Putindən açıq şəkildə soruşdular: Bu ərazilərə hücum edəcək?
Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə qərbli jurnalistə danışıb.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya lideri Putin amerikalı jurnalist Taker Karlsonun suallarını cavablandırıb. Jurnalist Karlson bütün dünyada maraqla gözlənilən müsahibəni internet səhifəsində və sosial media hesablarında paylaşıb.
Rusiya prezidenti Vladimir Putin Moskvada verdiyi müsahibədə Rusiyanın Soyuq Müharibə bitdikdən sonra Qərb tərəfindən "aldandığını" iddia edərək, NATO-nun şərqə doğru genişlənmək üçün beş addım atdığını bildirib:
"Biz bütün bunlara dözdük. Onları inandırmağa çalışırdıq. Deyirdik ki, xahiş edirik bunu etməyin. Biz də indi sizin kimi burjuayıq. Biz bazar iqtisadiyyatıyıq və Kommunist Partiyasının heç bir gücü yoxdur. Gəlin müzakirələr vədanışıqlar aparaq".
Putin amerikalı jurnalistin "Rusiya Polşa və Latviyaya hücum edəcəkmi?" sualını da cavablandırıb:
"Bu ssenari yalnız Polşa Rusiyaya hücum edəcəyi təqdirdə reallaşa bilər. Niyə görə? Çünki bizim nə Polşaya, nə də Latviyaya marağımız yoxdur. Bu bizə niyə lazımdır? Sadəcə təhdidlər var".
Qeyd edək ki, amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putindən müsahibə alacağı barədə açıqlaması müzakirələrə səbəb olmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq