Ermənistanın yeni "SÜLH" NAĞILLARI – Qərbi oyuna daxil etmək üçün bu yola da əl ATDILAR…

Ermənistanın yeni "SÜLH" NAĞILLARI – Qərbi oyuna daxil etmək üçün bu yola da əl ATDILAR…Ermənistan siyasiləri yenə sülhdən danışır. Təkcə danışmır, hətta sülh danışıqlarına hər an hazır olduqlarını bildirirlər.

Bu dəfə hakim "Mülki Müqavilə" partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan sülh nağılları danışmağa başlayıb. O fevralın 9-da Milli Assambleyada keçirilən həftəlik brifinqdə bildirib ki, Ermənistan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla danışıqların bərpasına sadiqdir:

"Rəsmi İrəvan da təbii ki, bu formatlarda danışıqların bərpasının tərəfdarıdır, çünki regionda sülhün bərqərar olması Ermənistanın prioritetidir".

Ermənistan yenə öz ampluasındadır

Rəsmi İrəvan sülh "istəyir". Amma ermənilər bu istəklərinə birbaşa yox, dolayısı ilə çatmağı arzulayırlar. Ovannisyan deyir ki, guya regionda sülhün bərqərar olması Ermənistanın prioritetidir. Elə isə Ermənistan Azərbaycanla ikitərəfli görüşdən niyə qaçır?! Axı, sülh sazişi Ermənistanla Avropa İttifaqı arasında yox, Ermənistanla Azərbaycan arasında bağlanmalıdır?!

Belə vəziyyətdə Aİ-nin vasitəçiliyinə nə lüzum var?!

Əgər Ermənistan sülh istəyində bu qədər səmimidirsə, onda Aİ-nin ağzına yox, Azərbaycanın göndərdiyi təkliflərə baxsın. Çünki imzalanacaq sülh özündə Aİ-nin maraqlarını yox, Ermənistanla Azərbaycanın istəklərini ehtiva edəcək.

Belədirsə, niyə Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab vermir?!

Bundan başqa 2023-cü ilin sentyabrında Azərbaycan bəyan etdi ki, ikitərəfli formatda sülh danışıqlarına hazırdır. Amma ötən 6 ayda Ermənistan Azərbaycanın bu təklifinə heç bir reaksiya verməyib. Əvəzində gündə bir məsuliyyətsiz bəyanat verilir, sülhün Ermənistan üçün prioritet olduğu deyilir.

Əgər sülh ermənilər üçün bu qədər vacibdirsə, onda heç bir vasitəçi axtarmadan Azərbaycanla danışıqlara başlanılmalıdır. Nəzərə alaq ki, əvvəlki dövrlərdən fərqli olaraq hazırda Ermənistanla Azərbaycan arasında müəyyən təmaslar var. Sonuncu dəfə yanvarın 31-də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində görüş olub. Deməli, təmas üçün ilkin addım atılıb. Bunun davamını da gətirmək olar. Bunun üçün hansısa üçüncü tərəfin vasitəçiliyi yox, Ermənistanın siyasi iradəsi lazımdır.

Nəzərə alaq ki, danışıqlar masasına oturan bütün tərəflərin öz maraqları var. Əgər Aİ danışıqlar masasına əyləşirsə, 100 faiz öz maraqlarını diqtə edəcək. Daha doğrusu bu təşkilata sərf edən sazişin imzalanmasına çalışılacaq. Məhz buna görə Azərbaycan 6 ay qabaq Aİ-nin vasitəçiliyindən imtina etdi.

Ermənistan niyə Aİ-nin vasitəçiliyini istəyir?

Nəzərə alaq ki, tarix boyu Ermənistanın vahid mövqeyi olmayıb. Ermənilər öz milli maraqlarını beynəlxalq güclərin istəkləri üzərində qurublar. Əvəzində də həmin güclərdən müəyyən miqdarda maddi dəstək alıblar. Bu da təsadüfi deyil. Çünki Ermənistanın iqtisadiyyatı bu ölkəni ayaqda tutmağa yetmir.

Təsadüfi deyil ki, hazırda Ermənistanın borcu, dövlət büdcəsinin həcmindən 3 dəfə çoxdur. Bu isə defolt vəziyyətidir. Ermənistanı ayaqda saxlayan isə məhz beynəlxalq yardımlardır. Ona görə də rəsmi İrəvan bir qayda olaraq üçüncü dövlətlərin marağından çıxış edir.
Bu dəfə də ənənə pozulmayıb. Ermənistan "sülh" istəyir. Amma bu sülh Ermənistan və Azərbaycanın yox, Qərbin istədiyi sülhdür. Bu da Azərbaycan üçün qətiyyən qəbuledilməzdir. Bu da o deməkdir ki, Ermənistanın sülh bəyanatları Azərbaycana yox, Qərbə qarşı ünvanlanıb.

Mənbə: bizim.media


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1255   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

Tramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamalarını təkzib etdi

ABŞ prezidenti Donald Tramp Oval Ofisdə bildirib ki, Vaşinqton Amerika silahlarının Çinə satılmasını yaxşı fikir hesab edir, lakin Pekinə belə bir təklif verməyib. xəbər verir ki, ABŞ-ın Çindəki səfiri Devid Perdu Fox News-a verdiyi açıqlamada bildirib ki, Amerika lideri Çin prezidenti Si Cinpindən n

29 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

ABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25

1 oktyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve

29 sentyabr
.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr