"Avtomobili 130-140-la sürürmüş…" - Zaqataladakı qəzanın təfərrüatı
Məlum olduğu kimi, dünən Zaqatala rayonu Göyəm kəndində baş verən ağır yol qəzasında 2 məktəbli ölüb, biri isə ağır yaralanıb.
Sonxeber.az xəbər verir ki, kəndin icra nümayəndəsi Cuma Qurbanov Azvision.az-a açıqlamasında qəzanın məktəbdən 1 km aralıda, şagirdlərin evinin yaxınlığında baş verdiyini bildirib.
O qeyd edib ki, şagirdlər 5-ci sinifdə oxuyurmuş: "Kənd yolu 6 metr enindədir, hadisə olan yuxarı tərəfdə isə yol 20 metrə qədər genişlənir. Şagirdlər səki ilə hərəkət edirmişlər. Məktəb də evə yaxındır. Yəni bizim kənd yolu təhlükəli deyil, əvvəllər belə olmayıb. Deyilənə görə, sürücü avtomobili 130-140 km/saat sürətlə sürürmüş, uşaqların yanında idarəetməni itirib və onları vurub".
İcra nümayəndəsinin sözlərinə görə, şagirdləri vuran şəxs "qatil Emin" ləqəbi ilə tanınır: "Deyəsən, əvvəllər cinayət törədib, həbsdə yatıb, ona görə belə adlandırılır. O, kənd sakini deyil, Zaqatala şəhərinin Qaqarin küçəsindəndir".
Qeyd edək ki, dünən Zaqatala rayonu Göyəm kəndində "Mercedes" markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. Göyəm kənd orta məktəbinin şagirdləri olan məktəblilərdən Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər. İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1013 Tarix: 09 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin kimi axtarılırdı - Restoranda ölübmüş
İtkin kimi axtarışa verilmiş şəxsin öldüyü məlum olub. "Qafqazinfo" xəbər verir ki, aprelin 9-u saat 14 radələrində Xırdalan şəhər sakini 1984-cü il təvəllüdlü Samir Asif oğlu Həmzəyevin yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər. Qeyd edilib ki, 42 yaşlı kişi özünə məxsu
11 aprelAzərbaycanda bu avtomobillərə taksi fəaliyyəti QADAĞAN EDİLƏCƏK - RƏSMİ
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. "Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qey
12 aprelVüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)
"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, "Bak
10 aprelİş günü QISALDILACAQ - TARİX
Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qey
12 aprelMehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığ
12 aprelAzərbaycanda toylarla bağlı MÜHÜM DƏYİŞİKLİK - Artıq bəylə gəlin…
"Aprel ayında toyların sayında ötən illərə nisbətdə azalma yoxdur". Bu sözləri -a restoran sahibi Mürvət Həsənli toyların azalması iddiaları haqda danışarkən deyib. O bildirib ki, apreldə toylarla bağlı kifayət qədər sıxlıq müşahidə olunur:. "Bu da Ramazan ayından sonrakı dövrün təbi
11 aprel