kimlər postunu tərk edəcək? - SİYAHIAzərbaycanda Prezident seçkilərindən sonra mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının rəhbərliyində də kadr dəyişikliyinin olacağı gözlənilir. Kadr dəyişikliyinin daha uzun müddət icra başçısı vəzifəsini tutan şəxslər arasında aparılacağı ehtimal olunur. Sfera.az xəbər verir ki, Azərbaycanda uzun müddət müxtəlif şəhər və ya rayonlarda icra başçısı vəzifəsini tutan şəxslər var. Məlumatlara görə, 2024-cü il onların karyerasında dönüş ili olacaq. Prezident seçkilərindən sonra 10 il və daha artıq müddətdə icra başçısı vəzifəsində çalışan şəxslərin əksəriyyəti öz postları ilə vidalaşmalı olacaq.

Bəs Azərbaycanda 10 il və daha uzun müddət icra başçısı vəzifəsində çalışan şəxslər kimlərdir?

Ən uzun müddət rayon (şəhər) icra başçısı vəzifəsində çalışan şəxs Eyvaz Hüseynovdur. O, 1992-ci ilin iyulun 2-dən Xocəvənd rayonunun icra başçısıdır. Bu il E.Hüseynovun bu vəzifəyə təyin edilməsindən 32 il ötəcək.

Qobustan rayonunun icra başçısı Adil Məmmədov da uzun müddətdir ki, vəzifədədir. A.Məmmədov ilk dəfə 1994-cü ilin oktyabrın 3-də Oğuz rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O daha sonra 2002-ci ildə Qəbələ rayonunun, 2004-cü ildən Biləsuvar rayonunun başçısı vəzifəsinə təyin olunub. A.Məmmədov 2011-ci ilin aprelin 26-dan Qobustan rayonunun icra başçısıdır. A.Məmmədov 30 ilə yaxındır ki, icra başçısı vəzifəsində çalışır.

Taleh Qaraşov da ayrı-ayrı vaxtlarda bir neçə rayona rəhbərlik etmiş qocaman icra başçılarındandır. Onun bu karyerası 1996-cı ildən başlayıb. O, əvvəlcə Kürdəmir rayon icra hakimiyyətinin başçısı, 2002-ci ildən Cəlilabad rayon icra hakimiyyətinin başçısı, 2006-cı ildən Neftçala rayon icra hakimiyyətinin başçısı, 2011-ci ildən Astara rayon icra hakimiyyətinin başçısı, 2012-ci ilin aprelindən isə Lənkəran şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.T.Qaraşov 28 ildir ki, icra başçısı vəzifəsində çalışır.

Bakının hazırkı icra başçısı Eldar Əzizov da "veteren" başçıdır. Onun bu il başçı vəzifəsində çalışmasının 24 ili tamam olacaq. E.Əzizov 2000-ci ildə Bakının Nizami rayonunun, 2003-cü ildə Gəncə şəhərinin, 2011-ci ildə Sumqayıt şəhərinin, 2015-ci ildə Səbail rayonunun, 2018-ci ildə isə Bakı şəhərinin icra başçısı vəzifəsinə təyin edilib.

Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov da "əməkdar"lardandır. O, 2000-ci il dekabrın 21-dən Xocalı rayonunun icra başçısı vəzifəsində işləyir. Bu il Ş.Usubovun icra başçısı karyerasına başlamasından 24 il ötəcək.

Malik İsaqov qocaman icra başçılarındandır. M.İsaqov 2001-ci ilin oktyabrın 8-dən Qubadlı rayonuna rəhbərlik edir. 2024-cü ildə onun icra başçısı vəzifəsinə təyin edilməsindən 23 il keçəcək.

2012-ci ildən Ağdaş rayonunun icra başçısı olan Tofiq İbrahimovun bu il başçı karyerasının 20 ili tamam olacaq. T.İbrahimov 2004-cü ildə Qəbələnin, 2010-cü ildə Lənkəranın icra başçısı təyin edilmişdi.

Sumqayıtın icra başçısı Zakir Fərəcovun başçı vəzifəsində çalışmasından 19 il ötür. Fərəcov ilk dəfə 2005-ci ildə Abşeron rayonunun icra başçısı təyin edilib. 2015-ci ilin sentyabrın 2-dən isə Sumqayıt şəhər icra hakimiyyətinin başçısıdır.

Uzun müddət icra başçısı vəzifəsində çalışan başçılar:

Bərdənin icra başçısı Vidadi İsayev (19 il)

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov (19 il)

Ucar rayonunun icra başçısı Mənsur Məmmədov (19 il)

Zərdab rayonunun icra başçısı Mərdan Camalzadə (19 il)

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev (18 il)

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov (18 il)

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov (18 il)

Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov (18 il)

Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov (18 il)

Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə (17 il)

Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov (17 il)

Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov (17 il)

Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov (13 il),

Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov (12 il)

Ümumilikdə, 22 şəxs on ildən çoxdur ki, icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3805   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)

Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr