Mülki əhalinin Rəfahdan təxliyəsi üçün plan hazırlamağı tapşırdı
İsrailin Baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərindən bir milyondan çox insanın təxliyəsi planını təqdim etməyi əmr edib.
Bu barədə CNN baş nazirin ofisinə istinadən məlumat yayıb.
Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələrinin qurudan müdaxilə təhlükəsi ilə əlaqədar Rəfahın mülki əhalisini təxliyə etmək planı hazırlanmalıdır. Siyasətçinin sözlərinə görə, HƏMAS hərəkatının dörd batalyonu şəhərdə qalmaqda davam edir və döyüş bölgəsində insanlar olduğu halda onların məhv edilməsi əməliyyatı mümkün deyil.
Netanyahunun ofisinin saytında dərc edilmiş bəyanatda deyilir:
"Bu səbəbdən Baş nazir İsrail Müdafiə Nazirliyi və təhlükəsizlik xidmətlərinə Nazirlər Kabinetinə ikili plan təqdim etməyi tapşırdı – həm əhalinin təxliyəsi, həm də HƏMAS batalyonlarının ləğvi".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 777 Tarix: 10 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsveçdə tüğyan edən qasırğa nəticəsində iki nəfər ölüb
İsveçdə tüğyan edən "Yohannes" qasırğası nəticəsində iki nəfər həlak olub, 40 mindən çox təsərrüfat işıqsız qalıb, minlərlə aşmış ağac isə yolları bağlayıb. "Report" xəbər verir ki, bu barədə "Dagens Nyheter" qəzeti məlumat yayıb. Ölkənin böyük hissəsində güclü küləklə
28 dekabrHindistanda 11 milyon ton günəş paneli zibilliyə atıla bilər
Hindistanda günəş paneli tullantıları ilə mübarizə aparmaq üçün lazım olan sənaye miqyaslı potensial mövcud deyil. xəbər verir ki, Interestingengineering.com saytı yazır. Məlumata görə, hökumət subsidiyaları sayəsində təxminən 2.4 milyon hind ailəsi günəş enerjisinə keçib və bu da günəş enerjisinin ölkəni
28 dekabrVahid maraqları olmayan Aİ parçalanmağa məhkumdur?
Baku TV-nin "Analitik baxış" verilişinin yeni buraxılışı yayımlanıb. Avropa İttifaqında nə baş verir?. Avropa İttifaqında daxili çəkişmələrin səbəbi nədir?. Vahid maraqları olmayan Avropa İttifaqı parçalanmağa məhkumdur?. Verilişin qonaqları millət vəkili Sahib Alıyev və siyasi şərhçi Məhəmmə
28 dekabrSiyarto: Macarıstan Aİ-nin miqrasiya paktının şərtlərinə əməl etməyəcək
Macarıstan Avropa İttifaqının 2026-cı ildə qüvvəyə minən miqrasiya paktının şərtlərinə əməl etməyəcək, baxmayaraq ki, bunun üçün hər gün 1 milyon avro cərimə ödəməlidir. "Report"un məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün feysbuk səhifəsində yazıb. O, hökuməti
28 dekabr