Yeddi fevralın dastanlaşan və "daşlaşan" nəticələri - Qərbin bitməyən "ikiüzlülüyü"

Yeddi fevralın dastanlaşan və "daşlaşan" nəticələri - Qərbin bitməyən "ikiüzlülüyü"Ceyhun Məmmədov: "Bəzi dövlətlər Azərbaycana qarşı olan Qərb dövlətləri ilə sıx əlaqədə olduğu üçün onların reaksiyasını gözləyir"

Fevralın 7-də keçirilən prezident seçkisinin ilkin nəticələri elan olunduqdan sonra İlham Əliyevə Türkiyə, Belarus, Özbəkistan, Macarıstan, Serbiya, Pakistan, Çin, Venesuela, Tacikistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Ukrayna (bir gün sonra), Rusiya (bir gün sonra), Albaniya, Şimali Kipr, Tatarıstan, İraq Kürdüstanı liderlərindən təbrik gəlib.

Fevralın 9-da isə Bolqarıstan prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da Prezident İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə Prezident İlham Əliyevə zəng edib. O, İlham Əliyevi prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

Yeri gəlmişkən, Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze mətbuat konfransında deyib ki, uzun müddətdən sonra bütöv Azərbaycan ərazisində vətəndaşlar seçki hüququndan istifadə etdilər. "Bunun özü də tarixi hadisədir. Azərbaycan daha da inkişaf edəcək", - deyə Talakvadze vurğulayıb.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyasının üzvü, Gürcüstan parlamentinin üzvü Ramaz Nikolaişvili isə İlham Əliyevi regionun lideri olaraq gördüyünü açıqlayıb.

Qardaş Türkiyədən də təbriklər davam etməkdədir. Türkiyənin xarici işlər naziri Hakan Fidan dövlət başçısı İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkisində qalib gəlməsi münasibətilə təbrik edib.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırımdan da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Bəhreynin kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.

Albaniya Respublikasının Baş naziri Edi Rama da İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Avropa İttifaqının (Aİ) Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi isə X sosial şəbəkəsindəki hesabında yazıb:

"Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirik. Biz iqtisadiyyatlarımızı və insanlarımızı birləşdirmək üçün birgə fəaliyyətimizi davam etdirəcəyik".

İlham Əliyevi təbrik edənlər arasında TÜRKSOY-un Baş katibi Sultan Raev də var. O, Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. ICESCO-nun Baş direktoru dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb,

Beynəlxalq təşkilatlardan ATƏT VƏ İslam Əməkdaşlıq Təşkilatının baş katibləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Bəs Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Böyük Britaniyanın Bakıdakı səfiri istisna olmaqla, Qərbin aparıcı dövlətlərinin, qurumlarının rəsmi şəxsləri? Onlar yekun nəticənin rəsmi elanını, yaxud ATƏT-in yekun rəyinimi gözləyirlər, yoxsa ərazi bütövlüyünü bərpa etmiş bütöv Azərbaycanda prezident seçkisinin baş tutmasını "həzm edə" bilmirlər?

Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru, rusiyalı analitik İqor Korotçenko Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair keçirilən brifinqdə bu mövzuya toxunaraq deyib: "Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən sonra Qərbin reaksiyası mənə çox maraqlıdır. Görəsən, Fransa prezidenti Emmanuel Makron və digərləri Azərbaycan xalqını təbrik edəcəklər, yoxsa tənqid edəcəklər? Susacaqlarmı? Mən onlara əsassız tənqiddən əl çəkməyi tövsiyə edirım. Azərbaycan xalqı artıq gələcəyə doğru inamlı addım atdı. Azərbaycan xalqını, İlham Əliyevi təbrik edirəm".

Qərb əsassız tənqidlərdən, "ikiüzlü" siyasətdən əl çəkəcəkmi?

Maraqlıdır ki, İlham Əliyevi ilk təbrik edənlər arasında Moldova prezidenti Maya Sandunun da yox idi. Fevralın 9-u axşam saatlarınadək onun təbriki gəlməmişdi. Hərçənd ötən il Kişineuda Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə Maya Sandu söyləmişdi ki, Azərbaycanla tərəfdaşlıq Moldovanın enerji müstəqilliyinə nail olma kontekstində çox vacibdir...

Millət vəkili Ceyhun Məmmədov "Yeni Müsavat"a açıqlamasında Gürcüstan və Moldovanın İlham Əliyevi ilk təbrik edənlər arasında olmamasını belə şərh etdi: "Tələsməyə ehtiyac yoxdur. Əgər səbəbləri təhlil etsək, bəzi dövlətlər Azərbaycana qarşı olan Qərb dövlətləri ilə sıx əlaqədə olduğu üçün onların reaksiyasını gözləyirlər. Düşünürəm ki, Azərbaycana təbrik ünvanlayan ilk dövlətlərdən biri məhz Gürcüstan olmalı idi. Bu baş nazirin dəyişməsi ilə də bağlı ola bilər. Eyni zamanda Qərb dövlətlərinin mövqeyi ilə bağlı məsələnin olması mümkündür. Çünki son zamanlar Gürcüstanın Avropa ilə yaxınlaşması müşahidə olunur. Mən hesab edirəm ki, təbrik baş nazirin dəyişməsi ilə bağlı gecikdi. Diqqət etmək lazımdır ki, seçkini müşahidə edən Gürcüstan parlamentinin üzvləri müsbət rəy bildirdilər. Moldovaya gəldikdə isə, fikrimcə, Moldova Qərb dövlətləri ilə daha çox bağlıdır. Təəssüf ki, müxtəlif təşkilatlar vasitəsilə bir sıra dövlətlərə təzyiqlər var".

C.Məmmədov Zelenski və Putinin İlham Əliyevi bir gün sonra təbrik etməsini yalnız ilkin nəticələrin elan edilməsi ilə əlaqələndirib.

O ki qaldı beynəlxalq təşkilatların seçkinin nəticələri ilə bağlı susqunluğuna, millət vəkili vurğulayıb ki, Azərbaycanın müstəqil siyasət aparması, heç kimə boyun əyməməsi Qərbdə, Avropa təsisatlarında ciddi narahatlıq və narazılıq yaradır: "Bu baxımdan ATƏT, Avropa təşkilatlarından müsbət rəy gözləmək sadəlövhlük olardı. Bu gün ATƏT AŞ PA-nın təzyiqi altındadır. Buna görə də qərəzli açıqlamaların verilməsi gözləniləndir. Növbəti günlərdə daha kəskin, daha sərt hesabatların şahidi olacağıq. Buna çox fikir vermək lazım deyil. Biz onların mövqeyini və yanaşmasını yaxşı bilirik".

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 922   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr